Ermənistanın yeni rəhbərliyi müharibə istəyir?

Ermənistanın yeni rəhbərliyi müharibə istəyir?Son dövrlərdə Ermənistanın yeni rəhbərliyinin fəaliyyəti rəsmi Yerevanın Dağlıq Qarabağ münaqişəsinin həllində nəinki maraqlı olmadığını, hətta vəziyyəti gərginləşdirmək istədiyini göstərir. Nikol Paşinyanın baş nazir seçilən kimi ilk səfərini Azərbaycanın işğal olunmuş ərazilərinə etməsi, ardınca Ermənistan prezidenti Armen Sarkisyanın işğal altındakı Kəbəcər rayonuna gedişi də belə düşünməyə əsas verir.

Paşinyanın erməni işğalı altında olan torpaqlarımızı, qoşunların təmas xəttini, belə demək mümkünsə, su yoluna döndərməsi, bir az da irəli gedərək qondarma rejimin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı aparılan danışıqlarda tərəf kimi iştirak etməli olduğunu bəyan etməsi onun əsl məqsədinin diqqəti baş nazir seçilmək üçün küçələrdə etiraz aksiyaları keçirdiyi vaxt xalqa verdiyi, lakin indi yerinə yetirə bilmədiyi boş vədlərdən, ümumilikdə isə ölkədəki ağır vəziyyətdən münaqişəyə cəlb etmək olduğunu aşkara çıxarır. Bu, əslində köhnə taktikadır. Azərbaycan tərəfi Serj Sarkisyan hakimiyyətinin də belə uğursuz, yeknəsəq taktikalarını az görməyib. Lakin görünən budur ki, Paşinyan bu məsələdə sələfini də ötüb keçmək istəyir.

Rəsmi Bakı erməni rəsmilərin Azərbaycanın işğal olunmuş ərazilərinə səfərlərini haqlı olaraq təxribat, status-kvonun saxlanılması üçün atılan addım və müharibəyə çağırış (!) kimi qiymətləndirir. Ermənistan rəhbərliyinin bu davamlı siyasəti regional sülh və təhlükəsizliyi ciddi təhdid altına qoyur.

Artıq erməni mətbuatı da təxribat xarakterli, cəbhə xəttində vəziyyəti gərginləşdirməyə yönəlmiş məlumatların sayını artırıb. Bu yaxınlarda Xankəndi üzərində guya Ermənistana məxsus qırıcı təyyarələrin uçuşlar keçirməsi ilə bağlı yayılan məlumatlar da buna xidmət edir.

Azərbaycan Müdafiə Nazirliyi isə iyunun 16 və 17-də xüsusi vasitələrlə çəkilmiş Xocalı aeroportunun foto və video görüntülərində hər hansı bir qırıcı təyyarənin müşahidə olunmadığını bəyan etdi. Qalxma-enmə zolağı yaxınlığında yalnız köhnə istehsal olan, uzun müddət uçuşlara cəlb edilmədən orada saxlanılan 1 ədəd L-39 təlim, 2 ədəd Yak-52 təlim-məşq, 1 ədəd CH-701 yüngül gəzinti təyyarəsi və 1 ədəd çoxməqsədli Mi-8 helikopteri müşahidə olunur.

Ermənistanın yeni rəhbərliyinin köhnə hakimiyyətdən də bərbad siyasət yürütməsi əslində ölkənin vəziyyətini daha da qəlizləşdirəcək. Serj Sarkisyanla qısamüddətli görüşündə "cənab Sarkisyan, siz həqiqətən də ölkədə vəziyyətin ciddi olduğunu anlamırsınız" deyən Paşinyanın baş nazir seçilməzdən əvvəl qabartdığı problemlərlə məşğul olmaq əvəzinə, daha çox qondarma rejimə diqqət ayırması onun siyasi səbatsızlığını sübut edir.

Bəlkə doğrudan da Paşinyan müharibə qığılcımlarını alovlandırmaq istəyir? Məgər 2016-cı ildə Azərbaycan Ordusunun qələbəsi ilə başa çatan aprel döyüşləri ermənilərə dərs olmadımı? Halbuki Azərbaycan Silahlı Qüvvələrinin işğal olunmuş ərazilərimizi azad etməyə hər an hazır olduğunu, Ermənistan qoşunlarından qat-qat güclü olduğunu, daha müasir silahlarla təchiz edildiyini rəsmi Yerevan da çox gözəl bilir.

Təbii ki, Paşinyanın tutduğu bu siyasi kurs çox davam edə bilməz. Populist çıxışlarla, görüntü xətrinə fəaliyyətlə nəticə əldə etmək olmaz. Bu gedişlə yeni rəhbərliyin aqibəti qaranlıq görünür. Necə deyərlər, hay-hayla gələn vay-vayla gedər.

trend


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Dünyada   Baxılıb: 897   Tarix: 21 iyun 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Bu ölkənin ən gənc yeni prezidenti seçildi

Bassiru Diomaye Faye seçkilərin ilk turunda qalib gələrək Seneqalın yeni prezidenti seçilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Seneqalın Mərkəzi Seçki Komissiyası məlumat yayıb. Bildirilib ki, 44 yaşlı D. Faye səslərin 54,28 faizini toplayıb. O, müstəqil Seneqalın beşinci və ən gənc prezident

28 mart
.

Bədbəxt hadisələr üst-üstə gəldi: baba və nəvə eyni gün dünyasını dəyişdi

Siyirmə dəyərək boynu qırılan 15 aylıq körpə həyatını itirib. xarici mediaya istinadən xəbər verir ki, həmin gün körpənin babası da dünyasını dəyişib. Hadisə Türkiyədə baş verib. Belə ki, Evrim-Mikayıl Şamlı cütlüyü ötən gün 15 aylıq oğullarını nənəsinin yanına qoyub. Nəvəsinə tək baxan, eyni zamand

28 mart
.

"Crocus" terrorçuları barədə YENİ FAKTLAR: Bir ay əvvəl...

Moskvada "Crocus City Hall" konsert zalında terror aktını törədənlərin məskunlaşdığı yataqxana bağlanıb. -in xəbərinə görə, bu barədə "RİA Novosti" məlumat yayıb. Təqsirləndirilən şəxslər dindirilmə zamanı etiraf ediblər ki, onlar paytaxtın şimalında yerləşən bu binada terror aktında

27 mart
.

Polis məşhur reperin evlərinə basqın etdi - FOTO

ABŞ polisi cinsi təcavüz iddiaları ilə gündəm olan dünyaca məşhur reper Puff Daddinin evlərinə basqın edib. -ə istinadən xəbər verir ki, cinsi istismar və seks ticarətində ittiham olunan reperin Los-Anceles, Mayami və Nyu-Yorkdakı mülklərinə edilən basqınlarla Nyu-Yorkda davam edən seks ticarəti istintaq

27 mart
.

4 uşaq anası olan arvadını küçənin ortasında ÖLDÜRDÜ, daha sonra isə... VİDEO

Türkiyədə kişi keçmiş həyat yoldaşını küçədə öldürüb. xarici mediaya istinadən xəbər verir ki, Türkiyənin Muğla rayonunda Vedat G. adlı şəxs keçmiş həyat yoldaşını küçədə silahla vuraraq öldürüb. 4 uşaq anası olan keçmiş həyat yoldaşını öldürdükdən sonra, kişi meyitinin üstündə gözləməyə başlayıb. O

29 mart
.

Kişinin mədəsindən 30 santimetrlik diri ilan balığı çıxarılıb

Vyetnamda bir kişinin mədəsindən 30 santimetrlik diri ilan balığı çıxarılıb. xarici mediaya istinadən xəbər verir ki, Vyetnamda bir kişi şiddətli qarın ağrısı şikayəti ilə xəstəxanaya yerləşdirilib. Həkimlərin apardığı müayinələr nəticəsində kişinin qarnında ilan balığı olduğu müəyyən edilib. Əməliyya

27 mart
.

"Krokus Siti Holl"da törədilən terror aktı nəticəsində xəsarət alanların sayı açıqlanıb

"Krokus Siti Holl"da törədilən terror aktı nəticəsində xəsarət alanların sayı 372-yə çatıb. xəbər verir ki, bu barədə "112" Telegram kanalı məlumat yayıb. Bildirilib ki, martın 27-də Moskva vilayətinin Səhiyyə Nazirliyi konsert zalında törədilən terror aktı qurbanlarının siyahısın

28 mart
.

"Crocus"da onlarla insanı xilas edən azərbaycanlı: Rəylərdə haqqımda çoxlu ksenofobik təhqirlər yazıblar

Moskva vilayətində "Crocus City Hall" kompleksində terror zamanı qəhrəmanlıq göstərənlərdən biri də azərbaycanlı Kamil Nəsibov olub. 30 yaşlı Kamil binadakı "Şokoladnitsa" kafesində işləyib. Onun sözlərinə görə, iş gününün bitməsinə on dəqiqə qalmış Kamil həmkarını siqaret çəkməy

27 mart
.

Acun İlıcalı yeni futbol klubu alır

İngiltərə çempionatında çıxış edən "Hall Siti"nin sahibi Acun İlıcalı yeni bir klub alacağını bildirib. Bu barədə əslən azərbaycanlı olan türkiyəli prodüser müsahibəsində deyib. O, hazırda Sloveniya barədə düşündüyünü vurğulayıb. "Bir müddət Yunanıstanda olduq, amma istədiyimiz komandan

28 mart