"Hər kəs öz qeyrətinə cavabdehdir..." - Xoşqədəm və Rövşanə metroda döyülən qızdan danışdı

"Hər kəs öz qeyrətinə cavabdehdir..." - Xoşqədəm və Rövşanə metroda döyülən qızdan danışdıBir neçə gün öncə Bakı Metropolitenində gənc qızın geyimə görə bir oğlan və yaşlı qadın tərəfindən təhqir edilməsi mediada və sosial şəbəkələrdə geniş müzakirə olunur. Bəziləri gənc qızı müdafiə etsə də, onu az qala linç edən oğlanın və qadının müdafiəsinə qalxanlar da tapılır.

Cəmiyyətin birmənalı qarşılamadığı bu hadisəyə xanım ziyalıların münasibətini öyrəndi.

Teleaparıcı, publisist Xoşqədəm Hidayətqızı təhqir edilən gəncin müdafiəsinə qalxdı və qadınlarla bağlı gündəmdən olan digər məsələlərə də kəskin münasibət bildirdi:

"Hadisənin görüntülərini izlədim. Çox üzücüdür. Bir insanın üzərinə bu şəkildə getmək olmaz. Geyim insanın şəxsi seçimidir. Bir insan istədiyi şəkildə geyinibsə, onun bizə heç bir aidiyyəti yoxdur. Biz o tərz geyimi bəyənmiriksə və geyimin qıza yaraşmadığını düşünürksə, hətta onu dilimizə gətirəndə belə düşünməliyik. İrad bildirmək istəsək belə, elə üsul seçməliyik ki, onu kənardakılar eşitməsin. Ümumiyyətlə, bir insanın geyiminə, düşüncəsinə görə bu qədər aqressiv münasibət yolverilməzdir. Ola bilər ki, biz o geyim tərzini bəyənməyək. Ancaq bu bizə qışqırmağa, danlamağa, bağırmağa əsas vermir.

Təəssüf ki, indi bizim üçün önəmli olan dəyərlərə bəziləri əhəmiyyət vermir. Kimisə geyiminə, puluna görə qarşılayırıq. Ancaq mən heç vaxt insanları xarici görünüşünə, geyiminə görə tənqid etməyin tərəfdarı olmamışam. İnsanı yaradan Allahdır. Geyim isə bizim zövqlərimizə, seçimlərimizə bağlıdır. Hər kəsin öz zövqü var və bu, müzakirə obyekti ola bilməz. İnsanlar özünə yaraşanı bizdən daha yaxşı bilir.

Ümumiyyətlə, son günlərdə ortaya çıxan qadınlara qarşı zorakılıq halları insanı dəhşətə salır. Elə bu gün 13 yaşlı bir qızın zorlanaraq hamilə qalması xəbəri, dünən on altı yaşlı qızın nişanlısının xəyanətinə görə intihar etməsi və yaxud gənc bir qızın geyiminə görə linç edilməsi xəbəri tüklərimi ürpərdir. Cəmiyyət sadəcə sosial şəbəkələrdə, mətbuatda yayılan xəbərləri izləyir. Mən isə gündə onlarla, yüzlərlə belə hadisələrin olduğu məktub, zəng qəbul edirəm. O taleləri oxuduqca, həyatdan küsürəm, heç kimlə danışmaq istəmirəm. Qadınlara qarşı belə münasibəti görəndə çox pis oluram. Elə az öncə bir qadının videosunu izlədim. Ona qarşı böyük təzyiqlər var. Bir nəfər qadını incidir və o da videosunu çəkib göndərib. Deyir ki, artıq dözə bilmirəm, intihar edəcəm. Mən onu sakitləşdirmək üçün qırx dəqiqə söhbət etmişəm. Onu özünü öldürməkdən çəkindirməyə çalışmışam ki, övladları var. Bu şeylər az qala hər gün təkrarlanır.

16 yaşlı bir qızın universitet, karyera haqqında düşünməli olduğu bir vaxtda sevdiyi oğlan haqqında xəyallar qurması, düşünməsi, hətta nişanlısının xəyanətinə görə intihar etməsi faicədir. Buna hansı adı qoymaq olar, bilmirəm. Axı niyə o yaşda bir qız məktəb haqqında deyil, ər haqqında düşünür? Hansı mühit, hansı çevrə onu o həddə gətirib çatdırıb? Valideynlər hara baxır? Niyə uşaqlarını neqativ hallardan qorumur, niyə onunla maraqlanmırlar?

O ki qaldı, metroda baş verən hadisənin səbəblərinə. Evində qadını, qızı, körpəsi olan bir kişi öz övladına necə yanaşırsa, öz övladına nəyi rəva görmürsə, onu başqasına da rəva görməməlidir. Bu 13 yaşında zorlanan qıza da aiddir. Axı on üç yaşlı qız nə bilir hamiləlik nədir? Bu biabırçılıqdır. Hələ bu qədər ictimailəşdiririk, müzakirə edirik, ictimai qınağa səbəb olur, yenə də belə hadisələr azalmaq əvəzinə, getdikcə artır. Belə hadisələrlə çox ciddi mübarizə aparılmalıdır. Tənqid edilməlidir.

Son olaraq bildirmək istəyirəm ki, istər nişanlısına görə intihar edənin, istər metroda geyimə görə kiməsə hücum eləyənlərin düşüncəsi ilə bir yerə varmaq olmaz".

Tanınmış jurnalist Faina Hənifəyeva isə bildirdi ki, bu tip hadisələrə zaman-zaman rast gəlinir. Yeganə çıxış yolu isə maarifləndirmə və ictimai təbliğatdır:

"Bu hadisə məni şoka saldı. O mənada ki, Bakı paytaxt şəhərdir, müasir yerdir. Mən elə zənn edirdim ki, artıq belə məsələlər ötən əsrlərdə qalıb. Biz başqalarının geyimlərinə, onların şəxsi azadlıqlarına tolerant yanaşırıq. Cəmiyyətimizi bu cür təsəvvür edirdim. Ancaq biz hələ də metroda gənc bir qızın geyiminə görə "linç" edilməsi hadisəsi ilə qarşılaşırıq. Qızın yanında əyləşənlərin onu müdafiə etməməsi, hücum çəkən qaragüruhlara qarşı reaksiya verməməsi də şok yaşatdı. Yadınıza gəlirsə, bir müddət əvvəl Türkiyədə də bənzər hadisə baş vermişdi. Orada dərhal ictimailəşdirilmiş, hətta xarici mətbuat da hadisə ilə yaxından maraqlanmışdı. Hücuma məruz qalan qız isə məhkəməyə müraciət etmişdi. Başa salındı ki, bu, insanların şəxsi seçimidir. Ona müdaxilə etmək olmaz. Azərbaycan cəmiyyətində belə hadisənin təkrarlanması həddən artıq təəssüf doğurur. Şərhlər verilir ki, belə hadisələr ölkənin turizm sektoruna da mənfi təsir göstərir. Bəlli məsələdir ki, hər turist başqa yerlərə öz ölkəsinin mədəniyyəti, özünün şəxsi seçimləri və arzuları ilə səyahət edir. Bunun içində geyim məsələsi də var.

Belə neqativ halların qarşısının alınması üçün yalnız və yalnız maarifləndirmə işləri aparılmalıdır. Fəal zümrə hərəkətə keçməlidir. Təzyiqə məruz qalan qadınlar müdafiə edilməlidir. İctimai təbliğat aparılmalıdır. İnsanlara başa salmaq lazımdır ki, hər kəsin azad seçim hüququ var, bunlara qarışmaq cinayət məsuliyyəti daşımaq deməkdir. Kimin xoşuna gəlmirsə, metroya minməsin, cəmiyyət içinə çıxmasın. Biz dövlətin daxilində yaşayırıq. Dövlət isə insanların könüllü şəkildə birlikdə yaşadığı, cəmiyyətin prinsiplərini qəbul etdiyi qurumdur. Kim bəyənmirsə, çıxıb getmək azadlığı da var. Ancaq cəmiyyət içində yaşayırıqsa, rəngarəngliyə, müxtəlifliyə tolerant yanaşmaq məcburiyyətindəyik".

Teleaparıcı Rövşanə Bektaşi isə cəmiyyətin aqressivliyinin və bu aqressivlikdən doğan neqativ hadisələrin gənclərə təsirindən söz açdı:

"Hər kəs öz geyimində azaddır. Kiminsə geyiminə müdaxilə etməyə haqqımız, ixtiyarımız yoxdur. Hər kəs öz qeyrətinə cavabdehdir. Mən o qadının geyimini çox normal qəbul edirəm. Bu gün biz hər mənada Avropaya inteqrasiya etməkdən danışırıq. Düşüncəmiz, təfəkkürümüz, mədəniyyətimiz avropalaşır. Amma yay ayında qısa paltar geyinən cavan bir qıza bu qədər aqressiv münasibət göstəririk. Mənə elə gəlir ki, insanların içində bir aqressiya var və onun düzgün ünvanını tapa bilmirlər. O aqressiyanı hara boşaltmaq, hansı istiqamətə yönəltmək lazımdır, bilmirlər. Buna görə də gənclərin üstünə düşürlər. Ümumiyyətlə, kökündən yanlış bir davranışdır. Cavan qızdır, özü bilər, valideynləri bilər, həyatındakı insan bilər. Müstəqil insandır və bu, onun seçimidir. Niyə yaşlı nəsil gənclərin geyiminə, davranışlarına bu qədər aqressiv yanaşır? Bu gün elə məsələlər var ki, insanlar öz aqressiyasını da, enerjisini də oraya yönəltməlidirlər, nəinki gənclərə. Ola bilsin, fikirlərimi qınayacaqlar, amma yaşlı nəslin bu davranış qaydası da doğru deyil. Çünki dövr dəyişib, dünya ovcumuzun içindədir, əlimizin altında sosial şəbəkələr var. Bütün dünyaya rahat şəkildə çıxa bilirik. Necə olur ki, xaricdə qısa şortlu qadınların, kişilərin içində gəzə, özümüz xaricdə qısa şort alıb geyinə bilirik, ancaq öz ölkəmizdə bunu edə bilmirik? Yəni biz bu qədər geridə qalmışıq?

Ümumiyyətlə, geyim ilə əxlaq, davranış tərzini müəyyənləşdirmək kökündən yanlışdır". (publika.az)


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 2265   Tarix: 21 iyun 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Pitbul küçədə səkkiz yaşlı uşağa hücum etdi - VİDEO

Türkiyənin Çorum şəhərində səkkiz yaşlı oğlan pitbul cinsli itin hücumuna məruz qalıb. -ın -a istinadən verdiyi məlumata görə, insident ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Yeniyetmə oğlan ətrafdakı insanların köməyi ilə itin hücumundan xilas edilsə də, onun müxtəlif xəsarətlə

14 sentyabr 2021
.

DİN-dən ƏMƏLİYYAT - 172 nəfər saxlanıldı

Daxili İşlər Nazirliyi (DİN) sentyabrın 10-da qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatları açıqlayıb. DİN-in mətbuat xidmətindən -a bildiriblər ki, respublikanın daxili işlər orqanları ötən gün ərzində törədilmiş 49 cinayətin üstünü "isti izlər"lə açıblar. Əvvəlki dövrlərdə

11 sentyabr 2021
.

Antalyanın məşhur istirahət bölgəsində nəhəng burulğan - VİDEO

Bu gün səhər saatlarında Antalyanın Kəmər bölgəsində dəniz üzərində təxminən 15 dəqiqə davam edən nəhəng burulğan meydana gəlib. Ətrafda olan insanlar təbiət hadisəsini telefonları ilə qeydə alıblar. Qeyd olunur ki, nəhəng burulğan sahilə çatmayaraq tədricən zəifləyərək yox olub.\

15 sentyabr 2021
.

SON DƏQİQƏ: Bakıda ağaclıq ərazi yanır

Bakıda ağaclıq ərazidə yanğın başlayıb. xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə paytaxtın Səbail rayonu ərazisində ağaclıq ərazidə yanğın olması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələr

17 sentyabr 2021
.

Rəşid Mahmudovun oğlu infarkt keçirdi - FOTO

Tibb Universitetinin dosenti, tanınmış ictimai xadim Rəşid Mahmudovun oğlu infarkt keçirib. Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb. Bildirilib ki, Rəşid Mahmudovun oğlu xəstəxanaya yerləşdirilib və vəziyyəti ağırdır

12 sentyabr 2021
.

Kürdəmirdə avtomobil aşdı: Ölən və yaralananlar var - FOTO

Kürdəmir rayonunda ağır avtomobil qəzası olub. xəbər verir ki, hadisə Kürdəmir-Zərdab yolunun rayonun Köhünlü kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, "Mercedes" markalı minik avtomobili hərəkətdə olarkən idarəetmədən çıxaraq aşıb. Nəticədə avtomobildə olan bir nəfər ölüb, iki nəfə

11 sentyabr 2021
.

Sabirabadda ağır qəza - Ölən və yaralılar var

Sabirabadda baş verən yol qəzasında 1 nəfər ölüb, 4 nəfər yaralanıb. apa-ya istinadən xəbər verir ki, hadisə Sabirabad rayonunun Yastıqobu kəndinin ərazisində baş verib. "Tofaş" markalı avtomobillə "VAZ 2107" markalı avtomobilin toqquşması nəticəsində 1 nəfər ölüb, 4 nəfər yaralanıb

12 sentyabr 2021
.

Samuxda azyaşlı bacı-qardaşın çöplü şirədən zəhərlənib öldüyü güman edilir

Samux rayonunda üç və iki yaşlı körpələr naməlum şəraitdə ölüb. -a istinadən xəbər verir ki, hadisə Qarayeri qəsəbəsində qeydə alınıb. Kənd sakinləri - 2018-ci il təvəllüdlü Nurəddin Əfqan oğlu Quliyevin və bacısı Ruqəyya Əfqan qızı Quliyevanın yaşadıqları evdə səhhətlərində problem yaranıb. Vəziyyətlər

13 sentyabr 2021
.

Bakıda marşrut avtobusunda ÖLÜM: Hərəkət dayandı

Bakıda avtobusda ölüm hadisəsi baş verib. xəbər verir ki, hadisə paytaxtın Nizami rayonu ərazisində qeydə alınıb. Rayon ərazisində hərəkətdə olan marşrut avtobuslarından birində 57 yaşlı sərnişin Əli Abbas oğlu Quliyev qəfildən ölüb. Hadisə nəticəsində avtobusun hərəkət intervalında gecikmə yaranıb

17 sentyabr 2021