"Burda qan var" - Şabranda baş verən dəhşətli qəzanın GÖRÜNTÜLƏRİ - VİDEO

"Burda qan var" - Şabranda baş verən dəhşətli qəzanın GÖRÜNTÜLƏRİ - VİDEOŞabranda yol qəzası baş verib.

Sonxeber.az ARB TV-yə istinadən xəbər verir ki, Şabran rayonunun Şahnəzərli kəndi ərazisindən keçən hissəsində qeydə alınan hadisə zamanı "Mercedes" markalı yük maşını eyni markadan olan minik avtomobili ilə toqquşub.

Qəza nəticəsində minik maşınında olan Şabran sakinləri Anar Həmidli, Məcnun Quliyev və Sadiq Quliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar dərhal Şabran Rayon Mərkəzi Xəstəxanasına gətirilib və onlara müvafiq tibbi yardım göstərilib.

Xəstəxanadan bildirilib ki, yaralılardan sürücü Anar Həmidli kəllə-beyin travması aldığından vəziyyəti ağır qiymətləndirilir. Digər iki yaralının xəsarətləri isə nisbətən yüngüldür.

Hadisə şahidi: "Kənddən çıxırmış, toqquşublar. Maşınlar kalonla gəlirdi. Toqquşub, motor gedib düşüb arxın içinə. Qan var burda. Uşaqları da aparıblar xəstəxanaya. İndi biz də gedirik ora".

Faktla bağlı araşdırmalar davam etdirilir.

Sosial   Baxılıb: 492   Tarix: 13 iyun 2018  

Şikayətiniz varsa Whatsapp: 050 3422489

Facebookda Paylaş



Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR