Türkiyəyə gəlin köçən azərbaycanlı aktrisa: "Ərimin keçmiş arvadı…" - FOTO

Türkiyəyə gəlin köçən azərbaycanlı aktrisa: "Ərimin keçmiş arvadı…" - FOTOTürkiyəyə gəlin köçən azərbaycanlı aktrisa Cəmilə Tağızadənin həyat yoldaşının keçmiş arvadı ilə məhkəməsinin vaxtı müəyyən olunub.

Sonxeber.az xəbər verir ki, bu barədə Yenicag.az-a aktrisa özü açıqlama verib:

"Həyat yoldaşımın keçmiş arvadı məni onu yalançı və fırıldaqçı adlandırdığıma görə, yoldaşımı isə ona tərbiyəsiz dediyi üçün məhkəməyə verib. Həyat yoldaşım tez-tez işi ilə bağlı xarici ölkələrə gedib-gəldiyinə görə onun məhkəməsi təxirə düşür. Amma mənim məhkəməmin vaxtı dəqiqləşib. Sentyabr ayında ilk dəfə olaraq o qadınla üz-üzə gələcəm".

Aktrisa bildirib ki, o qadının məqsədi həyat yoldaşı ilə arasını vurmaq və ailəsini dağıtmaqdır:

"Onun məqsədi həyat yoldaşımla aramızı vurmaq, bizi ayırmaqdır. Biz bir-birimizi sevib evlənmişik, buna imkan verməyəcəyik. Biz evlənməmişdən öncə Murad keçmiş arvadından boşanıb, uşağı da var. Bu ayrılığın səbəbkarı da mən deyiləm. Yoldaşım o qadınla yola getmədiyi üçün ayrılıblar".

Şou-biznes   Baxılıb: 3889   Tarix: 13 iyun 2018  

Şikayətiniz varsa Whatsapp: 050 3422489

Facebookda Paylaş



Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR