700 bal toplayan Əsra: "...3 şey lazımdır" - FOTO

700 bal toplayan Əsra: "...3 şey lazımdır" - FOTOBakı Ali Neft Məktəbinin (BANM) "İnformasiya təhlükəsizliyi mühəndisliyi" ixtisasına qəbul olan, 700 bal toplamış Əsra Bayramova BANM-in İctimaiyyətlə əlaqələr şöbəsinə müsahibə verib.

Sonxeber.az müsahibəni təqdim edir:

- Əsra, özünüz haqda bir az danışın.

- Mən 2001-ci ilin avqust ayında, Sumqayıt şəhərində anadan olmuşam və ailənin ilk övladıyam. Təbiət Elmləri Təmayüllü Gimnaziyanı bitirmişəm. Bütün fənlərə eyni dərəcədə maraq göstərmişəm, lakin sonradan dəqiq elmlərə daha çox üstünlük verməyə başladım. Riyaziyyat üzrə keçirilən olimpiadalarda daim iştirak edib müxtəlif nəticələr göstərmişəm.

Bundan başqa, Sumqayıtda Bülbül adına 5 saylı Musiqi məktəbində fortepiano üzrə təhsil almışam, eyni zamanda şahmatla məşğul olmuşam.

- Qəbul imtahanında göstərdiyin uğura görə kimə təşəkkür edərdin?

- Uğurumu valideynlərimə və müəllimlərimə borcluyam. Biliklərə yiyələnməyimdə və formalaşmağımda daim onların dəstəyini hiss etmişəm.

- Əsra, ali məktəblər arasında niyə məhz BANM-ı seçdiz?

- Texniki elmlərə böyük marağım var. BANM isə bu elmləri ingilis dilində, eyni zamanda dünya standartlarına uyğun tədris edən yeganə ali məktəbdir. Həmçinin burada yalnız bilik səviyyəsi yüksək olan, imtahanlarda yüksək bal toplayan tələbələr cəmlənib. Tələbələr üçün yaradılan şəraitlə də tanış olduqdan sonra seçimimin BANM olduğunu təsdiq etdim.

- Boş vaxtlarınız olduğu zaman nə etməyi sevirsiz?

- Sakit bir yerdə xarici ədəbiyyat oxumağı çox sevirəm. Bəzən fortepianoda da ifa edirəm.

- BANM-ı bitirdikdən sonra planlarınız nədir?

- BANM-ı bitirdikdən sonra ixtisasım üzrə bilikli mütəxəssis olacağıma əminəm. Öz sahəm üzə biliklərimi uğurla tətbiq edərək həyatda öz yerini tapmış və təsdiqləmiş bir mühəndis olmaq istərdim.

- Sizcə bir insanın uğur əldə etməsi üçün ona nə lazımdır?

- Düşünürəm ki uğur əldə etmək üçün insana 3 şey lazımdır: hədəf, çalışqanlıq və özünə inam.

- BANM-da hansı ixtisası seçdiz və həmin ixtisas nə ilə sizi özünə cəlb etdi?

- BANM-da seçdiyim ixtisas "İnformasiya təhlükəsizliyi mühəndisliyi" oldu. Son dövrün ən aktual sahəsi olduğunu və gələcək prespektivini nəzərə alaraq bu sahəni seçməyə qərar verdim.

- Əsra, sizdən sonra gələcək abituriyentlərə nə məsləhət edərdiz?

- Abituriyentlərə demək istərdim ki, sistemli olaraq daim və davamlı olaraq çalışsınlar, yuxu rejimini isə pozmasınlar. Ən əsası isə özlərinə inansınlar.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1611   Tarix: 21 iyun 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17 sentyabr 2021
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18 sentyabr 2021
.

Azərbaycanda xarici diplomların tanınması qaydası dəyişir

"Xarici kvalifikasiyaların (diplomların) tanınması qaydalarına dəyişiklik edilməsi ilə bağlı hökumətə yeni layihə təqdim edilib. Yaxın bir ayda diplomların tanınması başqa formata keçəcək". xəbər verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin sədri Eldar Oruco

17 sentyabr 2021
.

Nazirlikdən Muxtar Babayevin kortejinə görə yolların bağlanması ilə bağlı iddialara CAVAB

Bəzi saytlarda ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin xidməti avtomobilinin Abşeron rayonu, Masazır qəsəbəsi, Əliağa Vahid küçəsinin Bakı-Sumqayıt yoluna birləşən hissəsindən (Masazır dairəsində) keçəndə yolların bağlanması barədə iddialar yayılıb. Məsələ barədə Ekologiya və Təbii Sərvətlə

17 sentyabr 2021
.

Bazar gününə olan hava proqnozu AÇIQLANDI

Azərbaycanda sentyabrın 19-da gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvə

18 sentyabr 2021
.

Prezident Xalq artistinə mənzil verdi

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Xalq artisti, görkəmli tarzən Vamiq Məmmədəliyevə mənzil verib. Bu barədə Xalq artisti özü sosial şəbəkə hesabında məlumat verib. O qeyd edib ki, 75 illik yubileyi münasibəti ilə bağlı mənzil şəraitinin yaxşıllaşdırılaması üçün İlham Əliyev tərəfində

17 sentyabr 2021
.

"Yaralanmışam, pensiya ala bilmirəm" - Müharibədə iştirak edən futbolçu

Vətən müharibəsi qazisi, "Kəpəz" klubunun sabiq futbolçusu, 1998-ci il təvəllüdlü Talib Rzayev müharibədə yaralanmağına baxmayaraq, ona hələ də əlillik dərəcəsinin təyin edilməməsindən narazıdır. Bu barədə "Qafqazinfo"ya müraciət edən T. Rzayev bildirib ki, 2019-cu ildə əsgərliy

17 sentyabr 2021
.

"Mənəvi cəhətdən inkişaf etmək istəyiriksə, keçmişimizdən xəbərdar olmalıyıq" - Psixoloq

İstiqamət: Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi. "İnsanların mənəvi inkişafı ana bətnindən başlayır. Bəzi valideynlər var ki, uşaqlara qayğını həddən artıq çox göstərir, bəziləri isə heç qayğı vermir. Ona görə də mənəvi inkişaf və tərbiyə ailə tiplərində

17 sentyabr 2021
.

Vətən müharibəsinin 22 iştirakçısı polis oldu

Sentyabrın 17-də daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun iştirakı ilə keçirilən respublikanın şəhər, rayon polis orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışı keçirib. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbua

17 sentyabr 2021