Xalq artisti relslərin üzərində şəkil çəkdirən qızdan danışdı – VİDEO

Xalq artisti relslərin üzərində şəkil çəkdirən qızdan danışdı – VİDEOXəbər verdiyimiz kimi, Bakı Metropoliteninin "Nəriman Nərimanov" stansiyasında 21 yaşlı Arzu Əhmədovanın relslərin üərində şəkil çəkdirməsi müzakirələrə səbəb olub.

Moderator.az-ın məlumatına görə, xalq artisti Flora Kərimova məsələ ilə bağlı İnstaqram hesabında açıqlama yayıb.

Sənətçinin sözlərinə görə, gənc qızın fotosu film çəkilişi zamanı ortaya çıxıb:

"Dünən qeyri-iş saatlarında metronun "Nəriman Narimanov" adına stansiyasında "Qayınana 2018" filminin çəkilişləri baş tutdu. Filmdə kütləvi səhnələrdə çəkilən gənc xanımın stansiyadan çəkilib sosial şəbəkələrdə paylaşılan fotosu bu gün mətbuat və sosial mediada tirajlandı və təəsüf ki, məlumat təhrif olundu. Əslində isə narahatlığa heç bir əsas yoxdur. Hamımız sağ-salamat, yüksək təhlükəsizlik şəraitində çəkilişləri uğurla yekunlaşdırdıq".

Sosial   Baxılıb: 1975   Tarix: 12 iyun 2018  

Şikayətiniz varsa Whatsapp: 050 3422489

Facebookda Paylaş



Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR