Xoşqədəmin verilişində üstü açılan cinayətlər - VİDEO+FOTOLAR

Xoşqədəmin verilişində üstü açılan cinayətlər - VİDEO+FOTOLARSon günlər qazaxıstanlı Aygülün azərbaycanlı sevgilisi tərəfindən qətlə yetirilməsi faktının üstü açılması ölkə gündəmini zəbt edib.

Aparıcı Xoşqədəm Hidayətqızının səyi nəticəsində üstü açılan cinayət hadisəsi çoxsaylı müzakirələrə səbəb olub.

Sonxeber.az BiG.AZ-a istinadən bildirir ki, X.Hidayətqızının verilişində üstü açılan digər cinayətlərin siyahısını təqdim edir:

Oğuz rayon sakini, 3 uşaq atası, 29 yaşlı Yusifov Yolçu Adışirin oğlu tərəfindən öldürülərək Pirşağı qəsəbəsində qamışlığa atılan A.Atsubayevanın meyiti dünən yaxınlarının iştirakı ilə Qazaxıstana göndərilib.

Qeyd edək ki, A.Atsubayevanın yaxınları "Xəzər" telekanalında Xoşqədəm Hidaytətqızının verilişinə çıxandan sonra Yolçu Yusifov da həmin verilişə dəvət edilib və orada çıxış edib. Özünü şübhəli aparan Yolçu Yusifov daha sonra Hava Nəqliyyatında Polis İdarəsinə dəvət edilib və orada ifadə verib. Cinayətinin üstü açılan gənc oğlan idarənin pəncərəsindən özünü ataraq intihar edib. Artıq faktla bağlı bir nəfər saxlanılıb. Belə ki, Y.Yusifovun qayını, 1984-cü il təvəllüdlü Famil Osmanov Cinayət Məcəlləsinin 307-ci (cinayət barəsində xəbər verməmə) maddəsi ilə şübhəli bilinərək saxlanılıb.

Bildirilir ki, 3 uşaq atası olan Y.Yolçuyev qazaxıstanlı qızla internetdə tanış olub və daha sonra onunla görüşmək üçün Qazaxıstana gedib. Onlar Azərbaycana bir yerdə gəliblər. Aeroportdan çıxandan sonra 29 yaşlı Yolçu taksi ilə Ayqul Atsubayevanı Pirşağı qəsəbəsinə gətirib. O, qızı aldadaraq burada qalacaqlarını deyib. Lakin qamışlıq sahəyə çatan kimi 34 yaşlı Ayqulu boğaraq öldürüb.

Qətl törədən Y.Yolçuyev daha sonra qaynının evinə gedib və belə bir cinayət törətdiyini deyib. Famil Osmanovun dediyinə görə, yeznəsinin belə bir hərəkət edəcəyinə inanmayıb və buna görə polisə məlumat verməyib.

Bildirilir ki, öldürülən qadın hamilə olub.
Xoşqədəmin verilişində üstü açılan cinayətlər - VİDEO+FOTOLAR***

Xoşqədəm Hidayətqızının səyi nəticəsində üstü açılan cinayətlərdən biri də Masallıda baş verib.

Stəkan Məmmədova adlı Masallı sakininin proqrama müraciəti əsasında aparılan araşdırmalar nəticəsində məlum olub ki, onun qızı Bahar Məmmədova nişanlısı Vüqar İsayev tərəfindən qətlə yetirilib.

Masallı rayonunun Yeni Zuvand kənd sakini Stəkan Məmmədova 1997-ci ildə Tatyan kənd sakini Vüqar İsayevin onun qızı Bahar Məmmədovanı evlənmək məqsədilə qaçıraraq Rusiya Federasiyasına aparması, lakin sonradan Vüqar kəndə qayıtsa da övladından heç bir xəbər olmaması barədə Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edib. Məlumatla əlaqədar Rayon Polis Şöbəsinin və Prokurorluğunun əməkdaşklarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb. Təxirəsalınmaz tədbirlərlə Bahar Məmmədovanı qətlə yetirməkdə əsaslı şübhələr yarandığından Vüqar İsayev tutulub.

Araşdırmalar nəticəsində o da məlum olub ki, V.İsayev 2005-ci ildə Rusiya Federasiyasının ərazisində də qətl hadisəsi törədərək uzun müddətə azadlıqdan məhrum edilib, cəzasını çəkdikdən sonra isə cari il dekabrın 25-də Masallı rayonuna qayıdıb.

Polis və prokurorluq orqanları əməkdaşlarının, məhkəmə-tibb ekspertinin iştirakı ilə Şıxlar kəndi ərazisindəki qətlin baş verdiyi ehtimal olunan əraziyə baxış keçirilib və oradan B.Məmmədovanın meyidinin qalıqları aşkar edilib.

***
Xoşqədəm Hidayətqızının verilişi vasitəsilə üstü açılan cinayətlərdən biri də Salyanda baş verib.

Salyan şəhərinin "Zavod" məhəlləsi adlanan ərazisində qətliamı törədən şəxs-ailə başçısı Əliyev Fərhad Məhərrəm oğlu istintaqa ilkin ifadəsində dörd qızını və arvadını "ailə münaqişəsi" zəminində öldürdüyünü bildirib.

Məlum olub ki, "manyak"-ata övladlarını və arvadını əvvəlcə dəmir parçası ilə döyərək öldürüb, sonra bir-bir boğazlarını kəsib. Qətliamı törətdikdən sonra o, meyitləri yaşadıqları evin yataq otağının altında, zirzəmidə təxminən 1 metr dərinlikdə quyu qazaraq yan-yana, üzü qibləyə düzüb. Qatil meyitlərin üstünü köhnə odeyalla örtüb və torpaqlayıb, daha sonra həmin evdə oğlu ilə birlikdə yaşamaqda davam edib. Qətldə F.Əliyevin oğlu Fəqanın da iştirak etdiyi təxmin edilir, hazırda onun qətliamda rolu araşdırılır.

Qətlə yetrilən ananın - Mehparə Əliyevanın 1961-ci il təvəllüdlü olduğu məlum olub. Onun qızları İradə 1985-ci il, Rəqibə 1998-ci il, Sevda 1987-ci il, Ümidə isə 1991-ci il təvəllüdlüdür.

Ana və qızları yoxa çıxdıqdan sonra Salyan rayon Polis İdarəsində onlar "itkin düşmüş şəxslər" kimi axtarışda olublar. Lakin ana və qızlarının Azərbaycanın dövlət sərhədlərini keçmədiyi dəqiqləşsə də, nəyə görəsə onların axtarışı aparılmayıb.

Bu hadisənin üstü "Xəzər TV"-də Xoşqədəm Hidayətqızının "Səni axtarıram" verilişindən sonra açılıb. Belə ki, proqramda Salyanda 3 il əvvəl yoxa çıxan ana və dörd qızının Türkiyəyə getdiyi barədə ehtimal müzakirəyə çıxarılıb. Mehparə Əliyevanın bacısı isə studiya ilə əlaqə saxlayaraq deyib ki, Dövlət Sərhəd Xidməti ana və qızlarının ölkə sərhədlərini keçmədiyini müəyyən edib. Onların taleyini qadının ərindən və oğlundan soruşmaq lazımdır.

Proqramda danışılanlardan belə məlum olur ki, Əliyev Fərhad və oğlu rayonda ana və qızlarının Türkiyədə olduqları haqda şayiələr yayıblar, yaxud onların Bakıda, qalan şəhərlərdə olduğu haqda danışılıb.

Bu proqram efirə gedəndən sonra Salyanda qatil-manyak və oğlu arasında mübahisə yaranıb. Salyan sakinlərindən biri deyib ki, ötən gün şəhərdəki ucuz kafelərdən birinin qarşısında manyak-qatillə oğlu arasında bərk mübahisə getdiyini görüb. Belə ki, oğul harasa getmək istəsə də, sərxoş halda olan atası ona "getmə" deyirmiş. Daha sonra mübahisə davaya çevrilib, kafenin pəncərəsinin şüşəsi sındırılıb. Mübahisə edənlər kafedən uzaqlaşıblar, hadisə yerinə polis gəlib. Lakin kafedəkilər bu mübahisənin səbəbi ilə maraqlanmayıblar. Manyak-qatillə oğlu ötən gecə sərxoş halda polisə gedərək törətikləri hadisəni etiraf ediblər.

