Azərbaycanda abituriyentlərlə bağlı maraqlı FAKTLAR

Azərbaycanda abituriyentlərlə bağlı maraqlı FAKTLARSon 10 il ərzində Azərbaycanda yaşı 50-dən çox olan 155 abituriyent ali məktəbə qəbul olmaq üçün sənəd verib, onlar arasında ən yaşlı 2 nəfərin 71 yaşı olub.

Dövlət İmtahan Mərkəzindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, 2009-cu ildə ali məktəbə qəbul olmaq üçün yaşı 50-dən çox olan 10 nəfər sənəd verib. Həmin ildə onlardan ən yaşlısının 59 yaşı (1950-ci il təvəllüdlü) olub. 2010-cu ildə 9 (ən yaşlısı 1939-cu il təvəllüdlü), 2011-ci ildə 13 (ən yaşlısı 1939-cu il təvəllüdlü), 2012-ci ildə 19 (ən yaşlısı 1955-ci il təvəllüdlü), 2013-cü ildə 13 (ən yaşlısı 1956-cı il təvəllüdlü), 2014-cü ildə 22 (ən yaşlısı 1956-cı il təvəllüdlü), 2015-ci ildə 19 (ən yaşlısı 1959-cu il təvəllüdlü), 2016-cı ildə 23 (ən yaşlısı 1958-ci il təvəllüdlü), 2017-ci ildə 16 (ən yaşlısı 1959-cu il təvəllüdlü), 2018-ci ildə 11 nəfər (ən yaşlısı 1960-cı il təvəllüdlü) yaşı 50-dən çox olan abituriyent ali məktəbə qəbul olmaq üçün sənəd verib.

Son 10 ildə ali məktəbə sənəd verən 155 nəfər yaşlı abituriyentin yalnız 7-si ali məktəbə qəbul olub. 2009-cu ildə yaşı 50-dən çox olan 1, 2010-cu ildə 1, 2013-cü ildə 2, 2014-cü ildə 1, 2015-ci ildə 1, 2017-ci ildə 1 nəfər ali məktəbə qəbul ola bilib.

Yaşı 50-dən çox olan abituriyentlərin çoxu ilk dəfə ali təhsil almaq üçün sənəd verənlərdir.

Ümumilikdə 155 abituriyentin 27-si ali təhsilli, 128-i isə ali təhsili olmayan olub. Yeri gəlmişkən qeyd edək ki, bu il ali məktəbə sənəd verən yaşı 50-dən çox olan 11 abituriyentin heç birinin ali təhsili yoxdur.

Yaşı 50-dən çox olan abituriyentlərin qəbul olunduqları ixtisaslara gəldikdə, 2009-cu ildə 1 nəfər Azərbaycan Dövlət Neft Akademiyasının neft-qaz mühəndisliyi (qiyabi), 2010-cu ildə 1 nəfər Azərbaycan Dövlət İqtisad Universitetinin dizayn (əyani), 2013-cü ildə 2 nəfər Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması (əyani) və Azərbaycan Dillər Universitetinin Dil və ədəbiyyat müəllimliyi (ingilis dili üzrə, əyani), 2014-cü ildə 1 nəfər Naxçıvan Dövlət Universitetinin riyaziyyat müəllimliyi (qiyabi), 2015-ci ildə 1 nəfər Azərbaycan Milli Konservatoriyasının xalq çalğı alətləri (qiyabi), 2017-ci ildə 1 nəfər Azərbaycan Kooperasiya Universitetinin metrologiya, standartlaşdırma və sertifikasiya mühəndisliyi (əyani) fakültəsinə qəbul olub.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1368   Tarix: 13 iyun 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

İftar süfrəsi üçün fərqli reseptlər

"İftar menyusu"nu təqdim edirik:. Mantı şorbası. Ərzaqlar:. Xəmiri üçün:. 3-3,5 stəkan un. 1 yumurta. 1 stəkan su. 1 çay qaşığı duz. İç üçün:. 300 qram qiymə . 1 soğan. 1 çay qaşığı duz. 1 çay qaşığı qara bibər. Bişirmək:. 1 stəkan qaynadılmış noxud. 1 orta boy soğan. 2 diş sarımsaq. 1 xörə

29 mart
.

