Cəbhədə gərginlik: ermənilər hərəkətə keçir, Azərbaycan ordusu onları geri oturdur — TƏFƏRRÜAT

Cəbhədə gərginlik: ermənilər hərəkətə keçir, Azərbaycan ordusu onları geri oturdur — TƏFƏRRÜATErmənistan rəhbərliyinin son hərbi və siyasi uğursuzluğu onları Qarabağ münaqişəsi zonasında gərginliyi artırmağa vadar edib. Son dörd gün ərzində Ermənistan silahlı qüvvələri Azərbaycan mövqelərinə atəşi gücləndirib. Azərbaycan ordusunun cavab atəşi nəticəsində Tərtər, Goranboy və Ağdam istiqamətində düşmən əhəmiyyətli itkilər verib. Buna baxmayaraq Ermənistan Müdafiə Nazirliyi itkilərlə bağlı susmağa davam edir.

Sonxeber bildirir ki, haqqin.az saytı hərbi mənbələrə istinadən yazıb ki, Tərtər rayonunun işğal olunmuş ərazisində erməni hərbçilərinin Azərbaycan mövqelərini izləmək üçün quraşdırdığı müşahidə kamerası sıradan çıxarılıb.

İşğal olunmuş Seysulan kəndində erməni hərbçilərinin mühəndis işləri keçirməyə cəhd etdikləri çox funksiyalı "Hyundai" markalı ağır texnika məhv edilib.

Bundan başqa, Tərtər rayonu istiqamətində cavab atəşi ilə düşmən postu dağıdılıb, nəticədə Ermənistan ordusunun iki hərbçisi öldürülüb.

Tərtər rayonu istiqamətində yerləşən Azərbaycan ordusunun digər bölmələri erməni hərbçilərə məxsus "Kamaz" markalı yük maşınını məhv ediblər.

Eyni zamanda Tərtərin rayonunun Həsənqaya kəndi yaxınlığında yerləşən Azərbaycan ordusunun bölmələrinin cavab atəşilə Ermənistan ordusunun iki hərbçisi öldürülüb.

Ermənistan ordusunun bu qədər artan fəallığına münasibət bildirən hərbi ekspert Tərlan Eyvazov bildirib ki, bu, Naxçıvan istiqamətindəki məğlubiyyətlə bağlı ola bilər.

"Qarabağ istiqamətində gərginlik yaratmaqla onlar Naxçıvan istiqamətindəki məğlubiyyətdən öz xalqının diqqətini yayındırmaq istəyirlər. Lakin bununla öz vəziyyətlərini ağırlaşdırdılar. İndi onlar ölkədə yeni etirazlardan ehtiyatlanaraq öz itkiləri gizlətmək məcburiyyətindədirlər", - deyə ekspert qeyd edib.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 4972   Tarix: 17 iyun 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Lənkəranda FACİƏ: 1 yaşlı körpə ÖLDÜ

Lənkəran rayonunda bir yaşlı körpə naməlum səbəbdən ölüb. xəbər verir ki, hadisə Səpnəkəran kəndində qeydə alınıb. Belə ki, 2020-ci il təvəllüdlü İbrahim Nazim oğlu Ağazadənin halı qəfil pisləşib. Bu səbəbdən valideynləri körpəni Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparıblar. Ancaq həkim müayinəsində

13 sentyabr 2021
.

Gəncədə üç yaşlı uşaq qaynar çaydanı üzərinə aşırıb

Gəncə şəhərində üç yaşlı qız ehtiyatsızlıqdan yanıq xəsarətləri alıb. "Report" xəbər verir ki, uşaq yaşadığı evdə oynayan zaman valideynlərinin nəzarətindən yayınaraq sobanın üzərində olan və içərisi qaynar suyla dolu çaydanı üzərinə aşırıb. Yanıq xəsarətləri alan azyaşlı yaxınları tərəfində

17 sentyabr 2021
.

Sosial yardım adı ilə pul tələb edən səhifələrlə bağlı RƏSMİ AÇIQLAMA

"Instagram"da "unvanli_sosial_yardim", "sosial_yardim_qeydiyyat", "unvanli_sos_yardim" kimi profillər yaradılmaqla, ünvanlı sosial yardım alınması üçün müraciət edilməsində ödəniş müqabilində köməklik ediləcəyinə dair elanlar verilir. Bu elanlar kiminsə (və y

11 sentyabr 2021
.

Bakıda "Toyota" piyadanı vuraraq ÖLDÜRDÜ

Bakıda yol-nəqliyyat hadisəsi olub. Bu barədə -a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, sentyabrın 10-u saat 9 radələrində Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində qəsəbə sakini A.Kamallı idarə etdiyi "Toyota" markalı avtomobillə yolu keçən paytax

11 sentyabr 2021
.

Gürcüstanda azərbaycanlıların "qızqaçırma"sı faciə ilə nəticələndi

Gürcüstanda azərbaycanlıların yaşadığı Marneuli rayonunda "qızqaçırma" faciə ilə nəticələnib. Hadisə Alqeti kəndində baş verib. Belə ki, qrup yoldaşı 23 yaşlı yerli sakini evlənmək məqsədi ilə qaçırmaq istəyib. Bu zaman avtomobil onun qarşısını kəsən qızın nənəsini vurub. Qadın yerindəcə keçinib

15 sentyabr 2021
.

Bu məşhur kafe və restoranlar cərimələndi - SİYAHI

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin yeni növ koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədil

11 sentyabr 2021
.

Tanışını döyə-döyə öldürdü

Bakıda tanışını döyərək öldürən şəxs saxlanılıb. Xətai rayon prokurorluğundan -a bildirilib ki, sentyabrın 15-də paytaxtın Xətai rayonu ərazisində 1994-cü il təvəllüdlü Hüseyn Hüseynovun almış olduğu xəsarətlər nəticəsində 3 saylı Şəhər Kliniki Xəstəxanasında ölməsi barədə rayon prokurorluğuna məluma

16 sentyabr 2021
.

Övladlarını çayın kənarına tərk etdilər - FOTO

ABŞ-da çayın kənarında tərk edilmiş iki azyaşlı tapılıb. unikal.org-a istinadən xəbər verir ki, Rio-Grande çayında ətrafı yoxlayan mühafizəçilər kolların arasına tərk edilmiş 3 aylıq oğlan və 2 yaşlı qız uşağını tapıblar. Onların kim və ya kimlər tərəfindən əraziyə gətirildiyi məlum deyil. Maraqlıs

16 sentyabr 2021
.

Ötən gün 10-dan çox koronavirus xəstəsi ictimai yerlərdə saxlanıldı

Sentyabrın 10-da daxili işlər orqanlarının əməkdaşları respublika ərazisində 11 nəfər aktiv koronavirus xəstəsini ictimai yerlərdə aşkarlayaraq saxlayıblar. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən -a bildirilib ki, polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməkl

11 sentyabr 2021