Xoşqədəmin verilişində üstü açılan cinayətlər - VİDEO+FOTOLAR


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 2542   Tarix: 11 iyun 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Mingəçevirdə minik avtomobili kül oldu

Mingəçevir şəhərində "Mercedes" markalı minik avtomobilinin mühərrik hissəsində elektrik avadanlıqları yanıb. Fövqəladə Hallar Nazirliyindən -a verilən məlumata görə, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb

11 sentyabr 2021
.

Kranın dəmir qarmağı fəhlənin ölümünə səbəb oldu - FOTO

Salyan sakini bədbəxt hadisə nəticəsində ölüb. Məlumata görə, hadisə Şirvan şəhərinin "Qarasu OYL" şirkətinin podratçı təşkilatı olan "İlkin-N" firmasının sexində baş verib. Salyan rayonunun Qarabağlı kənd sakini, 1980-ci il təvəllüdlü Qurbanov Elman İsrail oğluna fəhlə işlədiyi sexd

17 sentyabr 2021
.

Gəncədəki dəhşətli qəzanın görüntüləri - VİDEO

Gəncədə ağır yol qəzası baş verib. Qaynarinfo xəbər verir ki, hadisə nəticəsində iki nəfər yaralanıb. Qəza Böyük Bazarın yaxınlığında baş verib. Olayın görüntüləri sosial şəbəkələrdə yayılıb. Hadisənin təfərrüatları bəlli deyil. Olay barədə rəsmi məlumat da yoxdur. Videodan aydın görünür ki, qəzaya yüksə

17 sentyabr 2021
.

Antalyanın məşhur istirahət bölgəsində nəhəng burulğan - VİDEO

Bu gün səhər saatlarında Antalyanın Kəmər bölgəsində dəniz üzərində təxminən 15 dəqiqə davam edən nəhəng burulğan meydana gəlib. Ətrafda olan insanlar təbiət hadisəsini telefonları ilə qeydə alıblar. Qeyd olunur ki, nəhəng burulğan sahilə çatmayaraq tədricən zəifləyərək yox olub.\

15 sentyabr 2021
.

Ağdaşda yaşayış evi kül oldu

Ağdaş rayonunun Qulbəndə kəndində ümumi sahəsi 56 m² olan birmərtəbəli evin yanar konstruksiyaları yanıb. Fövqəladə Hallar Nazirliyindən -a verilən məlumata görə, bitişik ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb

12 sentyabr 2021
.

Sosial yardım adı ilə pul tələb edən səhifələrlə bağlı RƏSMİ AÇIQLAMA

"Instagram"da "unvanli_sosial_yardim", "sosial_yardim_qeydiyyat", "unvanli_sos_yardim" kimi profillər yaradılmaqla, ünvanlı sosial yardım alınması üçün müraciət edilməsində ödəniş müqabilində köməklik ediləcəyinə dair elanlar verilir. Bu elanlar kiminsə (və y

11 sentyabr 2021
.

Kürdəmirdə avtomobil aşdı: Ölən və yaralananlar var - FOTO

Kürdəmir rayonunda ağır avtomobil qəzası olub. xəbər verir ki, hadisə Kürdəmir-Zərdab yolunun rayonun Köhünlü kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, "Mercedes" markalı minik avtomobili hərəkətdə olarkən idarəetmədən çıxaraq aşıb. Nəticədə avtomobildə olan bir nəfər ölüb, iki nəfə

11 sentyabr 2021
.

Ötən gün 10-dan çox koronavirus xəstəsi ictimai yerlərdə saxlanıldı

Sentyabrın 10-da daxili işlər orqanlarının əməkdaşları respublika ərazisində 11 nəfər aktiv koronavirus xəstəsini ictimai yerlərdə aşkarlayaraq saxlayıblar. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən -a bildirilib ki, polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməkl

11 sentyabr 2021
.

Rektorun anası koronavirusdan vəfat etdi

Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəyliyə ağır itki üz verib. Unikal.org-un məlumatına görə, rektorun anası Sveta xanım koronavirusdan vəfat edib. Allah rəhmət eləsin!

13 sentyabr 2021