Doğuş zamanı dünyasını dəyişən 25 yaşlı Aytənlə bağlı DAHA BİR AÇIQLAMA

Doğuş zamanı dünyasını dəyişən 25 yaşlı Aytənlə bağlı DAHA BİR AÇIQLAMASiyəzən Rayon Mərkəzi Xəstəxanası doğuş zamanı dünyasını dəyişən ananın ölüm səbəbini açıqlayıb.

Xəstəxananın baş həkimi Dadaş Hümbətovun aznews.az-a verdiyi məlumata görə, doğuş zamanı dünyasını dəyişən 25 yaşlı Aytən Qasımovanın ikinci hamiləliyidir:

"Uşaq keysəriyyə yolu ilə dünyaya gəlib. Əslində bu əməliyyat planlı deyildi, yəni doğuşa hələ vardı. Amma ana bətnində körpədə problemlər olduğundan onu əməliyyata götürdülər. Əməliyyat yaxşı keçib. Ancaq sonra ananın özündə də müəyyən problemlər ortaya çıxdı. Nümunələr götürülüb, Məhkəmə Tibbi Ekspertizasına göndərilib. Hazırda onun cavabını gözləyirik".

Baş həkim onu da qeyd edib ki, bu məsələdə müəyyən inzibati tədbirlər görüləcək: "Günahsız, cəzasız heç bir kəs qalmayacaq. Əgər orada həkimin sırf səhlənkarlığı, qeyri-peşəkarlığı varsa, hər kəs çəzasını alacaq".

Qeyd edək ki, Siyəzən rayonunda doğuş zamanı ana ölümü baş verib. Rayon sakini Aytən Qasımova ötən gün Siyəzən Regional Diaqnostika Mərkəzinin doğum şöbəsinə yerləşdirilib. Qadın doğuş zamanı dünyasını dəyişib.

Hadisə   Baxılıb: 1156   Tarix: 12 iyun 2018  

Şikayətiniz varsa Whatsapp: 050 3422489

Facebookda Paylaş



Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR