Azərbaycanlı deputat özünü gülünc hala saldı

Azərbaycanlı deputat özünü gülünc hala saldıBu gün Rusiyanın paytaxtı Moskvada futbol üzrə 2018-ci il dünya çempionatı start götürəcək.

XXI mundialın Bakı vaxtı ilə saat 18:30-da başlanacaq açılış mərasimi "Lujniki" stadionunda keçiriləcək.

DÇ-2018-də Avropanı meydan sahibi Rusiyadan əlavə 13 yığma – Almaniya, İngiltərə, Belçika, İslandiya, İspaniya, Polşa, Portuqaliya, Serbiya, Fransa, İsveçrə, Xorvatiya, İsveç və Danimarka təmsil edəcək.

Cənubi Amerikadan 5 ölkə - Braziliya, Kolumbiya, Uruqvay, Argentina və Peru bu hüquqa yiyələnibsə, Şimali, Mərkəzi Amerika və Karib hövzəsindən 3 ölkə - Meksika, Kosta-Rika, Panama yarışa vəsiqə qazanıb.

Asiya zonası üzrə 5 komanda - İran, Yaponiya, Cənubi Koreya, Səudiyyə Ərəbistanı və Avstraliyanın mübarizə aparacağı mundialda Afrika da eyni sayda ölkə - Nigeriya, Misir, Seneqal, Mərakeş və Tunislə təmsil olunacaq.

Sonxeber.az-ın məlumatına görə, "Report" Milli Məclisin deputatları arasında hansı komandaya azarkeşlik edəcəkləri ilə bağlı sorğu keçirib.

"İspaniya və Argentina komandalarının oyununa baxacam"

Deputat Tahir Mirkişili deyib ki, maraqlı oyun nümayiş etdirdiklərinə görə ən çox İspaniya və Argentina komandalarının oyununa baxmağa üstünlük verir: "Düşünürəm ki, sürpriz komanda motivasiyası daha güclü olan ölkələrdən ola bilər. Bunlar İslandiya, Senegal, İran kimi qalibiyyəti daha çox arzu edən ölkələrin yığmalarıdır. Ancaq son zamanlar süni intellektin inkişafı texnoloji vasitələrlə çempionatın nəticələrini əvvəlcədən proqnozlaşdırmağa imkan verir. Süni intellekt tərəfindən aparılan ilkin analizlə əldə edilən nəticələr çempionatın qalibinin sürpriz bir ölkə olmayacağını deməyə əsas verir".

Milli Məclisin deputatı Kamran Nəbizadə isə hesab edir ki, Braziliya komandası dünya çempionatının qalibi olacaq: "İslandiya da güclüdür, amma çempion olacağına inanmıram. Bunu proqnozlaşdırmaq çətindir".

"İtaliya yığmasına azarkeşlik edirdim"

Parlamentin üzvü Cavid Osmanov isə deyib ki, Argentina komandası DÇ-2018-in qalib olacaq: "İtaliya yığmasına azarkeşlik edirdim, o da kənarda qaldı. Növbəti qalib olacağına şübhə etmədiyim komanda isə Belçikadır".

Deputat Zahid Oruc Almaniya, İngiltərə komandalarının qalib olacağını proqnozlaşdırır: "Həmin ölkələrin komandaları ən güclü yığmalar olaraq qalırlar. Məncə, qalib ya Almaniya, ya da Braziliya komandası olacaq".

Z.Oruc qeyd edib ki, tamam fərqli, indiyə qədər çempion olmayan komandanın qalib olması arzuolunandır.

O, futbolun ölkələrin taleyində böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb: "Təbii ki, heç bir ölkənin taleyi yaşıl meydanlarda həll edilmir. Yəni hərbi, siyasi məsələləri nəzərdə tuturam. Amma bu cür yarışların ayrı tribunası, tanıtım imkanları var. Məsələn, dünya çempionatının Rusiyada keçirilməsi o ölkənin sanksiyalardan çıxmasına şərait yarada bilər".

"Real-Madrid" çempion olacaq"

Milli Məclisin üzvü Azər Badamov bildirib ki, "Real-Madrid" çempion olacaq: "Dünya çempionatını izləyəcəyəm. Favoritim "Real-Madrid"dir. O komandanın qalib olacağını düşünürəm. Argentina və Meksika da qalib ola bilər, Bu, artıq sürpriz olar".

Deputat Tahir Kərimli Türkiyənin dünya çempionatına çıxmasının arzuolunan olduğunu bildirib: "Təəssüf ki, bu, baş vermədi. Hazırda Almaniyaya azarkeşlik edirəm. Sürpriz ölkənin hansı olacağını proqnozlaşdırmaq çətindir. Güclü komandalar çoxdur. Ola bilər, Xorvatiya önə çıxsın".

