"Ya səni məhkəməyə verəcəyik, ya da..." - Aprel döyüşlərində ayaqlarını itirən qazinin kredit problemi

"Ya səni məhkəməyə verəcəyik, ya da..." - Aprel döyüşlərində ayaqlarını itirən qazinin kredit problemiAprel döyüşlərində böyük qəhrəmanlıq nümayiş etdirən və düşmənin 40-dan çox canlı qüvvəsini məhv edən qazi Mənəfov Səməndər Müqavimət oğlu çıxılmaz vəziyyətdə qalıb.

Sonxeber.az yenicag.az-a istinadən xəbər verir ki, 2015-ci ildə ev almaq məqsədi ilə Azərbaycan Beynəlxalq Bankından 15 min manat kredit götürən Mənəfov Aprel döyüşlərində minaya düşüb, ayağını itirdikdən sonra onu ödəməkdə çətinlik çəkib.

Bu barədə saytımıza Mənəfov Səməndərin özü açıqlama verib:

"2015-ci ildə ev almaq məqsədi ilə Beynəlxalq Bankdan 15 min manat kredit götürdüm. 2016-cı ildə döyüşdə yaralanmamışdan öncə bir il ərzində krediti vaxtı-vaxtında ödəmişəm. Hər ay 600 manat verirdim. Tərxis olunana qədər kartımdan pul çıxılıb. Lakin məlum səbəblərdən sonradan krediti ödəyə bilmədim. Heç kim heç nə demirdi. Sonradan işə düzəldim. Yenə başladılar pulu tutmağa. Getdim Beynəlxalq Banka, öyrəndim ki, məbləğ şişib 26 min manat olub. Məbləğin üstünə faizlər gəlib. Sonradan mənim kreditim "Aqrarkredit" Səhmdar Kredit Təşkilatına yönəldildi. İndi isə faizlər silinib, məbləğ 14 min manat olub. Mənə zəng etdilər ki, nə etmək fikrin var? Mən də "ödəyə bilmirəm" dedim. Dedilər, məsələyə baxacağıq, ya səni məhkəməyə verəcəyik, ya da ödəniş zaminlərindən tutulacaq. Kreditin bağışlanıb-bağışlanmaması sual olaraq qalır. Bunun üçün bir sıra aidiyyatı qurumlara müraciət etmişəm, amma bir xeyiri yoxdur".

Məsələ ilə bağlı "Aqrarkredit" Səhmdar Kredit Təşkilatı ilə də əlaqə saxladıq. Özünü Ağamir kimi təqdim edən "Aqrarkredit"in rəsmisi soyadını açıqlamasa da, məsələyə qısa-konkret münasibət bildirib bizimlə sağollaşdı:

"Kredit faizlə verilir. Kreditin öz qaydaları, prinsipləri var. Bu, bütün dünyada belədir. Bankın kiməsə güzəştə getməsi isə daxili qaydalara aiddir. Qoy həmin şəxs müraciət etsin, ondan sonra məsələyə baxsınlar. Biz dövlət təşkilatıyıq".

Bundan başqa Aprel döyüşlərində iki ayağını itirən qazinin nəqliyyat problemi də var. O, dəfələrlə Sosial Müdafiə fonduna müraciət etsə də, müsbət cavab ala bilməyib: "Əslində, mənə əlillər üçün nəzərdə tutulan avtomobil verilməlidir. Çünki nə piyada gəzə, nə də avtobusdan istifadə edə bilirəm. Sosial Müdafiə Fonduna müraciət etsəm də, məni növbəyə götürən yoxdur. Dəfələrlə qəbulda olmuşam, amma bunların heç biri fayda verməyib. Bəhanə gətirirlər ki, avtomobil növbəsi dayandırılıb. Baxıram siyahıya ki, 2018-ci ildə növbəyə adam götürüblər, amma məni qeydə almırlar. Ya pul istəyirlər, ya da bilmirəm…"

Qeyd edək ki, 1990-cı ildə Kürdəmirin Xınıslı kəndində anadan olan Səməndər Mənəfov 2004-cü ildə Cəmşid Naxçıvanski adına hərbi liseyə qəbul olub. 2007-ci ildə liseyi bitirən Mənəfov, təhsilini Heydər Əliyev adına Hərbi Akademiyada davam etdirib.

O, 2011-ci ildə Ali Hərbi Məktəbi baş leytenant rütbəsilə bitirərək N saylı hərbi hissəyə təyinat alıb. 2012-ci ildə isə Xüsusi Təyinatlı Qüvvələrin kursuna qatılıb, 6 aylıq kursu uğurla bitirərək, XTQ sıralarına qoşulub. Türkiyədə sərbəst paraşüt kursunu uğurla tamamlayıb.

2013-cü il iyunun 24-də Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə nazirinin əmrilə "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)" yubiley medalı, eyni zamanda da Azərbaycan Respublikasının Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə nazirinin əmrilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib. Düşmənin hücumunun qarşısını aldığına və xeyli canlı qüvvəsini məhv etdiyinə görə Azərbaycan Respublikası prezidenti adından qiymətli hədiyələrlə mükafatlandırılıb.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 2101   Tarix: 13 iyun 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Azərbaycanda ötən gün 14 kq narkotik aşkarlanıb

Polis əməkdaşları ölkə ərazisində ötən gün 14 kq narkotik aşkarlayıblar. Bu barədə Ölkə.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, keçirilən əməliyyat tədbirləri ilə aprelin 10-da ümumi çəkisi 14 kiloqrama yaxın narkotik vasitə, 22 ədəd çətənə kolu, həmçini

11 aprel
.

Pakistanda silahlıların hücumu nəticəsində 11 nəfər ölüb

Pakistanın cənub-qərbindəki Bəlucistanda silahlıların hücumu nəticəsində 11 nəfər həlak olub. Hüquq-mühafizə orqanlarının məlumatına görə, ondan çox yaraqlı cümə günü axşam saatlarında Nuşka şəhərindən bir km aralıda milli avtomobil yolunu bağlayıb. Nuşka komissarının müavini Həbibullah Musahel bildiri

13 aprel
.

Babası, atası və oğlu şəhid olan Arif İsmayılov vəfat etdi

Babası 1918, atası 1942, oğlu isə 1994-cü ildə şəhid olan Göyçayın Ləkçıplaq kənd sakini Arif İsmayılov vəfat edib. Bu barədə məlumat sosial şəbəkələrdə yayılıb. Qeyd olunub ki, Arif İsmayılovun oğlu İsmayıl İsmayılov 1994-cü ildə Kəlbəcər ətrafında gedən döyüşlərdə 60-dan çox ermənini məhv edərək Qanlıkən

14 aprel
.

Bakıda mənzildə meyit tapıldı

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Yasamal rayonunda 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. -ın xəbərinə görə, məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetm

14 aprel
.

Bakıda mənzildə köməksiz vəziyyətdə qalan azyaşlı xilas olunub - VİDEO

Bakıda mənzildə köməksiz vəziyyətdə qalan azyaşlı xilas olunub. Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Qurumun "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov və Nizami rayonları ərazisində vətəndaşların mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmas

14 aprel
.

Beynəlxalq axtarışda olan şəxs xüsusi konvoyun müşayiəti ilə Azərbaycana gətirildi

"Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında" 07.10.2002-ci il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq, Azərbaycan Respublikasının vətəndaşı Mais Fəxrəddin oğlu Nəzərovun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti Qazaxıstan Respublikasını

20 aprel
.

Bakıda ticarət mərkəzinin həyətində ağır qəza - Ölən var

Bakıda ticarət mərkəzinin həyətində ağır qəza baş verib. "Qafqazinfo" xəbər verir ki, dünən saat 14:19-da Qaradağ rayonu Lökbatan qəsəbəsi ərazisində yerləşən "Karvansaray" ticarət mərkəzinin həyətində İran vətəndaşı Afrooz Mansoor Aziz oğlu idarə etdiyi "DAF" markalı yü

16 aprel
.

Tiktoker Ləman Vəliyeva saxlanılıb?

Tiktoker Ləman Vəliyevanın saxlanılması ilə bağlı yayılan iddialar həqiqət deyil. -ın əldə etdiyi məlumata görə, Ləman azadlıqdadır. Qeyd edək ki, bu barədə bəzi saytlarda və sosial şəbəkələrdə məlumatlar yayılıb. Onun sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun olmayan qeyri-eti

11 aprel
.

Türkiyədə naməlum silahlıların hücumu zamanı 1 nəfər ölüb, yaralananlar var

Türkiyənin İstanbul şəhərinin Beyoğlu rayonunda 3 naməlum silahlıların atəş açması nəticəsində 1 nəfər ölüb, daha bir neçə nəfər yaralanıb. Bu barədə "Report" "Haber Global"a istinadən xəbər verir. Qeyd edilir ki, hücum zamanı 2-si ağır olmaqla 5 nəfər yaralanıb. Əraziyə polis əməkdaşlar

13 aprel