50 yaşlı kişidən atası və qardaşına qarşı QANDONDURAN HƏRƏKƏT - Lənkəranda

50 yaşlı kişidən atası və qardaşına qarşı QANDONDURAN HƏRƏKƏT - LənkərandaLənkəran şəhərində qəsdən adam öldürməyə cəhd etməkdə təqsirli bilinən 1968-ci il təvəllüdlü Sabit Heydərlinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Sabit Heydərli öz atası Midaris Heydərov və qardaşı Mahir Heydərovla birlikdə yaşadığı Lənkəran şəhəri, Axundzadə küçəsi 25 saylı ünvanda yerləşən, mərhum anası Zərintacın adına qeydiyyata alınmış, atasının faktiki mülkiyyətində olan birmərtəbəli fərdi yaşayış evini gələcəkdə öz adına keçirmək, həmin evin mülkiyyət hüquqlarını əldə etmək qərarına gəlib.

Sabit Heydərli bu barədə eyni evdə birlikdə yaşadıqları dövrdə atası və qardaşına bir neçə dəfə bildirib, atasından həmin evin onun adına rəsmiləşdirilməsini tələb edib.

Lakin Midaris və Mahir onun bu fikrinə qəti etiraz edib, onunla razılaşmayıblar. Buna görə də dəfələrlə onların arasında münaqişələr olub.

Bu mübahisələr zamanı Sabit Heydərli atası və qardaşını öldürüb, evi ələ keçirəcəyini bildirib.

16 oktyabr 2016-cı il tarixdə, saat 10 radələrində Sabit Heydərli ilə qardaşı Mahir Heydərov və atası Midaris Heydərov arasında növbəti dəfə əmlak tələbi ilə bağlı mübahisə yaranıb.

Sabit Heydərli qəsdən yaratdığı münaqişə zamanı atasını və qardaşını öldürməklə qeyd olunan əmlakı ələ keçirmək qərarına gəlib.

Bu niyyətlə Sabit Heydərli bıçaqla əvvəlcə qardaşı Mahir Heydərovun bədəninin müxtəlif nahiyələrinə 4 zərbə vurub.

Vəziyyətin belə yarandığını görən Midaris Heydərov evin eyvanından qaçıb. Sabit atasını təqib edərək, küçədə ona çatıb.

Sabit küçədə atasının boyun, alt çənə və sol qulaq nahiyələrinə zərbələr endirib.

Cinayəti törədən Sabit Heydərli hadisə yerindən qaçıb. Hər iki yaralı xəstəxanaya çatdırılıb, onlara vaxtında tibbi yardım göstərildiyi üçün həyatlarını xilas etmək mümkün olub.

İstintaq orqanı tərəfindən Sabit Heydərlinin barəsində Cinayət Məcəlləsinin 29,120.2.5-ci (tamah məqsədi ilə və ya sifarişlə, habelə zərərçəkmiş şəxsin orqanlarından və ya toxumalarından istifadə etmək məqsədilə adam öldürməyə cəhd) və 29,120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddələri ilə ittiham elan edilib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Sabit Heydərli 14 il müddətinə azadlıqdan məhrum olunub.

Hökmdən narazı qalan Sabit Heydərli apelyasiya şikayəti verib. O, qeyd edib ki, barəsində verilən ittiham qanunsuz və əsassızdır.

Təqsirləndirilən şəxs işinə baxılması üçün yenidən prokurorluğa qaytarılmasını istəyib.

Sabit Heydərlinin şikayəti araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. Şikayət hakim Rafiq Cəfərovun sədrlik etdiyi kollegiyada araşdırılıb.

Apelyasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib.

Qərara görə, Sabit Heydərlinin şikayəti təmin edilməyib.

publika.az


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Kriminal   Baxılıb: 1075   Tarix: 11 iyun 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Motosikletlə sərxoş kişinin üstündən keçdi, öldü

Saatlıda motosiklet sürücüsü yolun kənarında uzanan sərxoş kişinin üstündən keçib. "Qafqazinfo"nun məlumatına görə, hadisə rayonun Qırağlı kəndində qeydə alınıb. Niyaməddin İsgəndərov idarə etdiyi "Dnepr-11" markalı motosikletlə yolun kənarında sərxoş vəziyyətdə uzanıqlı şəkildə ola

5 mart
.