Deputat Aydın Hüseynov da Almaniyaya azarkeşlik etdiyini qeyd edib: "Sürpriz ölkənin hansı olacağını deyə bilmərəm. Çünki gərgin oyun müşahidə olunacaq, ona görə də bunu proqnozlaşdırmaq çətindir".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 899   Tarix: 14 iyun 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

"WhatsApp"da MÖHTƏŞƏM YENİLİK: Bundan sonra...

"WhatsApp" messenceri istifadəçilər üçün yeni funksiyanı təqdim etməyə hazırlaşır. Yenilik "WhatsApp" status yeniləməsinin bildiriş funksiyasıdır. Məlumata görə, yenilik Android 2.24.6.19 beta versiyasında sınaqdan keçirilməyə başlanılıb. "WhatsApp" status yeniləmələri üçü

7 aprel
.

Anasını və qardaşını öldürən QƏDDAR HÖKMDAR

Roma imperatoru Neron Qay Yuli Sezarın nəslindən olan və Romanı idarə edən sonuncu hökmdar sayılır. 13 il 8 ay hakimiyyətdə olan Neron öz qəddarlığı, kütləvi edamları və ailə üzvlərini öldürmək barədə göstəriş verməsi ilə yadda qalıb. Bundan başqa, onun incəsənətə böyük marağı olub. Neron teatr səhnəsind

6 aprel
.

Suyun şüşələrə doldurulması üsulu insanları TƏƏCCÜBLƏNDİRDİ - VİDEO

Şüşələnmiş suyun daşınmasının asanlığı və onun güman edilən faydaları, istehsalının təfərrüatları məlum olduqdan sonra çoxlarını istifadədən çəkindirdi. xəbər verir ki, bu barədə "Mashed" "YouTube" kanalında məlumat verilib. Planetdə hər gün tullantıların miqdarını artıran və 60 milyo

6 aprel
.

85 yaşlı amerikalını görən 65 yaşlı azərbaycanlı ŞOK YAŞADI - VİDEO

Sosial şəbəkədə yayılan video maraq yaradıb. xəbər verir ki, 85 yaşlı amerikalı ilə 65 yaşlı azərbaycanlı kişinin dialoqu gündəm olub. Xarici qonağın yaşını öyrənən kişi qulaqlarına inanmayıb. Sözügedən görüntünü təqdim edirik:

14 aprel
.

Güc və enerjini artıran qidalar hansılardır?

"Bədəndə güc və enerjini bərpa etmək üçün rasiona müəyyən qidaları daxil etmək lazımdır. Bu qidalara ispanaq, avokado və çia toxumları daxildir". Bu barədə rusiyalı diyetoloqlar danışıblar. İspanaq immunitet sistemini gücləndirir və orqanizmin enerji istehsalına kömək edir. Tərkibində çoxl

13 aprel
.

Oxumaq, yoxsa dinləmək? - Hansı daha faydalıdır?

Belə bir fikir var ki, oxumaq dinləməkdən daha faydalıdır. Amma əhalinin bir hissəsi kitab oxumaqla onu dinləmək arasında fərq görmür. -ın xarici mediaya istinadən xəbərinə görə, Kaliforniya Universitetinin tədqiqatçıları bu məsələni araşdırıblar. Araşdırmaya görə, dinləmək insanı real vaxtda anlam

14 aprel
.

Bu əşyaları spirtlə təmizləmək olmaz – Diqqətli olun

Spirt paslanmayan poladdan tutmuş istənilən səth üçün güclü təmizləyicidir. Güclü həlledici həm də bərkimiş saqqız, stiker qalıqları və hətta şirə kimi görünməsi mümkün olmayan ləkələrə qarşı ən yaxşı müdafiə vasitələrindən biridir. Belə ki, spirtlə təmizlənə bilən çoxlu şeylər var. Ancaq bu o demə

16 aprel
.

Siz də telefonsuz qala bilmirsiniz? - Deməli, bu xəstəliyə tutulmusunuz

Rəqəmsal dövrün məhsulu olan telefon asılılığı getdikcə artır. Hətta indi onu təsvir etməyə sözümüz var: nomofobiya. Telefondan uzaq olmaq qorxusu olaraq da bilinən nomofobiya internet bağlantısının olmaması, batareyanın az olması və ya hər hansı səbəbdən telefondan istifadə edə bilməmək insanda gücl

14 aprel
.

Əfsanəvi basketbolçunun ayaqqabıları 819 minə satıldı

Dünya basketbolunun ulduzu Maykl Cordanın 1996-cı ildə NBA finalında geyindiyi ayaqqabılar 482 min dollara (819 min 400 manat) satılıb. "Qafqazinfo" xəbər verir ki, üzərində superulduzun imzası olan ayaqqabılar "Air Jordan XI" markasındandır. Həmin mövsüm basketbolçu NBA çempion

15 aprel