Türkiyə xüsusi təyinatlılarının Qarabağa hücum etməsinə kim icazə verməyib? – SİRLƏR AÇILIR

Türkiyə xüsusi təyinatlılarının Qarabağa hücum etməsinə kim icazə verməyib? – SİRLƏR AÇILIRTürkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun "Vaxtında lazımı gücə malik olsaydı, Türkiyə Azərbaycan torpaqlarının işğalına imkan verməzdi" bəyanatı siyasi dairələrdə müzakirə mövzusu olub. Əslində, çox az adam xatırlayır ki, 90-cı illərdə I Qarabağ müharibəsi zamanı Türkiyə Azərbaycana lazımi dəstəyi vermədi. Əksinə, Qərbdə erməni diasporunun Ermənistana yardımı üçün dəhliz açdı və nəticədə işğalçı ölkə güclənərək, 1993-cü ildə Qarabağda yeni hücuma keçdi. Sonradan Türkiyə işğal faktına görə Ermənistanla sərhədləri bağladı. Bu gün Türkiyə hökuməti sələflərinin bu səhvlərinə görə peşmançılıq keçirir.. Və Çavuşoğlu bir daha bəyan edir ki, "Ankara həmişə Bakını dəstəkləyib və bu dəstək bundan sonra da davam edəcək".

Sonxeber.az "Publika.az"a istinadla xəbər verir ki, Rusiyanın Şərqşünaslıq İnstitutunun elmi rəhbəri, siyasi ekspert Səid Qafurov I Qarabağ savaşında Türkiyənin Azərbaycana dəstək verməməsinin səbəblərini açıqlayıb.

Onun sözlərinə görə, Çavuşoğlunun bu bəyanatı əslində Qərbə informasiya hücumudur.

"I Qarabağ müharibəsindəki vəziyyətə gəlincə, o vaxt Bakıda indiki mükəmməl siyasi rəhbərlik yox idi. O vaxtı Türkiyə də indiki Türkiyədən çox fərqlənirdi. O vaxt Türkiyədə kamalistlər hakimiyyətdə idi. Bakı ilə Ankara indi yaxşı münasibətlərə malik olsa da, o vaxt belə münasibət yox idi. Həmçinin, dini səbəblər də bu münasibətlərə mənfi təsir göstərirdi. Türkiyədə sünni, Azərbaycanda şiə məzhəbi üstünlük təşkil edirdi. Azərbaycan Konstitusiyasına türkçülüyü daxil edəndə bu, Türkiyə hakimiyyətinin xoşuna gəlmədi. Türkiyə ordusunda və xüsusi xidmət orqanlarındakı bir qrup pantürk general Qarabağa xüsusi təyinatlılardan ibarət qoşun göndərmək istəyirdi. Lakin Türkiyənin kamalist rəhbərliyi müharibəyə qoşulmaq istəmədi", - deyə o bildirib.

Səid Qafurov həmin vaxt MDB birləşdirilmiş güclərinin baş komandanı marşal Yevgeni Şapoşnikovun Türkiyənin müdaxiləsini "III Dünya müharibəsinin başlamasına səbəb olacağına" dair hədələrini xatırladıb və qeyd edib ki, Rusiya Türkiyənin Ermənistana müdaxiləsini NATO-nun müdaxiləsi olaraq qəbul edirdi: "Türkiyənin müdaxiləsi geosiyasi səbəblərdən, yəni Rusiya-NATO münasibətlərinə görə də mümkün deyildi. Rusiyanın xarici siyasəti ABŞ tərəfindən sıxışdırılırdı. O vaxt NATO rəhbərliyi ilə Ankaranın münasibətləri də tamamilə başqa idi. Kamalistlər Vaşinqtonun və Strasburqun "marionetkası" idilər. Onda amerikalılar dünyanın sahibi idilər və onlar Şərqi Avropanı "həzm etmək"lə məşğul idilər. Cənubi Qafqazda kəskin münaqişə lazım deyildi. Ona görə də türklərə icazə vermədilər. Vaşinqtonda da erməni lobbisi çox güclü idi".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 3252   Tarix: 20 iyun 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Ombudsman Xankəndidə erməni əsilli sakinlərlə görüşüb - FOTO

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Xankəndidə erməni əsilli sakinlərlə görüşüb, həssas əhali qrupları üçün yaradılmış sığınacağa baş çəkib. Bu barədə -a Ombudsman Aparatından məlumat verilib. Qeyd edilib ki, Ombudsman Səbinə Əliyeva Xankəndi şəhərində erməni əsilli sakinlərlə görüşüb

28 mart
.

Sahibə Qafarova Simonyanla görüşəcək

Bu gün Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri görüşəcək. Ölkə.az xəbər verir ki, Sahibə Qafarova və Alen Simonyanın görüşü Cenevrədə baş tutacaq. Bu haqda Ermənistan parlamentinin mətbuat katibi Nelli Qulyan məlumat yayıb

22 mart
.

Rəsmi Moskva Bakı və İrəvana çağırış etdi

Moskva Bakı və İrəvanı maksimum təmkin nümayiş etdirməyə və aqressiv ritorikadan çəkinməyə çağırır. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib. Onun mətbuat konfransı Rusiya XİN-in sosial şəbəkə səhifəsində canlı yaymlanır. Zaxarovanın sözlərinə görə, bütün ərazi mübahisələr

27 mart
.

Baş Prokurorluqda Xocalıda aşkarlanan kütləvi məzarlıqla bağlı brifinq - CANLI

Baş Prokurorluqda Xocalıda aşkarlanan kütləvi məzarlıqla bağlı brifinq keçirilir. xəbər verir ki, brifinqdə prokurorluq rəsmiləri kütləvi məzarlıqla bağlı vacib açıqlamalar verirlər

18 mart
.

Sarkisyan açıqladı: Ermənilər Qazaxın işğal altındakı kəndlərini tərk edirlər

"Martın 18-də Nikol Paşinyanın Tavuş sakinləri ilə görüşündən sonra Noyemberyanın (Barana -red.) sərhəd zonasının kəndlərində məskunlaşan sakinlər həmin yerləri tərk edirlər". Bu sözləri erməni jurnalist Oskan Sarkisyan deyib. "Voskeparda (Əskipara - red.) məskunlaşan Qarabağdan gəlmi

22 mart
.

Prezident İlham Əliyevin Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə təkbətək görüşü başlayıb - FOTO

Martın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə təkbətək görüşü başlayıb. Bu barədə AZƏRTAC xəbər verir

16 mart
.

"Dörd kənd Azərbaycana qaytarılmalıdır" - Paşinyan

Qısa müddət ərzində dörd kənd Azərbaycana qaytarılmalıdır. "Qafqazinfo" xəbər verir ki, bu barədə Trend Ermənistanın "Hraparak" qəzetinin materialına istinad edib. Materialda qeyd olunub ki, bununla bağlı Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə qapalı iclasda danışıb. "Ötə

26 mart
.

Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi - FOTO

Birinci vitse-prezident Mehriban Əliyeva Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib. Mehriban Əliyevanın rəsmi "Instagram" hesabındakı paylaşımda deyilir:. "Əziz həmvətənlər!. Novruz bayramı münasibətilə sizi səmimi-qəlbdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, sevinc

20 mart
.

Qərbi Azərbaycan İcması Avropa İttifaqı və ABŞ-ı ikili standartlara son qoymağa çağırıb

Qərbi Azərbaycan İcması Avropa İttifaqı və ABŞ-ı ikili standartlara son qoymağa çağırıb. "Report" xəbər verir ki, bu, icmanın aprelin 5-də Brüsseldə Ermənistan-Avropa İttifaqı-ABŞ görüşünün keçiriləcəyi barədə yayılan xəbərlərlə əlaqəli yaydığı bəyanatda bildirilib. İcma hesab edir ki, so

22 mart