Ermənistan bu konsepsiya ilə DİZ ÇÖKDÜRÜLƏCƏK: Rusiya qələbəyə aparan SƏBƏBLƏRİ AÇIQLADI

Ermənistan bu konsepsiya ilə DİZ ÇÖKDÜRÜLƏCƏK: Rusiya qələbəyə aparan SƏBƏBLƏRİ AÇIQLADI""POLONEZ" komplekslərinin Azərbaycana çatdırılması regionda güc balansını pozur. Azərbaycan müharibəyə hazırlaşır".

Sonxeber.az Publika.az-a istinadən xəbər verir ki, bunu Azərbaycanın Belarusdan "POLONEZ" komplekslərini almasını şərh edən Rusiyanın Hərbi və Siyasi Analiz İnstitutunun direktor müavini, hərbi ekspert Aleksandr Xramçik bildirib.

"Silahların istənilən tipinin əldə edilməsi Cənubi Qafqaz regionunda balansı pozur. Azərbaycan öz hərbi imkanlarını artırır. Bu sistemlərdən necə istifadə olunacağı konkret olaraq, taktik və strateji vəziyyətdən asılıdır. Hər şey müharibənin hansı istiqamətdə inkişaf edəcəyindən asılıdır", - Xramçik əlavə edib.

Hərbi ekspert müddətdən asılı olmayaraq, Dağlıq Qarabağda hərbi əməliyyatların yenilənməsini qaçılmaz hesab edir. Onun sözlərinə görə, Azərbaycan tamamilə radikal addımlara gedə bilər, çünki, həm canlı qüvvə, həm də texnika və silah, xüsusilə hava gücləri baxımından əhəmiyyətli üstünlüyə malikdir.

Eyni zamanda, Hərbi və Siyasi Analiz İnstitutunun direktor müavininin fikrincə, Bakıda silahların kifayət qədər müxtəlif spektri var. Hərbi ekspert qeyd edir ki, Azərbaycan onlarla qəddar zarafatı oynaya və rəqib üçün müəyyən çətinlikləri yarada bilər.

Qeyd edək ki, iyunun 11-də Azərbaycan Ordusunun arsenalına daxil edilən 301 mm-lik "POLONEZ"lər və "LORA" sistemləri nümayiş etdirilib.

Müdafiə Nazirliyinin məlumatına görə, "POLONEZ"in maksimal atış uzaqlığı 300 kilometrə qədərdir. Raketin çəkisi 780 kiloqram, döyüş başlığı hissəsinin çəkisi 140 kiloqram, zərərvurma radiusu isə 80 metrdir. "POLONEZ"in maksimal uçuş müddəti saniyədə 310 metr, atışa hazırlıq vaxtı 10 dəqiqə, istismar müddəti isə 10 ildir. Bir döyüş maşınında 8 raket olur. Bu kompleks düşmənin əməliyyat düzülüşünün bütün dərinliyində onun nüvə və kimyəvi hücum vasitələrinə, kəşfiyyat-zərbə sistemlərinin yerüstü elementlərinə, qoşunların əsas qruplaşmalarına, bazalarda yerləşən aviasiyasına, hava hücumundan müdafiə vasitələrinə və obyektlərinə, idarəetmə məntəqələrinə, radioelektron vasitələrinə, arxa cəbhə və digər obyektlərinə zərbə vurulması üçündür. Bundan başqa, kompleks vasitəsilə dənizsahili istiqamətlərdə düşmən donanmasının yerləşmə məntəqələri dağıdılır və onun döyüş gəmiləri məhv edilir.

Əməliyyat-taktiki raket kompleksi olan "LORA" da "POLONEZ" kompleksi kimi döyüş zamanı eyni məqsədlər üçün istifadə edilir. Maksimal atış uzaqlığı 300 kilometrdən artıq olan bu kompleksin raketinin çəkisi 1580 kiloqram, döyüş başlığı hissəsinin çəkisi isə 240 kiloqramdır. Raketin zərərvurma radiusu 100 metr təşkil edir. Bir döyüş maşınında 4 raket olur. Onların maksimal uçuş müddəti saniyədə 300 metrdir, atışa hazırlıq vaxtı 13 dəqiqə, istismar müddəti 10 ildir. Həm "POLONEZ", həm də "LORA" kompleksləri GPS və İNS sistemləri ilə idarə olunur.

"POLONEZ" Belarus, "LORA" isə İsrail istehsalıdır. Azərbaycan hər iki ölkə ilə hərbi əməkdaşlığını genişləndirir.

Hərbi ekspertlərin fikrincə, Azərbaycan düşmənin strateji dərinliklərində yerləşən obyektləri məhv etməyə imkan verən silahlara xüsusi əhəmiyyət verir. "POLONEZ"lər və "LORA"ların alınmasının da bu konsepsiyaya daxil olduğu bildirilir.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 1835   Tarix: 14 iyun 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Prezidentin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə sədr təyin etdiyi şəxs kimdir? - DOSYE

Ramin Ələmşah oğlu Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilib. Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. xəbər verir ki, Ramin Ələmşah oğlu Məmmədov 1979-cu ildə fevralın 17-də Ağdərə şəhərində doğulub. O, Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq və beynəlxal

8 aprel
.

Ceyhun Bayramov Belarusa səfər edib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Belarus Respublikasına işgüzar səfərə yola düşüb. Bu barədə "Report"a Xarici İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, səfər çərçivəsində nazir Ceyhun Bayramovun 12 aprel tarixində Minsk şəhərində baş tutacaq MDB Xarici İşlər Nazirlər

11 aprel
.

Prezident İlham Əliyev Gəncədə ulu öndərin abidəsini ziyarət edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 9-da Gəncə şəhərində səfərdə olub. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı ümummilli lider Heydər Əliyevin Gəncə şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub

9 aprel
.

Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib

Aprelin 9-da Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. xəbər verir ki, Türkiyə Prezidenti dövlətimizin başçısını Ramazan bayramı münasibətilə təbrik edib, xalqımıza firavanlıq arzularını çatdırıb. Prezident İlham Əliyev göstərilə

9 aprel
.

Qərbi Azərbaycan İcması ABŞ-nin Ermənistandakı səfirinə cavab verib

Qərbi Azərbaycan İcması ABŞ-nin Ermənistandakı səfirinin bəyanatına cavab verib. "Report" xəbər verir ki, İcmanın açıqlamasında deyilir:. "Amerika Birləşmiş Ştatlarının (ABŞ) Ermənistandakı səfiri Kristina Kvien Azərbaycandan köçmüş ermənilərin təhlükəsiz şəkildə geri qayıtmaq məsələsin

11 aprel
.

Laçın şəhəri MDB-nin mədəniyyət paytaxtı ola bilər

Laçın şəhərinə MDB-nin mədəniyyət paytaxtı statusu verilə bilər. "Qafqazinfo" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyin "X" hesabında paylaşım edilib. Bildirilib ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Belarusa işgüzar səfəri çərçivəsində Minskdə Müstəqi

12 aprel
.

"Ermənistan ordusu yaxşı bilir ki, hücuma keçib Azərbaycanın hansısa ərazisini işğal etməyə gücü yoxdur" - Ekspert

Son günlər Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbyacanın yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub. Proseslər belə davam edərsə, iki ölkə arasında yenidən müharibə başlaya bilərmi?. Məsələ ilə bağlı hərbi ekspert Tərla

8 aprel
.

Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə paylaşım edib - FOTO

Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə sosial şəbəkə hesablarında paylaşım edib. xəbər verir ki, paylaşımda deyilir: "Ramazan bayramınız mübarək

9 aprel
.

Ermənistanın baş naziri Vladimir Putinin andiçmə mərasiminə gedəcəkmi? - VİDEO

"Rusiya ilə münasibətlərində çətin günlərini yaşayan Ermənistan hələ də bir sualın cavabında qərara gələ bilməyib. Sual isə belədir: prezident Vladimir Putinin andiçmə mərasiminə Rusiyaya gedəcək və ya getməyəcəklər. Bu barədə Baku TV-nin "YouTube" kanalının növbəti analitik süjetind

12 aprel