"Ondan sonra gəlinlik paltarı geymədim..." - Şəhid əsgərin nişanlısından hüznlü etiraflar...

"Ondan sonra gəlinlik paltarı geymədim..." - Şəhid əsgərin nişanlısından hüznlü etiraflar...Müharibə çox ailələri başsız qoyur... Çox sevgililər, nişanlılar bir-birindən ayrı düşürlər... Bu acı taleyi yaşamağa məcbur olan müsahibimiz "Nur" kimi...

Özünü "Nur" deyə təqdim edən xanım əsl adını demək istəməsə də, şəhid nişanlısının xatirəsini bu gün də əziz tutur, yaşadır. "Nur" Qarabağ döyüşlərində şəhid olan Mehdiyev Eldəniz Ağamusa oğlu ilə nişanlı olub. Dinlədikcə çox ağrılı taleyi olduğunu görmək insanı üzür...

Bu gün görüşüb söhbət etdik. "Nur" deyir ki, danışanda bir az yüngülləşir, təskinlik tapır.

Beləliklə, moderator.az Qarabağ şəhidimizin nişanlısı ilə söhbəti təqdim edir:

- Eldənizlə qohumuq, atamın əmisi nəvəsidir. Bir sinifdə oxuyurduq. Qəbələ rayonunun Vəndam qəsəbəsində imkanlı ailədə böyümüşəm. Beş bacının sonbeşiyi olmuşam. Nə istəmişəm, alıblar. Eldəniz 9-cu sinifdə etiraf etdi ki, məni sevir. Bir aprel günü bunu dediyi üçün elə bildim ki, zarafat edir. Amma sonradan gördüm ki, yox, həqiqətən də mənə vurulub. Sonradan mən də ona inanıb, onu sevdim. Orta məktəbi bitirdik. Eldəniz Ali Hərbi Məktəbə qəbul olundu.

"Evdə dedim ki, mənim istədiyim var..."

- Eldəniz Bakıda oxumağa başlayanda mənə kəndimizdən elçilər gəlməyə başladı. Evdə dedim ki, mənim istədiyim var, amma buna baxmayaraq anam məni qonşu oğlana verdi. Üzük taxdılar. Bunu eşidən Eldəniz gecəylə Bakıdan bizə gəldi və dedi ki, nişanı qaytar. Bir neçə gün sonra həm mən, həm də Eldəniz bir-birimizi sevdiyimizi atalarımıza etiraf etdikdən sonra mən nişanımı qaytardım. Amma şərt kəsmişdik ki, əgər nişanımı qaytarmasalar, zəhər içib özümüzü öldürək. Onda Eldəniz mənə dedi ki, zəhər içib özümü öldürsəm, anam da özün öldürər. Amma qismətə bax ki, sonradan gedib Qarabağda şəhid oldu.

1992-ci il iyunun 24-də Eldənizlə mənə böyük nişan etdilər. Həmin gecə bizə gəldi və çəpərin qırağında görüşüb söhbət edəndə, bayquş başımızın üstündə dirəyə qonub uladı. Onda bərk qorxdum. Eldəniz dərhal bayquşu qovdu. Fikirləşdim ki, İlahi, bu nə idi belə?!

"Qaraçı qadının dediyi düz çıxdı..."

- Bir gün Eldənizlə bazara getdik. O, özünə kostyum aldı. Evə qayıdıb bizdə oturmuşduq. Gördüm ki, Eldəniz nəsə fikirlidir. Anam soruşdu ki, Eldəniz, sənə nə olub? Dedi ki, bazarda bir qaraçı qadın əlimi açıb dedi ki, altı ay ömrün qalıb, öləcəksən. Bunu biləndə anam dedi ki, inanma, bunlar boş-boş söhbətlərdi. Qaraçılar pul almaq üçün belə sözlər deyirlər. Həmin vaxt aprel ayında toyumuzu etməyi planlaşdırdıq.

"Çay üzərində körpünün uçması nədən xəbər verirdi..."

- Bir gün axşam yenə həyətimizdə Eldənizlə görüşüb söhbət edirdik. Onu yola salanda evimizin yanında çayın üzərində salınmış körpü ortadan bölündü. Bu dəfə də çox pis oldum. Artıq baş verənlər ürəyimə qara fikirlər salırdı.

Yanvarın 25-də doğum günüm idi. Eldəniz Bakıda oxuduğundan anasıgil mənə tort bişirib gətirmişdilər. İçində tort olan qab anamın əlində iki yerə bölündü. Onda baldızım dedi ki, heç bəxtin yoxdu sənin.

"Dedi ki, bizi Qarabağa aparacaqlar..."

- Fevral ayında Bakıya gəldim. Eldəniz məni oxuduğu məktəbə apardı və orada dostları ilə tanış olduq. Onunla şəhərə çıxanda ilk getdiyimiz yer Şəhidlər Xiyabanı oldu. İndi bunu da xatırlayanda görürəm ki, bunlar mənə bir işarə imiş. Fevralın 12-də vağzalda məni yola salanda Eldəniz gəlib yanımda oturdu. Dedi ki, səndən heç ayrılmaq istəmirəm. Deyilənə görə bizi Qarabağa aparacaqlar. Dedi ki, fevralın 14-də gələcəm, gözlə.

"Fevralın 14-də gözlədim, gəlmədi..."

- Yuxuda gördüm ki, kəndimizə sel gəlib və mən Eldənizi axtarıram. Sonra ağsaqqal bir adam gəldi və dedi ki, mən peyğəmbərəm. Üzüyümü barmağımdan çıxarıb başqa üzük taxdı. Dedi ki, sən peyğəmbərin gəlinisən. Fevralın 14-də gözlədim, Eldəniz gəlmədi. Sonra xəbər gəldi ki, Eldəniz yaralanıb. Deməyəsən Qarabağa silah aparanda düşmən tərəfindən vurularaq şəhid olub. 1993-cü il fevralın 16-da axşam saatlarında Eldənizin meyitini gətirdilər. Açıb baxmağa icazə vermədilər. Həmin axşam ayaqyalın qarın içində oturub o qədər ağlamışdım ki,.. Nə etdiyimi bilmirdim. Fevralın 17-də Eldənizi dəfn etdilər. Üç ay özümə gələ bilmədim. Yaddaşım təmiz itmişdi. Heç kimi tanımırdım. Üç aydan sonra özümə gəlməyə başladım. Atam məni xalça sexinə işə düzəltdi ki, başım qarışsın.

"Yenidən mənə elçilər gəlməyə başladı..."

- Mənə yenə elçilər gəlməyə başladı. Bir il sonra Eldənizin adını oxuduğumuz orta məktəbə verdilər. Kəndimizin 11 nəfər şəhidi var. Onda şəhid ailələrini yığıb deyiblər ki, məktəbə hansı şəhidin adını verək. Şəhid ailələri deyib ki, Eldənizin taleyi kimi tale yaşayan olmayıb, onun adını verin. Elə də oldu. Eldənizin kurs yoldaşları da mənə elçi göndərirdilər ki, ailə qurub bu dərddən xilas olam. Amma istəmədim. Ağlamaqdan yastığımın içi çürümüşdü. Bir il sonra mənə iş yoldaşımın qardaşı elçi göndərdi. Onun da qardaşı şəhid olduğu üçün düşündüm ki, şəhid ailəsidi, məni yaxşı başa düşərlər. Amma bu həyatımın ən böyük səhvi idi.

"Atamın üzünə tüpürdüyü üçün boşandım..."

1994-cü ildə ailə qurduq. O, mənə kömək olacaq adam deyildi. İçki aludəçisi idi, hər gün içkili gəlib evi dağıdırdı. İki övladımız var idi, amma bu adam düzəlmirdi. Bir gün ata evimizdə yenə dava saldı. Atam dedi ki, biz sənə nə pislik etmişik? Nə kömək lazımdı, etmişəm. Niyə içkidən əl çəkmirsən? O, buna görə atamın üzünə tüpürdü. Mən də yoldaşımı evdən qovdum, 1998-ci ildə isə məhkəməyə verib boşandım.

"Anam öldü, atam təzədən evləndi..."

- Bir neçə il sonra anam rəhmətə getdi. Sonra atam yenidən evləndi. On beş gün sonra iki uşağımı da götürüb Bakıya bacımgilə gəldim. Bir müddət mağazada və sexdə işlədim. Sonra ikinci həyat yoldaşımla tanış olduq və ailə qurdum. İndi üç övladımız var. Gördüm ki, evi dolandırmağa çətinlik çəkirik. Gedib dərzi sənətini öyrəndim. Şükür, indi dolanırıq, bu qədər ağrılı yollar keçsək də...

"Mən ölən gün Eldəniz də öləcək..."

- "Eldənizi sevməyimi heç kimdən gizlətməmişəm. Həyat yoldaşım da bilir ki, o, mənim yeganə nişanlım olub. Mən ondan sonra gəlinlik paltarı geymədim - söz vermişdim. Heç kim onu mənə unutdura bilməz. Mən ölən gün o da öləcək. Baxdığım insanların hər birində Eldənizin nişanələrini axtarıram. Hər dəfə kəndə gedəndə qəbrini ziyarət edirəm. Mən yalnız onunla xoşbəxt olacaqdım, ancaq qismət olmadı...


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 2051   Tarix: 14 iyun 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Rektorun anası koronavirusdan vəfat etdi

Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəyliyə ağır itki üz verib. Unikal.org-un məlumatına görə, rektorun anası Sveta xanım koronavirusdan vəfat edib. Allah rəhmət eləsin!

13 sentyabr 2021
.

Sosial yardım adı ilə pul tələb edən səhifələrlə bağlı RƏSMİ AÇIQLAMA

"Instagram"da "unvanli_sosial_yardim", "sosial_yardim_qeydiyyat", "unvanli_sos_yardim" kimi profillər yaradılmaqla, ünvanlı sosial yardım alınması üçün müraciət edilməsində ödəniş müqabilində köməklik ediləcəyinə dair elanlar verilir. Bu elanlar kiminsə (və y

11 sentyabr 2021
.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18 sentyabr 2021
.

Azərbaycanda sevdiyi qızın ailəsinin "yox" dediyi gənc qollarını doğradı

Sumqayıtda 23 yaşlı oğlan özünə ülgüclə xəsarət yetirib. -ın əldə etdiyi məlumata görə, E.Aslanzadə adlı gəncin bu addımına səbəb sevdiyi qızın ailəsinin onun elçilərinə "yox" deməsi olub. Qolundan ağır xəsarət alan E.Aslanzadə xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır

17 sentyabr 2021
.

Gəmidə qadın sərnişinə qarşı törədilən İYRƏNC ƏMƏL - FOTO

Türkiyənin şəhərlərarası sərnişindaşıma gəmisində xoşagəlməz hadisə baş verib. -ın "DHA" agentliyinə istinadən məlumatına görə, İstanbuldan Bursaya gedən sərnişinlər arasında G.Ş adlı xanım səyahət sırasında yuxulayıb. Yusuf Yıldırım adlı sərnişin isə bundan istifadə edərək qadına qarşı əxlaqsı

17 sentyabr 2021
.

Avtoxuliqan polisi maşınla vurub

Tovuzda polis əməkdaşını maşın vurub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən -a verilən məlumata görə, sentyabrın 16-da saat 1 radələrində Tovuz şəhəri ərazisində Aşağı Öysüzlü kənd sakini, əvvəllər məhkum olunmuş E.Əliyev idarə etdiyi "VAZ-21015" markalı avtomobillə avtoxuliqanlıq edi

17 sentyabr 2021
.

SON DƏQİQƏ: Bakıda ağaclıq ərazi yanır

Bakıda ağaclıq ərazidə yanğın başlayıb. xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə paytaxtın Səbail rayonu ərazisində ağaclıq ərazidə yanğın olması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələr

17 sentyabr 2021
.

Gəncədəki dəhşətli qəzanın görüntüləri - VİDEO

Gəncədə ağır yol qəzası baş verib. Qaynarinfo xəbər verir ki, hadisə nəticəsində iki nəfər yaralanıb. Qəza Böyük Bazarın yaxınlığında baş verib. Olayın görüntüləri sosial şəbəkələrdə yayılıb. Hadisənin təfərrüatları bəlli deyil. Olay barədə rəsmi məlumat da yoxdur. Videodan aydın görünür ki, qəzaya yüksə

17 sentyabr 2021
.

DİN-dən ƏMƏLİYYAT - 172 nəfər saxlanıldı

Daxili İşlər Nazirliyi (DİN) sentyabrın 10-da qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatları açıqlayıb. DİN-in mətbuat xidmətindən -a bildiriblər ki, respublikanın daxili işlər orqanları ötən gün ərzində törədilmiş 49 cinayətin üstünü "isti izlər"lə açıblar. Əvvəlki dövrlərdə

11 sentyabr 2021