"Üçlər ittifaqı" Türkiyəyə qarşı – Müharibə hər an BAŞLAYA BİLƏR

"Üçlər ittifaqı" Türkiyəyə qarşı – Müharibə hər an BAŞLAYA BİLƏRAralıq dənizində İsrail, Yunanıstan və Cənubi Kiprdən ibarət ittifaq güclənir.

Sonxeber.az "Publika.az"a istinadən xəbər verir ki, üç ölkənin müdafiə nazirləri - Panos Kammenos (Yunanıstan), Aviqdor Liberman (İsrail) və Savvas Angelides Cənubi Kiprdə bu gün görüşəcəklər.

Cənubi Kiprin müdafiə naziri görüşdə regional təhlükəsizlik, hərbi əməkdaşlığın daha da artırılması, dəniz və enerji təhlükəsizliyinin təşviqi kimi mövzuların müzakirə ediləcəyini bildirib. Şərqi Aralıq dənizində dəniz və enerji təhlükəsizliyinin artırılmasının vacib olduğunu deyən Angelides bu istiqamətdə ortaq layihələrin həyata keçiriləcəyini qeyd edib.

Tərəflər daha əvvəl Şərqi Aralıq dənizində çıxarılan təbii qazla bağlı birgə hərəkət edəcəyi barədə razılığa gəlmişdilər.

Türkiyə KİV-i üç ölkənin yaratdığı ittifaqın Ankaraya qarşı olduğunu bildirir. Ankara Kirp adasının ətrafındakı enerji ehtiyatlarının bütün ada əhalisinə, o cümlədən Şimali Kipr Türk Cümhuriyyətinin vətəndaşlarına aid olduğunu və enerji ehtiyatlarından birtərəfli istifadənin yolverilməz olduğunu qeyd edib.

Bu ilin fevral ayında Cənubi Kiprin Şərqi Aralıq dənizində təktərəfli təbii qaz axtarış işləri çərçivəsində əməkdaşlıq etdiyi İtaliyanın enerji şirkəti ENI-yə aid platforma bölgəyə gəlmiş, lakin Türkiyənin döyüş gəmilərinin maneə törətməsi nəticəsində bölgəni tərk etmək məcburiyyətində qalmışdı.

Yunanıstan, Cənubi Kipr və İsrailin enerji əməkdaşlığından sonra hərbi əməkdaşlıq məsələlərində razılığa gəlməsi bölgədə vəziyyəti Türkiyə üçün daha da çətinləşdirə bilər. Analitiklər bölgənin enerji ehtiyatları uğrunda hərbi qarşıdurmaları da istisna etmirlər.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Dünyada   Baxılıb: 1198   Tarix: 21 iyun 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Məktəbə getmək üçün evdən çıxan 15 yaşlı qız iki gün sonra TAPILDI

İki gündür xəbər alınmayan 15 yaşlı qız tapılıb. xarici mediaya istinadən xəbər verir ki, Türkiyədə 2 gündür axtarılan 15 yaşlı qız polis tərəfindən parkda tapılıb. Əldə edilən məlumata görə, Kırıkkaledə yaşayan 9-cu sinif şagirdi cümə axşamı səhər saatlarında bir müddətdir qaldığı bacısının evində

23 aprel
.

Azyaşlı qız böyüklərə "dərs keçdi" - VİDEO

Azyaşlı qızın küçədə oturan yaşlı kişiyə kömək etməsi gündəm olub. -a istinadən xəbər verir ki, hadisə Türkiyədə baş verib. Parkinson xəstəsi olan yaşlı kişinin su içə bilmədiyini görən qızcığaz ona köməklik edib. Həmin görüntüləri təqdim edirik:

22 aprel
.

Litva və Polşa birgə hərbi təlimlərə başlayıb

Litva və Polşa hərbçiləri NATO müttəfiqlərinin iştirakı ilə Suvalki dəhlizi adlanan ərazidə təlimlər keçirir. "Report" xəbər verir ki, bu barədə Litva ordusunun komandanlığı məlumat yayıb. Təlimlərdə Samogitiya motoatıcı briqadası və müttəfiq birləşmələrdən 1,5 min hərbi qulluqçu, həmçini

21 aprel
.

Britaniyada II Elizabetin heykəli açılacaq: Mərasimə 50 it gətiriləcək

Şərqi Midlend ştatının Rutland şəhərində açılacaq. Kraliçanın üç sevimli korgi cinsindən olan itinin obrazları da heykəl kompleksində yer alır. Bu, II Elizabetin 2022-ci ilin sentyabrında ölümündən sonra ucaldılan ilk heykəlidir. Əsərin müəllifi, heykəltaraş Hivel Pretli 1950-ci illərin sonu - 1960-c

21 aprel
.

Əsl anasını 25 il sonra efirdə tapdı - İzləyicilər ŞOKDA

Türkiyənin ATVkanalında yayımlanan Esra Erol proqramına qatılan 26 yaşlı Uğur Yeşilçimen 5 il əvvəl vəfat etdiyi deyilən anasının əslində xalası olduğunu öyrənib. Esra Erol Uğuru əsl anası Banu ilə görüşdürülüb. Türkiyə mediasına istinadla bildirir ki, hələ 17 günlük olarkən Antalyada övladlığa götürülə

22 aprel
.

Cənubi Koreya və Ukrayna 2,1 milyard dollarlıq kreditlər üzrə çərçivə sazişi imzalayıb

Koreya Respublikası və Ukraynanın maliyyə nazirləri Çxve San Mok və Sergey Marçenko Vaşinqtonda Kiyevə 2,1 milyard dollarlıq güzəştli uzunmüddətli kreditlərin verilməsi ilə bağlı çərçivə sazişi imzalayıblar. "Report"un məlumatına görə, bu barədə Cənubi Koreyanın Planlaşdırma və Maliyyə Nazirliy

21 aprel
.

Hind bayramı niyə Ginnesin Rekordlar Kitabına salındı? - Sərvət ilahəsi...

2023-cü ilin 12 noyabr tarixində keçirilən Hindistanın əsas bayramı Divali Ginnesin Rekordlar Kitabına salınıb. -ın xəbərinə görə, həmin gün 2,2 milyondan çox yağ lampası yandırılıb. Bundan əlavə, çıraqlar şəhərin 50-dən çox yerində yandırılıb. Hinduların inancına görə, həmin yerlər tanrı Ramın doğulduğ

22 aprel
.

Myanmada toqquşmalar səbəbindən 3 minə yaxın sakin Tailanda köçüb

Myanmada son iki gündə hökumət qüvvələri ilə etnik silahlılar arasında qarşıdurma fonunda 3 minə yaxın sakin Tailandla sərhədi keçib. "Report"un "Maticon" qəzetinə istinadən xəbər verir ki, bunu Tailandın xarici işlər naziri Panpri Pittanukon deyib. "Hazırda Myanmadan olan

21 aprel
.

II Ramzesin heykəlinin bir parçası İsveçrədən Misirə qaytarılıb

2023-cü ilin iyulunda Misirin Berndəki səfirliyinə təhvil verilən firon II Ramzesin heykəlinin bir parçası vətəninə qaytarılıb. "Report" xəbər verir ki, bu barədə Misir Xarici İşlər Nazirliyi məlumat yayıb. Misirin Berndəki səfirliyi azı 3,4 min il yaşı olan qədim artefaktı ölkəyə qaytarıb

21 aprel