Xoşqədəmə görə intihar edəcəyini deyən Naziləyə dəstək oldu: "Heç nədən qorxma!"

Xoşqədəmə görə intihar edəcəyini deyən Naziləyə dəstək oldu: "Heç nədən qorxma!"Xəbər verdiyimiz kimi, aparıcı Xoşqədəm Hidayətqızı ilə aralarında problem yaşayan şairə Nailə Səfərli intihar anonsu verib.

"Mənə bir şey olsa Xoşqədəm günahkardır" deyən Naziləyə müğənni Xatirə İslam dəstək olub. O bildirib ki, Nazilənin paylaşdığı videodan çox təsirlənib:

"Nazilə, canım, sənin canlı videolarına baxdım və çox pis oldum. Sən çox sakit təbiətli xanımsan. Gör nə qədər əsəbiləşmisən ki, canlı yayım etmisən. Bir az səbrli ol və əlbəttə ki heç kim heç kimi hədələyə, qorxuda bilməz. Heç nədən qorxma. Yəqin ki o da əsəbiləşib səni hədələyib. Bəlkə də hirsi soyuyanda sənin ailənin nə qədər narahat olmasını anlayıb. Bizim ölkənin qanunları var, hansı ki belə məsələlərlə məşğul olmalıdır. Və onu da deyim ki, əlində efir imkanı olan aparıcılar, elə bilməyin ki, siz o efirdən ürəyiniz istəyən kimi istifadə edə bilərsiniz. Olmaz! Belə reytinqi başqa cür də yığmaq olar".
Xoşqədəmə görə intihar edəcəyini deyən Naziləyə dəstək oldu: "Heç nədən qorxma!"big.az

Şou-biznes   Baxılıb: 2420   Tarix: 13 iyun 2018  

Şikayətiniz varsa Whatsapp: 050 3422489

Facebookda Paylaş



Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR