Azərbaycanlı tanınmış faciəvi şəkildə öldü - FOTO

Azərbaycanlı tanınmış faciəvi şəkildə öldü - FOTOAstara rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Bakıda yaşayan tanınmış hüquqşünas, əslən Lənkərandan olan 4 dekabr 1984-cü il təvəllüdlü Fuad Rəhimov Ramazan bayramı ilə əlaqədar doğma rayonuna gedib. O, ailə üzvləri ilə birgə Astara rayonunun Kijəbə qəsəbəsi ərazisində yerləşən Lovain su anbarının ətrafında istirahət edərkən bacısının azyaşlı qızı suda boğumaq təhlükəsi yaşayıb. F.Rəhimov suya atılaraq uşağı xilas etsə də, özü boğularaq ölüb.

Mərhumun meyiti sudan çıxarılaraq Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Rayon Şöbəsinə təhvil verilib.
Qeyd edək ki, F.Rəhimov bu il keçirilən vəkillik imtahanından uğurla keçibmiş. Vəkillər Kollegiyasının sədri Anar Bağırov gənc hüquqşünasın vəfatı ilə bağlı başsağlığı verib və ona vəkil vəsiqəsini təqdim edə bilmədiyinə görə məyusluğunu ifadə edib. (lent.az)
Azərbaycanlı tanınmış faciəvi şəkildə öldü - FOTO

Sosial   Baxılıb: 11205   Tarix: 18 iyun 2018  

Şikayətiniz varsa Whatsapp: 050 3422489

Facebookda Paylaş



Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR