Prezidentin Binəqədiyə təyin etdiyi icra başçısı kimdir?

Prezidentin Binəqədiyə təyin etdiyi icra başçısı kimdir?6 iyun tarixində prezident sərəncamı ilə Binəqədi Rayon İcra Hakimiyyətinə başçı təyin edilən Elxan Allahverdiyevlə bağlı bilinməyən məqamlar məlum olub.

Allahverdiyev Elxan Şamil oğlu 15 iyun 1960-ci il tarixdə Bakı şəhərində anadan olub.

1988-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Torpaqşünaslıq və Aqrokimya İnstitunun aspiranturasını bitirib. Əmək fəaliyyətinə 1984-cü ildə başlayıb və həmin ildən 1994-cü ilədək Azərbaycan SSR Elmlər Akademiyasının Torpaqşünaslıq və Aqrokimya İnstitutunda müxtəlif vəzifələrdə çalışıb.

1998-ci ildən 2005-ci ilədək "Meridian" MMC-də direktor, 2005-ci ildən 2015-ci ilədək "Duet" firmasında kommersiya üzrə direktor müavini, 2015-ci ildən 2016-ci ilədək Bank Olmayan Kredit Təşkilatı "Kredex" MMC-də idarə heyəti sədrinin müavini, 2017-ci ildə "Kontinent İnşaat" Məhdud Məsuliyyətli Cəmiyyətində direktor vəzifəsində çalışıb.

Prezident İlham Əliyevin 6 iyun 2018-ci il tarixli Sərəncamı ilə Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.

Xatırladaq ki, E.Allahverdiyevlə bağlı indiyə qədər təkcə onun "Kapital Bank"ın idarə heyətinin sədri Elşən Allahverdiyevin qardaşı olması məlum idi.

axar.az

Sosial   Baxılıb: 7087   Tarix: 14 iyun 2018  

Şikayətiniz varsa Whatsapp: 050 3422489

Facebookda Paylaş



Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR