Banklarımızda daha bir problem - ekspert bunun səbəblərini və çıxış yollarını GÖSTƏRDİ

Banklarımızda daha bir problem - ekspert bunun səbəblərini və çıxış yollarını GÖSTƏRDİ"Bütövlükdə son illər Azərbaycanda banklarda hesabların açılması prosedurları xeyli sadələşdirilib. Bununla belə, banklarda hesabların açılması lə bağlı bir sıra problemlər var".

Bunu Sonxeber.az-a iqtisadi ekspert Vüqar Bayramov "Banklarda hesabların açılması, aparılması və bağlanması Qaydası"na dəyişikliklərin edilməsi ilə bağlı məsələyə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, nə qədər qəribə olsa da, banklarda hesab açmaq istəyən şəxsdən Avropada, xüsusilə ABŞ-da hesabının olub-olmaması soruşulur: "Halbuki inkişaf etmiş ölkələrdə hesabların olması bizim banklarda heabların açılmasına mane olmamalıdır".

Ekspert xatırladıb ki, eyni zamanda banklarda hesablar açılarkən fiziki şəxslərin hesabları və cari hesablar fərqli metodlarla açılır. V. Bayramov diqqətə çatdırıb ki, bununla belə, cari hesabların açılması ciddi zaman tələb etmir: "Sadəcə olaraq cari hesabların açılması zamanı bir sıra banklarda müəyyən problemlər olur. Bu da ondan ibarətdir ki, hesablar açılarkən depozitlər, xüsusən plastik kartlarda depozitlər tələb olunur. Bu baxımdan depozitlərin ləğv olunmasına ehtiyac var. Cari hesab açılarkən və ya plastik kart alınarkən sığorta depozitinin tələb olunmasının tamamilə aradan qaldırılmasına ehtiyac var".

O vurğulayıb ki, eyni zamanda, fiziki şəxslərin, yəni biznes hesabları açılanda çətinlik zamanla bağlıdır: "Nəzərə alsaq ki, bu, vergi hesabıdır, bu cür hesabların açılması müəyyən zaman tələb edir. Elektron müraciət olsa belə, bu, bir neçə gün vaxt aparır. Proseduraların azaldılması daha məqsədəuyğundur, elektron müraciət halında isə hesab bir gündən gec olmayaraq açılmalıdır".

V. Bayramov əlavə edib ki, hesabların açılması sadələşdirilməli və bu zaman daha az prosedurlar həyata keçirilməlidir: "Bu da nəticə etibarı ilə banklarda hesabların artmasına və banklar üzrə hesablaşmaların həcminin çoxalmasına gətirib çıxara bilər".

Məftun Salmanov


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İqtisadiyyat   Baxılıb: 1045   Tarix: 13 iyun 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Uşaqlarda qripin ilkin əlamətlərində nə etməli?

Uşaqlarda qripin ilkin әlamәtlәri qeyd olunduğu zaman bol maye qәbulu tәmin edilmәli, hәmçinin qidalanmasında sulu yemәklәrә üstünlük verilmәli, südәmәr körpәdirsә tez-tez әmizdirilmәlidir. Burun tәnәffüsünü açıq tutmaq üçün burun tәmizliyi vacibdir. Belә ki, hәyatının ilk aylarında olan körpәlәrdә fizioloj

2 iyun 2021
.

Azərbaycan niyə Dünya Bankının yardımından imtina etdi? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi Azərbaycan Dünya Bankı tərəfindən təqdim olunan güzəştli kreditdən imtina edib. Bəs bunun səbəbi nədir?. Məsələ ilə bağlı -a açıqlama verən iqtisadçı ekspert Xəyal Məmmədli bildirib ki, Dünya Bankı "COVİD-19" pandemiyası ilə bağlı tək Azərbaycana deyil, bütün dünya dövlətlərin

23 iyun 2021
.

Azərbaycanda avtomobillərin qiyməti niyə bahalaşır? -AÇIQLAMA

Pandemiya dövründə iqtisadi aktivliyin azalması bütün sahələrə öz mənfi təsirini göstərdi. Bu dövrdə ən çox zərər çəkən sahələrdən biri də avtomobil bazarı oldu. Maraqlıdır, hazırda avtomobil bazarında vəziyyət necədir, növbəti mövsümdə qiymətlər hansı istiqamətdə dəyişəcək?. Mövzu ilə bağlı -ın sulların

15 may 2021
.

İyulun 22-nə USD/AZN rəsmi məzənnəsi

Azərbaycan Mərkəzi Bankı (AMB) iyulun 22-nə olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb. AMB-dən -a bildirilib ki, bankın iyulun 22-dən etibarən USD/AZN rəsmi məzənnəsi 1,700 manat səviyyəsində müəyyən olunub

17 iyul 2021
.

Azərbaycan nefti kəskin ucuzlaşdı

Azərbaycan neftinin qiyməti kəskin ucuzlaşıb. "Azeri Light" markalı neftin bir bareli 4,78 ABŞ dolları və ya 6,45 faiz ucuzlaşıb. Nəticədə dünya bazarında Azərbaycan neftinin bir barelinin qiyməti 69,33 ABŞ dolları təşkil edib. Qeyd edək ki, "Azeri Light" markalı neftin bir barelini

20 iyul 2021
.

20 qəpiyə alınıb 80 qəpiyə satılan pomidor - Niyə bu qədər fərq var? - VİDEO

Saatlıda pomidor yığımı davam edir. 2 həftədir sahədən məhsul yığılır və indiyədək 30 ton məhsul tədarük edilib. Xəzər TV-yə istinadən xəbər verir ki, məhsul bol olsa da, qiymətlər aşağıdır. Hazırda sahədə pomidorun kiloqramı 20 qəpiyə satılır. Bu isə təsərrüfat sahiblərini qane etmir. Çəkilən xərcl

26 iyul 2021
.

Xakerlərin istədiyi pul ödəndi, ABŞ-ın ən böyük yanacaq kəməri fəaliyyətini BƏRPA ETDİ

ABŞ-ın ən iri daxili yanacaq boru kəməri sistemi Colonial Pipeline həftənin çərşənbə günü fəaliyyətini qismən, dünən isə tam bərpa edə bilib. Lakin iddialara görə, bu, heç də operator şirkətə havayı başa gəlməyib. -a istinadən xəbər verir ki, bir sıra amerikan KİV-lərinə istinadla xəbər verir ki, ad

14 may 2021
.

Çip defisitinə görə "Toyota" istehsalı kəskin azaldır

Yaponiyanın avtomobil nəhəngi "Toyota" gələn ay bütün dünya üzrə avtomobil istehsalını 40 % azaldacaq. Report-a istinadən xəbər verir ki, şirkət çip çatışmazlığına görə, sentyabrda 900 min yerinə 500 min avtomobil istehsal edəcək. İstehsalın azalmasına görə gələn aydan Yaponiyadakı bir neç

19 avqust 2021
.

Azərbaycanda ərzağın qiyməti niyə bahalaşır? - AÇIQLAMA

2021-ci ilin yanvar-aprel aylarında istehlak qiymətləri indeksi (inflyasiya) 2020-ci ilin yanvar-aprel aylarına nisbətən 4,0 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 4,7 faiz, qeyri-ərzaq məhsulları üzrə 3,7 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 3,1 faiz artıb

17 may 2021