"Bəylər, bu Vətənə necə qıydınız!"

"Bəylər, bu Vətənə necə qıydınız!""Əzizlərim, nə qonşu ölkənin casus şəbəkəsinin təhqir və təhdidlərindən, nə də onlara qoşulmuş öz danabaşlarımızın küstah davranışından usanmaq, yorulmaq olmaz. Qəribədir, çıxışında bu insanlara deyirsən ki, əsas problem kiminsə erməni əsilli olmasından çox, qəddar, ədalətsiz, vətəndaşı incidən məmurlarla bağlıdır, vəzifələrdə da dürüst insanlar irəli çəkilməlidirlər ki, yerlərdə insanlara zülm etməsin, əvəzində sürü şəklində bir dirijor çubuğu ilə yönləndirilənlər, çıxışını izləmədən, mənasını anlamadan yenə də qayıdıb söyür ki, əcəb edir mənə zülm edir, təki erməni olmasın, özümüzünkü hər şey edə bilər".

Sonxeber.az-ın məlumatına görə, bunu Milli Məclisin deputatı Fazil Mustafa özünün "Facebook" səhifəsində yazıb.

O bildirib ki, xeyrinə olan fikrə görə də anlamadan söyən danabaşları insana çevirmək yönündə mübarizəmizin çətinliyini hər birimiz anlamalıyıq. Bunlar, "belə bir cəmiyyətə demokratiya vermək olmaz", deyənlərin arqumentlərini hər gün daha da gücləndirir. Azacıq azadlıq əldə edən kimi, özünü döyəcək, yorulacaq, gəlib səni döyəcək, peyğəmbərin qadınından başlayıb ən yaxın mübarizə dostlarını söyəcək, sonra da mövzusu tükənəndə gəlib səni, məni söyəcək. Müdaxilə olunmazsa, bu pozulmuş mexanizm durmaz ki... Azərbaycan dövlətinin quranlar məhz bunların müqavimətini qırdıqdan sonra böyük bir missiyanı tamamlaya biliblər. Rusun, erməninin, ingilisin müqavimətini qırmaq elə də çətin olmayıb ki?... Tağıyev illərlə bunların müqavimətini qıraraq qızların təhsil alması üçün məktəb açıb. Sizlərə asan gəlməsin, təhsil səviyyəsi aşağı düşdükcə əlinə kitab əvəzinə zəncir götürənlərin sayı artmaqdadır. Digər yandan da ərəb ölkələrindən gələn daha radikal cərəyanlar da təhlükənin başqa bir tərəfi kimi qabarmağa davam edir. Öz içlərindən də islahatçı düşüncədə olanlar qorxudan səslərini çıxara bilmirlər. Hər birinin arxasında da konkret dövlətlərin ideoloji aparatları, pulları durur".

Deputat qeyd edib: "Təsəvvür edin ki, dostlarımız Moskvada Xocalı tədbirinə görə yüz adamı bir yerə toparlaya bilmirlər, başqa bir dövlətin mollası özünü döyməyə minlərlə azərbaycanlını meydana çıxara bilir. Durum yalnız Azərbaycanda vahim deyil ki? Bəzən də qorxa-qorxa adama pıçıldayırlar ki, bilirsiniz bunların arxasında hansı güclər durur? Cəhənnəm olsun bütün güclər, bu Vətən torpağı bizimdir, sənindir, mənimdir, yad ideologiyaların təsiri altına düşmüş xurafatçı həmvətənlərimizdən istifadə edərək həmin güclərin bu dövlətimizi qaranlığa gömməsinə imkan verə bilmərik və verməyəcəyik də!!! Erməninin də arxasında ABŞ durur, Rusiya durur, Fransa durur, İran durur, nə edək, böyük güclər arxasında durur deyə, bu məmləkəti qorxudan onlara təhvil verib getməliyikmi?
Yüzlərlə düşünən və aydın insanın duyğularına tərcüman olmağa çalışdıqca məlum cahil sürüsünün təhqirlərinə, söyüşlərinə məruz qalırıq, ancaq təsəllimiz budur ki, addım-addım sadə vətəndaşlarımıza, dövlət yekililərinə xurafatın, radikalizmin nə dərəcədə təhlükəli səviyyəyə çatdığını göstərə bilirik. Minlərlə insandan aldığım dəstək də insanların təhlükəyə biganə qalmadığını göstərir. Əgər susqun davransaq, hərəmiz öz evimizin içində baş girləməyə davam etsək artıq iş-işdən keçəndən sonra Nazim Hikmətin məşhur şeirindəki ritorik sualı övladlarımız mütləq ittiham qaydasında bizə verəcəklər: "Bəylər, bu Vətənə necə qıydınız!".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 1744   Tarix: 13 iyun 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Ombudsman Xankəndidə erməni əsilli sakinlərlə görüşüb - FOTO

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Xankəndidə erməni əsilli sakinlərlə görüşüb, həssas əhali qrupları üçün yaradılmış sığınacağa baş çəkib. Bu barədə -a Ombudsman Aparatından məlumat verilib. Qeyd edilib ki, Ombudsman Səbinə Əliyeva Xankəndi şəhərində erməni əsilli sakinlərlə görüşüb

28 mart
.

Ərdoğan İlham Əliyevi Novruz bayramı münasibətilə təbrik edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevi Novruz bayramı münasibətilə təbrik edib. "Report"un məlumatına görə təbrikdə deyilir:. "Hər il təbiətin canlanmasını qeyd etdiyimiz və torpağın oyanışının rəmzi olan Novruz bayramı münasibətilə Zati-alinizə v

22 mart
.

Azərbaycanlı deputat Avronest PA-nın komitə sədri seçildi

Azərbaycan Avronest Parlament Assambleyasının (PA) Sosial məsələlər, işsizlik, təhsil, mədəniyyət və vətəndaş cəmiyyəti komitəsinə sədrlik edəcək. "Report"un xəbərinə görə, Belçikanın Brüssel şəhərində keçirilən Avronest Parlament Assambleyasının 11-ci sessiyasında komitələrin məruzələri dinlənilib

20 mart
.

Azərbaycan DİN qırğız vətəndaşlarla bağlı məlumat yaydı

Qırğız Respublikası hüquq-mühafizə orqanlarının 23 mart 2024-cü il tarixli mətbuat açıqlamasında Qırğız Respublikası ərazisində 5 nəfər azərbaycanlının şübhəli şəxs qismində saxlanması barədə məlumat verilib. xəbər verir ki, bununla bağlı Azərbaycan Daxili İşlər Nazirliyi məlumat yayıb. Məlumatda qey

26 mart
.

Azərbaycan XİN Yunanıstanı təbrik edib

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Yunanıstanı Milli Gün münasibətilə təbrik edib. "Report" xəbər verir ki, bu barədə qurumun "X" hesabında yazılıb. "Yunanıstan hökumətini və xalqını Milli Gün münasibətilə təbrik edir, onlara davamlı inkişaf və firavanlıq arzulayırıq. Mill

25 mart
.

Baş nazir quru sərhədlərinin açılmamasından DANIŞDI

"Quru sərhədlərinin bağlı olmasını ümumdaxili məhsulla bağlamaq düzgün deyil". APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Baş nazir Əli Əsədov deyib. Baş nazir bildirib ki, 2021-ci ilin mart ayından Azərbaycanın quru sərhədləri bağlanıb:. "Bu, mənim baş nazir kim

15 mart
.

Azərbaycandan kəşfiyyat BƏYANATI: Fransa Ermənistanı yeni müharibəyə təhrik edir - RƏSMİ

"Hazırkı geosiyasi vəziyyət Rusiya-Ukrayna müharibəsi və digər qanlı toqquşmalarla müşayiət olunur". Bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi Əli Nağıyev "Respublika" qəzeti üçün yazdığı məqalədə bildirib. O bildirib ki, bu toqquşmalar dünya nizamına ciddi təsir göstərməkl

28 mart
.

Qərbi Azərbaycan İcması Avropa İttifaqı və ABŞ-ı ikili standartlara son qoymağa çağırıb

Qərbi Azərbaycan İcması Avropa İttifaqı və ABŞ-ı ikili standartlara son qoymağa çağırıb. "Report" xəbər verir ki, bu, icmanın aprelin 5-də Brüsseldə Ermənistan-Avropa İttifaqı-ABŞ görüşünün keçiriləcəyi barədə yayılan xəbərlərlə əlaqəli yaydığı bəyanatda bildirilib. İcma hesab edir ki, so

22 mart
.

Zaxarova: "Aİ-nin Ermənistandakı müşahidə missiyası Rusiya, İran və Azərbaycan əleyhinə casusluq edir"

"Aİ-nin Ermənistandakı müşahidəçi missiyası Rusiya, İran və Azərbaycan əleyhinə casusluq edir və bu, regionda gərginliyi artırır". Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib. "Ermənistan ərazisindən Avropa İttifaqının missiyası ölkəmizə, İrana

20 mart