TANAP Azərbaycana nə verəcək?

TANAP Azərbaycana nə verəcək?Cənub Qaz Dəhlizinin ayrılmaz hissəsi olan TANAP bu gün və gələcəkdə enerji təhlükəsizliyi məsələlərinin həlli üçün əvəzolunmaz infrastruktur layihəsidir.

Bunu iqtisadçı-ekspert, millət vəkili Vahid Əhmədov deyib.

V. Əhmədov TANAP-ın təntənəli açılış mərasimi, bütövlükdə bu layihəni yüksək qiymətləndirdiyini qeyd edərək bildirib ki, bu, Azərbaycan üçün, həmçinin Avropa dövlətləri üçün çox önəmli layihədir.

V. Əhmədov deyib ki, TANAP 2020-ci ildə tam istifadəyə veriləndə bu kəmər vasitəsilə 31 milyard kub metrə yaxın qaz ixrac olunacaq:

"Ölkə prezidentinin açılış mərasimində bildirdiyi kimi, TANAP layihəsinin icrası həm texniki, həm maliyyə cəhətdən çox mürəkkəb bir işdir. Ancaq çox sevindiricidir ki, Azərbaycanla Türkiyə birlikdə bu işi çox böyük müvəffəqiyyətlə icra etdilər.

Bütövlükdə TANAP-ın istismara verilməsi qonşu və dost ölkələr üçün gözəl imkanlar yaradır. Qeyd edim ki, TANAP yeddi ölkəni, bir çox şirkətləri birləşdirir.

Bir sözlə, Cənub Qaz Dəhlizinin ayrılmaz hissəsi olan TANAP bu gün və gələcəkdə enerji təhlükəsizliyi məsələlərinin həlli üçün əvəzolunmaz infrastruktur layihəsidir".

Millət vəkili Eldəniz Səlimov hesab edir ki, TANAP-ın açılışı Azərbaycanın növbəti dəfə Avropaya və dünyaya açılışıdır:

"Azərbaycan bu günə qədər bir çox tarixi açılışlar edib və bununla da Avropaya, dünyaya inteqarasiya edib, TANAP-la bir daha dünyaya açıldı, səmimi və əməli inteqrasiya, əməkdaşlıq, tərəfdaşlıq niyyətlərini, addımlarını ortaya qoydu.

Azərbaycan bir daha nümayi etdirmiş və sübut etmiş oldu ki, nəinki yerləşdiyi coğrafi məkanda - Cənubi Qafqazda, bütövlükdə Avropada və dünyada lider, söz və nüfuz sahibi olan qüdrətli dövlətlərdən biridir.

Azərbaycanın iştirakı və rizası olmadan burada heç bir layihə reallaşdırıla və icra edilə bilməz. Azərbaycanın iştirakı olmadan Avropanın və dünyanın eneryi təhlükəsizliyini də tam təmin etmək mümkün deyil.

Odur ki, Avropa, eləcə də, dünya Azərbaycanın bir daha lazımlılığını və gərəkliliyini anladı, dərk etdi. Bunlar bizim fəxr, iftixar mənbəyimizdir. Fəxr və qürür hissi keçiririk ki, Azərbaycanın belə günlərinə, tarixi zəfərlərinə canlı şahidlik edirik.

Eyni zamanda, çox xoşbəxt xalq və dövlətik ki, Azərbaycanı gündən-günə belə tarixi zəfərlərə, nailiyyətlərə qovuşduran Lidermiz - ölkə rəhbərimiz İlham Əliyev var. Onun rəhbərliyi ilə hələ çox nailiyyətlərə, uğurlara imza atacağıq".

Oxu.az


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İqtisadiyyat   Baxılıb: 874   Tarix: 13 iyun 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bir ölkə sakini aya nə qədər pul xərcləyir? - FOTO

2021-ci ilin yanvar-aprel aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 12 milyard manatlıq məhsul satılıb. -a istinadən xəbər verir ki, bu dövrdə 6,6 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 5,4 milyard manatlıq qeyri-ərzaq malları satılıb. 2020-ci ilin yanvar-apre

17 may 2021
.

Bitkoinin qiyməti 42 min dollara yaxınlaşdı

Dünyanın aparıcı kriptovalyutası - bitkoinin qiyməti 41 840 ABŞ dollarına çatıb. xəbər verir ki, kriptovalyuta son 24 saat ərzində 7,94 %, son 7 gün ərzində isə 23,40 % bahalaşıb. Nəticədə onun kapitallaşması 783,73 milyard dollara çatıb. Kapitallaşmaya görə 2-ci pillədə qərarlaşan "Ethereum"u

1 avqust 2021
.

Azərbaycanda ərzaq məhsulları 5%-ə yaxın BAHALAŞIB - RƏSMİ

2021-ci ilin yanvar-aprel aylarında istehlak qiymətləri indeksi (inflyasiya) 2020-ci ilin yanvar-aprel aylarına nisbətən 4,0 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 4,7 faiz, qeyri-ərzaq məhsulları üzrə 3,7 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 3,1 faiz artıb

13 may 2021
.

Azərbaycan nefti ucuzlaşdı

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 0,43 ABŞ dolları, yaxud 0,6 % azalıb. xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 73,53 ABŞ dolları təşkil edib. Xatırladaq ki, "Azeri LT CIF" neftinin ən aşağ

4 sentyabr 2021
.

Dollar almaq istəyənlərin NƏZƏRİNƏ

Azərbaycan Mərkəzi Bankı bu günə olan valyuta məzənnələrini açıqlayıb. AMB-ə istinadən xəbər verir ki, ABŞ dollarının rəsmi məzənnəsi dəyişməyərək 1.700 manat təşkil edir. Manata nəzərən avronun məzənnəsi 2.0681, 1 türk lirəsi 0.2042 manat, 1 rus rublu 0.0231 manatdır

18 may 2021
.

İran azad olunan Azərbaycan ərazilərinə yaxın məkanda bazar yaradır

İran Azərbaycanın işğaldan azad olunan ərazilərində yaxın məkanda tikinti materialları bazarının yaratmaq niyyətindədir. Bunu Trend-ə açıqlamasında İranın Şərqi Azərbaycan valisinin iqtisadi məsələlər üzrə müavini Əli Cahangiri deyib. Ə.Cahangirinin sözlərinə görə, İranın Şərqi Azərbaycan vilayətind

13 iyul 2021
.

Azərbaycan apreldə "OPEC plus" üzrə öhdəliyini yerinə yetirib

2021-ci ilin aprel ayında ölkə üzrə gündəlik neft (kondensatla birlikdə) hasilatı 698 min barrel olub. Energetika Nazirliyindən "Qafqazinfo"ya verilən məlumata görə, bunun 594 min barrelini xam neft, 104 min barrelini isə kondensat təşkil edib. Xatırladaq ki, "OPEC plus" ölkələr

9 may 2021
.

Maliyyə Nazirliyi 60 milyon manat da BORC ALDI

18 may 2021-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0105016882 ISIN-li, 40 milyon manat həcmində, 728 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilib. Hərrac zamanı 18 investor tərəfindən qiymət interval

18 may 2021
.

"Elmlər Akademiyası" stansiyasının pəncərələrinə 5,3 mln manat xərclənəcək

"Bakı Metropoliteni" QSC "Elmlər Akademiyası" stansiyasının inzibati binasının 5-ci mərtəbəsində pəncərələrin hazırlanıb quraşdırılması işləri ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub. vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi "Nimex"

25 avqust 2021