"Maşın" şoudan qalmaqallı çıxan iştirakçıdan ŞOK MÜSAHİBƏ - VİDEO

"Maşın" şoudan qalmaqallı çıxan iştirakçıdan ŞOK MÜSAHİBƏ - VİDEO"Maşın" şou yarışmasını qalmaqalla tərk edən müğənni Rahidə Baxışova maraqlı açıqlamalar verib.

Sonxeber.az bildirir ki, lent.az-ın canlı yayımında qonaq olan ifaçı müsahibəsində bu sözləri dilə gətirib: "Mən "Maşında iştirak etdiyimə görə sevindim. Orda iştirak etdiyimə görə məni qınayan insanlar var. O qınayanların özü 2 gün maşının ətrafında dayana bilməzlər. Ora elə aləmdir ki, hər adam orda baş çıxara bilməz. Özü də ki, bu dəfə Roza orda idi. Dedi ki, hamınızı biçəcəm. Dediyini də elədi. Mən həssas insanam. Buna şou kimi baxa bilmədim. Hər deyilən söz mənə təsir edirdi. Daha çox tamaşaçını düşünürdüm, ona görə də səs tonumu qaldırmırdım. Çalışırdım ki, susum. Amma "Maşın" da susmaq lazım deyildi. Cavab versəydim, həyasız olacaqdım. 23 ildə tamaşaçı sevgisi qazanmışam. İstəmədim ki, o hörməti itirəm".

R.Baxışova bildirib ki, yarışdan sonra bütün iştirakçılarla münasibəti normal qalıb: "Mən ora insanlarla düşmən olmağa getməmişdim. Biz sənət yoldaşıyıq, tez-tez üz-üzə gəlirik. Hər bir iştirakçı ilə münasibətim normal olaraq qalır".

İfaçı onu da əlavə edib ki, həmkarı Roza Zərgərlinin "Maşın" şoudakı oyununu bəyənir: "Yaxşı ki, Roza məni yeddiliyə qədər gətirib çıxardı. Rozaya halal olsun. Onu orada daha yaxından tanıdım. Onun yarış zamanı ağıllı olmağı görsənirdi. Rozanın nə qədər zəki olması, yaxşı mənada hiyləgər olması özünü göstərdi. Mən sadəcə onu alqışlayıram. "Maşın"da bütün ssenarini Roza həyata keçirirdi. Mən bir dəfə Rozaya sual verdim kİ, ay qız, sən nə yaxşı belə biclikləri bilirsən? O da mənə dedi ki, bir neçə il yarışa qatılan zaman yaxın dostu Qaraqan onu yarışdan uzaqlaşdırıb. Ondan gözləmirmiş. Rozanın hərəkətlərini alqışlayıram. Ona halal olsun".

R.Baxışova bildirib ki, bəzi iştirakçılardan fərqli olaraq şouda başqa obraza girməyib: "Əslində mən sakit təbiətli insanam. Sadəcə o verilişdə sakit olmamaq lazımdı. Roza, Pərvin kimi qışqırsaydım, qorxurdum ki, mənə qarşı nifrət olardı. Tamaşaçımın mənə sevgisi azalardı. Ona görə də adi həyatda necə idimsə, maşında da elə idim. Filmdə, tamaşada obraza girə bilərəm. Amma sırf bu yarışda obraza girə bilmədim. Girə bilsəydim, Abbasın adını sona qədər çəkərdim".

Qeyd edək ki, müsahibənin tam hissəsinə aşağıdakı videoda baxa bilərsiniz:


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Şou-biznes   Baxılıb: 1824   Tarix: 15 iyun 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Koronavirusa yoluxan Yaqub Zurufçu süni tənəffüs aparatına qoşulub - YENİLƏNİB

Koronavirusa yoluxan Əməkdar artist Yaqub Zurufçu süni tənəffüs aparatına qoşulub. Bu barədə -a onun həyat yoldaşı Aynur Zurufçu məlumat verib. "Həkimlər sənətçinin vəziyyətini stabil saxlamaq və ağırlaşmasının qarşısını almaq məqsədilə süni tənəffüs aparatına qoşulduğunu bildiriblər", - dey

9 sentyabr 2021
.

Aygün Kazımova koronavirusa yoluxub

Xalq artisti Aygün Kazımova koronavirusa yoluxub. Axşam.az-a istinadən xəbər verir ki, bu barədə sənətçi İnstaqram hesabında məlumat verib. Müğənni xəstəliyi ağır keçirdiyini bildirib:. "Mən də bir çoxlarınız kimi koronavirusa yoluxdum. Son 3 günü ağır keçirdim. Hərarətim 37-38,5 idi. Bədənim ço

8 sentyabr 2021
.

Koronavirus bəlası sənət adamları arasında - Kimlər peyvənd olunub?

Son günlər bir neçə yerli sənət adamının koronavirusa yoluxma xəbəri medianın gündəminə çevrildi. Bütün dünyanı cənginə alan bu xəstəliyə yoluxub sağalanları görsək də, çox təəssüf ki, gözlənilməz şəkildə həyatını itirən sənətkarlar da oldu. Belə bir məqamda həmin sənətçilərin xəstəlikdən öncə peyvən

16 sentyabr 2021
.

"Laçınım" mahnısıyla bağlı qalmaqal: Sənət çevrəsini təlatümə gətirəcək faktlar ilk dəfə

"Laçınım" mahnısı yaranan gündən onun ətrafında gəzən qalmaqal bitmək bilmir. Mərhum sənətkar Məhəbbət Kazımov dünyasını dəyişəndən sonra mahnının müəllifləri kimi bəstəkarlarının sayı çoxalmaqdadır. Uzun illər Məhəbbət Kazımovla səhnə bölüşən müğənni Könül Kərimova da "Laçınım"ı

7 sentyabr 2021
.

"20 il yataq xəstəsi olsan da..." - Hüseyn AĞIR İTKİSİNDƏN yazdı - FOTO

Məşhur klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu sosial media hesabındakı paylaşımı ilə diqqət çəkib. -a istinadən xəbər verir ki, Hüseyn "İnstagram" hesabında bir müddət öncə dünyasını dəyişən anası ilə fotosunu paylaşıb. O, paylaşımına:. 'Sən bizə həm ana həm də ata oldun. Allah səni cənnətl

16 sentyabr 2021
.

"Vüqarın ölüm səbəbiylə bağlı ekspertiza tələb edəcəyəm"

Mərhum meyxanaçı Vüqar Biləcərinin sevgilisi Samirə Nail Kəmərlinin "Youtube" layihəsinin qonağı olub. Axşam.az xəbər verir ki, Samirə sənətçi ilə bağlı bəzi məqamları açıb. O bildirib ki, Vüqar ömrünün son illərində anası üçün pis olub:. "Vüqarın yanında "ana" sözü deyəndə

17 sentyabr 2021
.

"Sirtaki"nin müəllifi olan bəstəkar öldü

Tanınmış yunan bəstəkarı Mikis Teodorakis 96 yaşında vəfat edib. O, rejissor Mixalis Kakoyanisin 1960-cı illərdə ekranlara çıxan "Aleksis Zorbas" filmində nümayiş olunan "Sirtaki" rəqsinə yazılmış musiqinin müəllifi kimi məşhurlaşıb. Bəstəkar həmçinin simfoniya, balet, opera və çoxsayd

3 sentyabr 2021
.

Türkan Vəlizadəyə AĞIR İTKİ: "Korona çıxaranın Allah bəlasını versin"

Tanınmış müğənni Türkan Vəlizadənin babası rəhmətə gedib. xəbər verir ki, müğənni babasının "OVID-19"-dan rəhmətə getdiyini bildirib. "Baba Allah sənə rəhmət eləsin. Allah korona çıxaranın bəlasını versin. Sağlam kişi getdi, canımız yandı"

5 sentyabr 2021
.

Afaq Gəncəli ATV-dən getdi

Aparıcı Afaq Gəncəli ATV telekanalından ayrılıb. Axşam.az-a istinadən xəbər verir ki, o, bu gün ərizəsini yazaraq işdən çıxıb. Kanalla dostcasına ayrılan A.Gəncəli daha fərqli layihə ilə tamaşaçı qarşısına çıxacaq. Hazırda onun hansı kanalda çalışacağı bəlli deyil. Qeyd edək ki, sabah Afaq Gəncəlini

6 sentyabr 2021