Deputatlardan etiraz: Əxlaq məsələlərində yalançı vətənşüvənlik keçmir

Deputatlardan etiraz: Əxlaq məsələlərində yalançı vətənşüvənlik keçmirHeç bir insanın geyim tərzinə, ümumən şəxsi həyatına müdaxilə edilə bilməz və edilməməlidir.

Sonxeber.az-ın məlumatına görə, bunu "oxu.az"a açıqlamasında millət vəkili, BDU-nun professoru Kamilə Əliyeva deyib:

"Biz hüquqi, demokratik, dünyəvi, unitar, çağdaş və sivil bir ölkədə yaşayırıq. Bütün hüquqlarımız Konstitusiya ilə, müvafiq demokratik qanunlarımızla tənzimlənir və qorunur.

Konstitusiyamızda , qanunlarımızda insan hüquq və azadlıqlarına hər hansı müdaxilə kobud qanun pozuntusu sayılır və buna görə müvafiq cəzalar, sanksiyalar nəzərdə tutulur.

Bu baxımdan, insanların geyiminə, geyim tərzinə, şəxsi həyatına müdaxilə də qanun pozuntusu və cinayət sayılır. Kimsənin buna, belə məsələlərə qarışmağa haqqı və hüququ yoxdur.

Geyim, şəxsi həyatla bağlı məsələlərdə hər kəs sərbəstdir, azaddır. Axı, biz quldarlıq və ya feodalizm quruluşunda, şəriət qanunları idarə olunan bir ölkədə yaşamırıq ki?! Biz linç dövrünün insanları deyilik ki?!

Biz kifayət qədər açıq, şəffaf, modern, demokratik, sivil bir dövlətdə, quruluşda yaşayırıq. Belə bir dövlətdə geriliyin, cahilliyin, savadsızlığın əlamətləri olan bu kimi hallardan uzaq olmalıyıq".

Millət vəkili Eldəniz Səlimov son günlər bəzi media quruluşlarında və sosial şəbəklərdə az qala əsas gündəm mövzularından birinə çevrilən geyim tərzi ilə bağlı məsələlər ətrafında əsassız və sadəcə, saxta vətənpərvərlikdən irəli gələn fikirlərin səslənməsindən narahatlığını ifadə edib:

"Bəziləri özlərini əsl vətənpərvər, əxlaq, tərbiyə mücəssiməsi kimi təqdim etməyə, insanlara şəxsi həyat tərzləri, geyimləri ilə bağlı nələrisə təlqin etməyə, dizayn etməyə çalışırlar. Axı, onlara kim belə bir ixtiyar verib? Onlar bu hüququ kimdən və haradan alıblar? Nə haqla başqalarının geyiminə, şəxsi həyat seçiminə müdaxilə edirlər? Özlərində hər şey yerindədirmə, hər şey qaydasındasındarmı belələrinin?

İfadəmə görə, özlərinin geyimlərində, əxlaq-yaşam tərzlərində də kifayət qədər problem olanlar başqalarına sanki əxlaq, insanlıq dərsi keçirlər. Axı, siz kimsiniz? Sizin nə ixtiyarınız var ki, haqqınız və əsasınız olmaya-olmaya başqalarına yön, dizayn verməyə çalışırsınız?

Təbii ki, hər kəs filirlərini bildirə, düşüncələrini bölüşə bilər, amma hər şey etik dəyərlər, normalar çərçivəsində olmalıdır, söyüş, təhqir, şantaj, az qala insanları intihaq həddinə çatdırma kimi hallar olmamalıdır.

Bunlar insanlıqdan kənar və cinayət əməlləridir. Bunun da qanunlarla tənzimlənən cəza formaları var. İnsanlar niyə bunları bilə-bilə belə əməllərə yol verirlər, belə əməllərə gedirlər?

Bilmirlərsə, o zaman başqalarının geyim, həyat tərzinə müdaxilə etməkdənsə, özlərini daha ağıllı, daha əxlaqlı və sair göstərməyə çalışmaqdansa, zəhmət çəkib qanunlarımızı, həm də dünyaya örnək ola biləcək mənəvi qanunlarımızı, dəyərlərimizi öyrənsinlər.

O zaman bilərlər ki, başqalarının geyiminə, yaşayış tərzinə qarışmaq nə qədər ayıb və qanunsuzluqdur.

Əlbəttə, bir Azərbaycan-Türk kişisi olaraq mən də cəmiyyətimzdə belə məsələlərdə əndazəni aşmamağın, ölçü-biçini itirməməyin, dəyərləri heçə saymamağın tərəfdarıyam.

Bu düşüncədəyəm ki, geyimimizə, yaşam tərzimizə, davranışlarımza ciddi nəzarət etməliyik, xüsusilə də, tanınmış, ictimai əhəmiyyətli insanlar belə məsələrdə örnək, nümunə olmalı və olmağa çalışmalıdır.

Hətta irad tutanda da elə etməlidirlər ki, kimlərinsə qəlbinə, hislərinə toxumasınlar, aşağılmasınlar. Belə məsələlərdə yalançı, saxta vətənşüvənlik keçmir və keçməməlidir".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1013   Tarix: 21 iyun 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Paytaxtın bu ərazilərində yeni parklar salınacaq - 2026-cı ildən...

Bakıda bir neçə ərazidə yeni parkların salınması planlaşdırılır. -in əldə etdiyi məlumata görə, yeni parklar paytaxtın 6 istiqamətində salınacaq. Bakının simasını daha da gözəlləşdirəcək yeni parklar paytaxt sakinləri və turistlərin mədəni istirahəti üçün əlverişli məkana çevriləcək. Parklara müxtəli

24 aprel
.

Alimpaşa Məmmədov vurduğu ziyandan 185 min manat ödəyib

Şəmkirin keçmiş icra başçısı Alimpaşa Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. APA xəbər verir ki, bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda bildirilib ki, "Abad Şəmkir" MMC və Sahibkarlığın İnkişafı Fonduna dəymiş ziyandan 185 min manat ödənilib. Qeyd edili

24 aprel
.

Efirdə gərgin anlar: Lalə o qadını studiyadan QOVDU - VİDEO

Xəzər TV-də yayımlanan "Təsir dairəsi" verilişində növbəti dəfə gərgin anlar yaşanıb. Ölkə.Az xəbər verir ki, efirə üz tutan şikayətçinin yalan danışdığı deyilib. Ekspertlər bununla bağlı onu qınayıb. Verilişin aparıcısı Lalə Azərtaş həmin qadına qapını göstərərək studiyanı təkr etməsini tələ

24 aprel
.

Marketlər müştərini ALDADIR: Yalançı, yoxsa real endirimlər? - AÇIQLAMA

Bütün mağazalarda endirim kampaniyaları olur. Bayram günləri, həftə sonları müəyyən kampaniyalar mövcud olur. Amma bəzən müştəri cəlb etmək məqsədi ilə mağazalarda süni endirimlər edilir. "40, 50, 70 faiz endirim edilir " deyə? elanlar yapışdırırlır, amma mağazada ya o qədər endirim olmur

24 aprel
.

Mübahisəli ərazilərin delimitasiyası təxirə SALINIR? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Ermənistan parlamentinin müdafiə və milli təhlükəsizlik komissiyasının rəhbəri Andranik Köçəryan sərhədlərin delimitasiyasından danışıb. Bildirib ki, proseslər mübahisəli ərazilərə çatanda delimitasiya məsələsi ilə bağlı daışıqlar başlayacaq. Köçəryan eyni zamanda mübahisəli əraziləri

24 aprel
.

Məşhur pediatorun intihar səbəbi bu imiş

Xəbər verdiyimiz kimi, bu gün tanınmış həkim, sabiq baş pediator Nəsib Quliyev intihar edib. Həkimin intiharına səbəb depressiya olub. O, bağ evində tək yaşayırmış, ailəsi ilə münasibətləri də isti olmayıb. Bildirilir ki, oğlu uzun illərdir Ukraynada yaşayır və atası ilə heç bir əlaqə saxlamırmış. Həkimi

24 aprel
.

"Oğluma Ali Baş Komandanın adını verəcəyik" - Fotolar

Xəbər verdiyimiz kimi, bu gün işğaldan azad edilmiş Xankəndidə ilk körpə dünyaya gəlib. "Qafqazinfo" xəbər verir ki, Səadət Namazlı və Abbas Abdullayevin ilk övladı olan körpə Xankəndi şəhərindəki tibb müəssisəsində doğulub. Körpənin atası saytımıza açıqlamasında bildirib ki, onların oğla

23 aprel
.

"Universitetə qəbul olan tələbəyə illiyi hissə-hissə ödəməyə imkan yaradılmalıdır" - Ekspert

Hər il universitetə ödənişli əsaslarla qəbul olan bəzi abituriyentlər təhsil haqqını ödəməyə bilmədikləri üçün universitetdən yayınırlar. Universitetlər bir çoxu isə I kursda ödənişi bütün şəkil istəyir. Bu halın qarşısı necə alına bilər?. Məsələ ilə bağlı təhsil ekspert Elçin Efəndi -a açıqlama verib

24 aprel
.

Bakının mərkəzində yeni PUL TƏLƏSİ - VİDEO

Metronun "28 May" stansiyasının ətrafında yeni yaradılan pul tələsi diqqət çəkib. Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. Bildirilib ki, insanlar müəyyən məbləğ ödəyərək, turnikə çıxır və onlardan 2-3 dəqiqə turnikdə asılı qalmaq tələb olunur. Bunun öhdəsindən gələn şəxslərə isə 50-10

24 aprel