Şeyxülislamdan RAMAZAN TƏBRİKİ

Şeyxülislamdan RAMAZAN TƏBRİKİQafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.

Bu barədə QMİ-dən məlumat verilib.

Təbrikdə deyilir ki, əzəmət və sevinci hədsiz olan bu ülvi bayram insanlara böyük səadət və fəxarət bəxş edir. Həmd-səna olsun Uca Allaha ki, Onun Rizasını qazanmaq üçün müsəlman qardaş və bacılarımız bu mübarək ay boyunca bütün ibadətlərini sonsuz ehtiram, fərəh və səylə tamamlayaraq, Ramazani-Şərifin bayram səadətinə qovuşmağa nail olublar. İslam dininə ehtiramımı nümayiş etdirib, Allahın vacib hökmü olan oruc ibadətini səmimi hisslərlə başa vuran xalqımıza bu mübarək ayın fəzilət və bərəkətlərindən nəsib olsun, İnşallah!

Savab, mərhəmət ayı olan Ramazan bəşər övladına dözüm, mərhəmət, xeyirxahlıq, yardımlaşmanı təlqin edir. Bu ülvi bayram günündə qohum-əqrəba, valideynlərə baş çəkilməsi, küsülülərin barışması, yetim, kimsəsiz və ehtiyacı olanlara şəfqət göstərilməsi, dünyasını dəyişmiş yaxınların qəbirlərinin, xüsusilə şəhid ailələrinin ziyarəti müstəhəb əməllərdəndir.

Allah Təbarəkə və Təalanın Lütfü və Mərhəməti sayəsində Ramazan bayramını qarşılayan xalqımızın ülvi arzuları Vətənimiz üçün səadət, əmin-amanlıq istəkləri ilə qovuşur. Bu əziz gündə biz Allaha dualar edirik ki, İnşallah, işğal altında olan torpaqlarımızın azad edilməsini, dövlətçiliyimizin davamlı olaraq tərəqqisini, Azərbaycanın dünya birliyində mövqe və nüfuzunun daha da möhkəmlənməsini bizlərə nəsib etsin.

Şeyxülislam qeyd edir ki, bayram günündə qədirbilən xalqımız Azərbaycanın milli mənəvi dəyərlərinin dirçəldilməsi və inkişafında əvəzsiz xidmətləri olmuş ali mənəviyyat sahibi, bu il anadan olmasının 95-ci ildönümünü qeyd etdiyimiz ümummilli liderimiz, müstəqilliyimizin qurucusu, qurtuluşumuzun banisi, ulu öndər Heydər Əliyevin ruhuna rəhmət oxuyur və onun layiqli davamçısı, müstəqil Azərbaycanın siyasi, iqtisadi, mədəni-mənəvi qüdrətinin təmini üçün yorulmaz səylər göstərən, 100 illiyini qeyd etdiyimiz Cümhuriyyət tariximizə yeni, qürurverici səhifələr yazan Prezident İlham Əliyev həzrətlərinə Azərbaycanın tərəqqisi, haqq işimizin qələbəsi naminə fəaliyyətində böyük nailiyyətlər diləyir.

QMİ-nin sədri təbriki bu sözlərlə bitirir: "Bir daha əziz bayram – Eydül-Fitr səadətinə yetişən bütün müsəlmanlarımızı səmimi qəlbdən təbrik edir, xeyir-dualarımı yetirirəm.

Qoy qəlbində Allah məhəbbəti yaşadan xalqımızın, İnşallah, bütün xoş arzu və niyyətləri gerçəkləşsin! Allah cəmi şəhidlərimizə rəhmət eləsin! Allah orucumuzun əcri olaraq Öz Lütfü sayəsində bizlərə xeyir və bərəkətini artırsın, mənəvi birliyimizi gücləndirsin! Amin!".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 941   Tarix: 13 iyun 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Azərbaycanda prorektorun qətlində təqsirləndirilən şəxslərdən ikisi son söz deyib

"Təfəkkür" Universitetinin prorektoru Tariyel Əhmədovun öldürülməsində təqsirləndirilən Müşfiq Atakişiyev, Dəyanət Quliyev və Samir Quliyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşmaq üzrədir. APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Siyavuş Hacıyevin sədrliyi il

19 aprel
.

Bakı Baş Səhiyyə Mərkəzi məhkəmə qarşısında - Nə baş verib?

Bakı Baş Səhiyyə Mərkəzi barəsində inzibati iş başlanıb. Qaynarinfo xəbər verir ki, quruma qarşı İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə ittiham irəli sürülüb. Bu maddə əmək qanunvericiliyinin əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları, əmək şəraiti, iş və istirahə

19 aprel
.

Xınalığa dolu düşüb - FAKTİKİ HAVA

Aprelin 20-si saat 10:00-a olan məlumata əsasən, ölkə ərazisində hava şəraiti sabit, əsasən yağmursuz keçib. Lakin günün ikinci yarısında bəzi dağlıq ərazilərdə şimşək çaxıb, arabir qısamüddətli leysan xarakterli yağış yağıb. Bu barədə -a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiy

20 aprel
.

Xəzər dənizində suyun səviyyəsi niyə aşağı düşür? - AÇIQLAMA

Bütün dünyada gedən iqlim dəyişmələri ilə bağlı bir çox problemlər Yer kürəsini təhdid edir. Xəzər dənizində də suyun səviyyəsinin getdikcə aşağı düşməsidir. Aparılan tədqiqatlara əsasən, dənizdə suyun səviyyəsinin azalması 2040-cı ilə qədər davam edəcəyi deyilir. Bunun səbəbi nədir. Mövzu ilə bağl

19 aprel
.

Çoxuşaqlı ailələrə ayrıca müavinət TƏYİN EDİLSİN - TƏKLİF

Dünya praktikasında 3 uşağı olanlar çoxuşaqlı ailələr hesab edilir. Bu baxımdan Azərbaycanda çoxuşaqlı anlayışının 5-dən 3-ə endirilməsi təklif edilir. Artıq məsələ Milli Məclisdə müzakirə olunur və yekun qərarın təsdiqlənməsi gözlənilir. Azərbaycanda kütləvi şəkildə boşanmaların olması, o cümlədən ailələri

19 aprel
.

Parlament seçkiləri nə vaxt keçiriləcək?

"Parlament seçkiləri sentyabrda keçirilə bilər". Bunu Qaynarinfo-ya açıqlamasında hüquqşünas Qulamhüseyn Əlibəyli deyib. Qulamhüseyn Əlibəyli bildirib ki, parlament seçkilərinin noyabrda keçirilməsi ümumi tələbdir, amma seçkilərin vaxtı dəyişdirilə də bilər:. "Konstitusiyaya görə, növbədənkəna

19 aprel
.

Bakıda yaşayış binasında yanğın olub, bir nəfər xəsarət alıb

Bakı şəhərinin Nizami rayonunda yanğın olub. Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, doqquzmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində ümumi sahəsi 106 kv.m olan beşotaqlı mənzilin mətbəxində bir ədəd qaz sobası, bir ədəd paltaryuyan və bir ədəd qabyuya

19 aprel
.

Teleqramda da stikerlər düzəltmək mümkün olacaq

Teleqram tərtibatçıları messencerə stiker yaratmaq üçün yeni bir özəlliyin əlavə olunduğunu elan ediblər. "Qafqazinfo" xəbər verir ki, artıq hər bir istifadəçi foto və videolarından öz stikerini hazırlaya biləcək. Stikerlər yaratmaq üçün müvafiq bölməyə keçin və " işarəsinin üzərinə klikləyin

19 aprel
.

Gəlin ərini başqası ilə səhv saldı – Görün nə baş verdi

"TikTok" sosial platformasında paylaşılan bir video dünya üzrə gündəm olub. xəbər verir ki, sözügedən videoda gənc qadın kostyumlu bir adamı qolundan tutaraq onları alqışlayan qonaqların arasından keçir. İlk baxışda videodakı şəxsin bəy olduğu düşünülür. Ancaq alqışlar dayanan kimi bir nəfə

19 aprel