Tovuzda 36 yaşlı kişi bıçaqlandı - Şübhəli şəxs xanımıdır

Tovuzda bıçaqlanma hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə rayonun Düz Cırdaxan kəndində qeydə alımıb. Belə ki, kənd sakini 1988-ci il təvəllüdlü Namiq İsmayılov bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Xəstə dərhal əməliyyat edilib. Vəziyyətinin kafi olduğu bildirilir

7 mart
.

DƏHŞƏT: Yaşlı qadın azyaşlı nəvəsini boğaraq öldürdü - FOTO

Çeboksarıda (Rusiya) nənə özünü pis aparan doqquz yaşlı nəvəsini öldürüb. Məlumata görə, uşaq anası və nənəsinin yanında böyüyüb, atası ayrı yaşayıb. Bir gün əvvəl uşaq evdə nənəsi ilə qalıb. Ana işdən evə qayıdanda oğlunu ölü tapıb. 61 yaşlı nənə nəvəsini boğub. Bu hərəkətə səbəb oğlanın təqaüdçünü

13 aprel
.

"Nikosayağı" cəzasının böyük hissəsini evdə çəkə bilər

Xəbər verdiyimiz kimi, "Nikosayağı" adı ilə tanınan bloqer Nicat Şükürlü Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökmlə 5 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. "Qafqazinfo" xəbər verir ki, hökmdə Nicata verilən cəzanın məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi qey

7 mart
.

Məktəblilərin öldüyü hadisənin təfərrüatı məlum oldu

İmişli şəhər 5 saylı orta məktəbin həyətində iki yeniyetmənin ölümü ilə bağlı bəzi məqamlar bəlli olub. -a istinadən xəbər verir ki, İmişli Rayon Təhsil Şöbəsi yeniyetmələrdən heç birinin 5 nömrəli məktəb-liseyin şagirdi olmadığını açıqlayıb:. "2010-cu il təvəllüdlü Amid Seyran oğlu İsbərov İmişlid

15 aprel
.

Azərbaycan və Qazaxıstan prezidentləri Füzuli Rayon Mərkəzi Xəstəxanasının layihəsi ilə tanış olublar - FOTO

Martın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Füzulidə inşa ediləcək Rayon Mərkəzi Xəstəxanasının layihəsi ilə tanış olublar. Bununla bağlı məlumat yayıb

12 mart
.

Daha bir qadın öldürüldü - Əri intihara cəhd etdi

Qobustan rayonunda 1982-ci il təvəllüdlü Sadıqova Günel Tahir qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölüb. DİN-in Mətbuat Xidmətinin regional qrupundan -a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən G. Sadıqovanın həyat yoldaşı 1973-cü il təvəllüdlü Cabbarov Mürsəl Əlislam oğlu hadisədə

2 mart
.

Bakıda ailə faciəsinə səbəb olan vatsap statusu...

Ötən il Bakının Qaradağ rayonunda qadının ərini baltalayaraq ona ağır xəsarətlər yetirməsinin təfərrüatları məlum olub. "Qafqazinfo"nun məlumatına görə, 29 yaşlı Könül Quliyevanın 1987-ci il təvəllüdlü əri Rəsul Quliyevlə (adlar şərtidir) mübahisəsi qadının telefonuna gələn "darıxmaq şər

8 aprel
.

Rusiyada azərbaycanlı qadın öldürüldü - Əri saxlanıldı

Rusiyanın Sankt-Peterburq şəhərində 27 yaşlı azərbaycanlı qadın qətlə yetirilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə məlumatı "Mash на Мойке" teleqram kanalı yayıb. Qadının özündən 15 yaş böyük Araz adlı həyat yoldaşı tərəfindən qətlə yetirildiyi iddia edilir. Hadisənin qısqanclı

13 aprel