Taksi sürücüləri yeni qərara etiraz edir – "Onsuz da şirkətlər belimizi qırırdı"

Nazirlər Kabineti taksilərlə bağlı yeni dəyişikləri təsdiqləyib və elə həmin gündən, yəni martın 27-dən ciddi müzakirələr başlayıb. Müzakirələr əsasən taksilərə dair tələblərə yönəlib. Yeni qərara görə, buraxılış tarixi 15 ildən çox olan avtomobillərin taksi fəaliyyətinə qadağa qoyulur. Bu isə o deməkdi

29 mart
.

"Ultravist" dərmanı niyə yoxa çıxıb? - Rəsmi açıqlama

Artıq 10 gündən çoxdur ki, xəstələr kontrastlı KT, anfioqrafiya və bir çox kontrastlı rentgen müayinələrindən keçə bilmirlər. Bunun səbəbi ölkədə bu müayinələr zamanı istifadə edilən "Ultravist" kontrast maddəsinin tapılmamasıdır. Xəstələrin sözlərinə görə, sözü gedən madə həm dövlət, həm d

29 mart
.

"Coffee ‘N Joy" Avropa Gənclər Parlamentinə dəstək olub

"Coffee ‘ N Joy" ( EYP European Youth Parliament) Avropa Gənclər Parlamentinə öz dəstəyini göstərib. UFAZ-da keçirilən tədbir 3 gün davam edib və iştirakçıların özünü kəşf, şəxsi inkişafına yönəlik olub. Tədbir çərçivəsində müasir dünyada aktual olan problemlər və onların həlli yolları müzakir

29 mart
.

Şimşək, yağış, 25° isti - Sabahın havası

Martın 30-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi yerlərdə arabir yağış yağacağı, gecəy

29 mart
.

Məhkəmə Ələsgər Məmmədli barədə qərar qəbul edib

Bakı şəhərinin Xətai Rayon Məhkəməsində "Toplum TV" işi üzrə həbs edilən Ələsgər Məmmədli barədə qərar qəbul olunub. "Report" xəbər verir ki, hakim Bəxtiyar Məmmədovun sədrliyi ilə keçirilən məhkəmə iclasında onunla bağlı ev dustaqlığına buraxılması üçün verilən vəsatətə baxılıb

29 mart
.

"Xocalı qatilinin Azərbaycan torpaqlarına səfəri Ermənistan hökumətinin tərkibində 5-ci kolonun formalaşmasından xəbər verir" - DEPUTAT

"Bu gün Ermənistanın parlamentdə deputat olan Xocalı qatili Seyran Ohanyan fraksiyasının digər deputatları ilə birgə Qazağın işğal altında qalan kəndlərində olub". Bunu -a danışan deputat Müşfiq Cəfərov bildirib. Deputat qeyd edib ki, hər birimizə məlumdur ki, Ohanyan daha əvvəl bu kəndlərd

29 mart
.

"Dünyada pensiya yaşının azaldılması yox, artırılması müzakirə edilir"

"Burada pensiya yaşının azaldılması ilə bağlı geniş müzakirə gedir, lakin dünyanın heç bir ölkəsində pensiya yaşının azaldılmasına qanunvericilik səviyyəsində baxılmır". xəbər verir ki, bu fikirləri deputat Musa Quliyev Milli Məclisin plenar iclasında bildirib. Millət vəkili qeyd edib ki, əksin

29 mart
.

Azərbaycanda minimum əməkhaqqı 400 manata QALDIRILIR? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, cari ilin ortaları pensiyaların yenidən artırılacağı gözlənilir. Büdcə gəlirlərinin artacağı ilə bağlı proqnozlar özünü doğrultmaq üzrədir. Bununla yanaşı, qarşıdakı aylarda büdcəyə yenidən baxıla bilər və 2024-cü ilin ortalarında maaş və digər sosial müavinətlərin yenidən artırılmas

29 mart