Bakının məşhur avtoşları həbs edildi - FOTO-VİDEO

Bakının məşhur avtoşları həbs edildi - FOTO-VİDEOBakı şəhərində avtoxuliqanlıq edərək digər yol hərəkəti iştirakçılarının həyatına və mülkiyyətinə real təhlükə yaratdığına, cəmiyyətə açıq hörmətsizlik nümayiş etdirən, polisin qanuni tələbini yerinə yetirmədiyinə sürücülər inzibati məsuliyyətə cəlb olunub.

Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polkovnik Vaqif Əsədov unikal.org-a bildirib ki, müəyyən olunan sürücülər paytaxtın müvafiq rayon məhkəmələri tərəfindən çıxarılan qərarlar əsasında həbs olunmaqla inzibati məsuliyyətə cəlb olunub.

Onlardan Salmanov Xəyal İntiqam oğlu iyunun 10-da 12:30 radələrində "BMW- 528" markalı 90- ON-083 dövlət qeydiyyat nişanlı avtomobillə Yasamal rayonu Kənar Dairəvi yolda özündən öndə hərkətdə olan digər nəqliyyat vasitəsi ilə düzgün ara məsafəsi saxlamayıb. Öndəki avtomobilin yolda keçid hüququna malik olduğu halda yol verməyib, ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranəcasına pozaraq, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozması ilə nəticələnən inzibati xəta tərkibi yaradan hallar törədib. Göstərilən əməllərin xüsusatlarına müvafiq olaraq X.Salmanov Yasamal Rayon Məhkəməsinin qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 327.1, 331 və 511.1-ci maddələrində nəzərdə tutulan inzibati xəta törətməkdə təqsirli bilinib. Və həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən nəqliyyat vasitələrini idarə etmək hüququ 01 (bir il) müddətə məhdudlaşdırılmaqla, onun barəsində 15 (on beş) gün müddətinə həbs tətbiq edilib.

Digər təqsirli Hümbətov Elçin Məcnun oğlu iyunun iyunun 9-da 00:05 radələrində "Chevrolet" markalı, 10-OZ-919 dövlət qeydiyyat nişanlı avtomobillə payatxtın Tbilisi prospekitndə avtomobili idarə edərkən ictimai qaydanı və ictimai təhlükəsiziliyi nümayişkaranə şəkildə davamlı olaraq pozamaqla inzibati xəta törədib. Göstərilən əməllərin xüsusatlarına müvafiq olaraq, E.Hümbətov Yasamal Rayon Məhkəməsinin qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 511.1 maddəsi ilə təqsirli bilinərək, nəqliyyat vasitəsinin idarə etmək hüququ 1 (bir) il müddətə məhdudlaşdırılmaqla, onun barəsində 30 (otuz) gün müddətinə həbs tətbiq edilib.

Eləcə də təqsirli olaraq həbs edilən Hüseynov Kamal Vahid oğlu iyunun 11-də səhər saatlarında polisin qanunu tələblərinə tabe olmayıb. Polis əməkdaşları onu sakitliyə nizam-intizama dəvət etsələr də o buna məhəl qoymayıb, qəsdən tabesizlik nümayiş etdirib. Toplanan matreallar əsasında vətəndaşın əməlinə hüququ qiymət verilməsi üçün 17-ci Polis Bölməsində baxılmaqla müvafiq rayon məhkəməsinə göndərilib. Nərimanov Rayon Məhkəməsinin qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 535.1 maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməklə K.Hüseynov barəsində 10 (on gün) müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilib.

Həbs edilən hər üç şəxslə Daxili İşlər Nazirliyinin İnzibati qaydada Həbs Olunanların Saxlanılma Məntəqəsində keçirilən görüşdə həbs olunanlarla profilaktik söhbətlər aparıb. Yol polisinin fəaliyyətinin birbaşa olaraq, yollarda hərəkət iştirakçılarının təhlükəsizliyinə yönəlidiyini onların diqqətinə çatdırılmaqla bildirilib ki, bu fəaliyyətin əsasını təşkil edən məsuliyyət hissi təkcə bir insanın yox, bütün cəmiyyəti qayğılandırır. Ona görə də yollarda hərəkət iştirakçılarının intizam və məsuliyyəti diqqət mərkəzində saxlanılır.

Avtomobillə cəmiyyətə açıq hörmətsizlik ifadə edən şəxslərin hər biri ilə fərdi – profilaktik söhətlər aparılıb. Görüşdə törədilən hər bir əmələ görə cəzalan şəxslər bu əməllərindən peşimançılıq duyduqlarını bildirib, törətdikləri əməlin nə qədər təhlükəli olduğunu acıq etiraf etməklə sürücüləri yollarda daha həsas və diqqətli olmalarını tövsiyyə ediblər. Onlar sürücüləri yol hərəkəti qaydalarına əməl etməyə və sükan arxasında olan zaman digər hərəkət iştirakçılarına hörmətlə yanaşmağa dəvət edib, barələrində verilən qərarın əməllərinə adekvat olduğunu qeyd ediblər.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 1633   Tarix: 12 iyun 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Crocus"dan qızlarına göndərdikləri SON VİDEO ÜRƏK DAĞLADI - "10 dəqiqə var, amma..." - VİDEO

"Crocus"dayıq. Konsertin başlamasına 10 dəqiqə var, amma camaat nədənsə ləng toplaşır". xəbər verir ki, b Sytnikov ailəsinin qızına göndərdikləri son videodur. Oleq və Lyudmila Sytnikov çoxdan "Piknik" qrupunun pərəstişkarlarıdır. Onlar heç nəyi qaçırmamaq üçün "Crocus Cit

24 mart
.

Qəbələdə beş otaqlı evdə yanğın olub

Qəbələdə beş otaqlı evdə yanğın baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, Qəbələ rayonunun Bılıx kəndində ümumi sahəsi 165 kvadratmetr olan birmərtəbəli beşotaqlı evin dörd otağının və dam örtüyünün yanar konstruksiyaları 153 kvadratmetr sahədə yanıb. Evin qala

24 mart
.

"Crocus"da terrorda ölənlərin xatirəsi Müslüm Maqomayevin mahnısı ilə yad edilib - VİDEO

Moskvada "Crocus City Hall" konsert kompleksində baş verən terrorda ölənlərin xatirəsinə həsr olunan anım tədbiri keçirilir. APA-ya istinadən xəbər verir ki, tədbirdə dünya şöhrətli Azərbaycan musiqiçisi Müslüm Maqomayevin "Durnalar" mahnısı səslənir. Xatırladaq ki, hadisə baş verə

24 mart
.

"Crocus City Hall"da yalın əllə terrorçunu zərərsizləşdirən şəxs danışdı

Moskvada, "Crocus City Hall"da hücumu həyata keçirənlərdən birini yalın əlləri ilə zərərsizləşdirən şəxs konsert zalında baş verənlərdən danışıb. O qeyd edib ki, hadisə vaxtı "Crocus City Hall"da həyat yoldaşı ilə birgə olub. "Mən həyat yoldaşıma baxdım və onun gözlərindəki dəhşət

23 mart
.

Sabirabadda "Mercedes" markalı minik avtomobili yanıb

Sabirabad rayonunun Çöl Beşdəli kəndində "Mercedes" markalı minik avtomobili yanıb. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, ətraf ərazilər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb

24 mart
.

Bakıda mənzildə meyit tapılıb

Bakıda mənzildə meyit tapılıb. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilir ki, "112" qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonunda 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Bak

23 mart
.

Qatillər zaldakılardan nə tələb ediblər? – Hadisə şahidi danışır

"Crocus Siti Holl"da terrorçular heç nə tələb etməyiblər, onlar yaxşı hazırlaşmışdılar. -a istinadla xəbər verir ki, bunu terror aktının şahidi Andrey Lesnıx "İzvestiya" portalına açıqlamasında deyib. Zalda bacısı ilə birlikdə olan Andrey Lesnıx ilk təxliyə edilənlərdən olub. Hadis

24 mart
.

Zaqatalaya 44 sm qar yağıb, dolu düşüb - FAKTİKİ HAVA

Martın 24-ü saat 10:00-a olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti arabir yağıntılı olub, şimşək çaxıb, dağlıq rayonlarda qar yağıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, qar örtüyünün hündürlüyü Əlibəydə (Zaqatala) 44 sm, Şahdağda 31 sm, Qrızda 3 sm olub. Düşən yağıntını

24 mart
.

Samuxda 61 yaşlı kişi yanıq xəsarətləri alıb

Samux rayon Ağasıbəyli kəndində 61 yaşlı kişi bədbəxt hadisə nəticəsində yanıq xəsarətləri alıb. "Report"un Qərb bürosunun məlumatına görə, 1963-cü il təvəllüdlü Ş.Vəliyev ehtiyatsızlıqdan qaz balonunun alışması nəticəsində əllərindən yanıq xəsarətləri alıb. O, xəstəxanaya yerləşdirilib, vəziyyət

24 mart