​​"Bizi aldatdılar" - Qanunu pozan tikinti şirkəti məhəllə camaatı ilə əlbəyaxa davaya çıxıb - VİDEO

​​"Bizi aldatdılar" - Qanunu pozan tikinti şirkəti məhəllə camaatı ilə əlbəyaxa davaya çıxıb - VİDEOQarajların yerində abad həyət olacağdı, 16 mərtəbəli bina tikməyə başladılar

Sonxeber.az ARB TV-yə istinadən xəbər verir ki, paytaxtın Nəsimi rayonuda tikinti şirkətlərindən biri sakinləri aldadaraq həyətdə abadlıq işləri apardığını deyib, ağacları kəsib, qarajların yerini dəyişib.

Sonradan məlum olub ki, həmin şirkətə tikinti üçün heç icazə də verilməyib.

Şirkət nümayəndələrinin etdikləri özbaşınalıq azmış kimi, sakinlərlə əlbəyaxa davaya da çıxıblar. Müvafiq qurumların işə müdaxiləsindən sonra problem sakinlərin xeyrinə həll olunub.

Bir neçə gündür sosial şəbəkələrdə yayılan bu kadrlar paytaxın Nəsimi rayonu Hüseyn Seyidzadə küçəsində baş verib. Əlbəyaxa davaya səbəb isə 4 ədəd 5 mərtəbəli binanın yerləşdiyi ərazidə icazəsiz çoxmərtəbəli yaşayış binasının tikintisi ilə bağlıdır.

Sakin: "Ağacları gözümüzün qabağında kəsdilər. Mənim evimin yanında yer qazmağa başladılar. Buranı hasara alırlar, burada ev tikirlər. Bəs burda ev tiksələr, bizim uşaqlar harada oynayacaqlar?"

Sakin: "Qarajların hamısını başqa yerə köçürdülər. Bura abad həyət olacaq idi. Sonra başladılar 16 mərtəbəli ev tikməyə. Bizi aldatdılar. Yoxsa biz heç o qarajları götürməyə qoymayacaqdıq".

Sakinlərin müvafiq qurumlara, eləcə də Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə müraciətindən sonra məlum olub ki, Bakı Şəhər İcra Hakimiyyəti layihə üçün 8 sot torpaq ayırsa da, tikintiyə icazə proseduru başa çatmadığından şirkətə icazə verilməyib. Araşdırma zamanı layihə hazırlanarkən şəhərsalma qanunvericiliyinə riayət olunmadığı da ortaya çıxıb.

Anar Quliyev - Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin aparat rəhbəri: "Tikinti sıxlığı əmsalından tutmuş, digər binalar arasında məsafəyədək, zəruri sayda parklanma yerlərinin olmaması, uşaq meydançalarının olmaması, digər təsərrüfat sahələrinin olmaması və 5 mərtəbəli binalar arasında 16 mərtəbəli binanın tikintisi qadağandır, buna yol verilmir".

Komitə tikintinin dayandırılması ilə bağlı "Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydaları"na uyğun Bakı Şəhər İcra Hakimiyyətinə göstəriş göndərib.

Anar Quliyev - Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Aparat Rəhbəri: "Dövlət Şəhərsalma nəzarəti həmin qaydalara uyğun olaraq respublika səviyyəsində komitə tərəfindən, yerli icra hakimiyyəti orqanları tərəfində keçirilir. Başlıca məqsəd də ondan ibarətdir ki, hər hansı bir şəhərsalma prosesləri qanunvericiliyin bütün tələblərinə uyğun aparılsın".

Sözügedən ərazidə tikinti işinin aparılmaması üçün Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə məlumat verilib.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 811   Tarix: 21 iyun 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Xankəndidə tapança, avtomat və qumbaralar tapılıb

Polis əməkdaşları Xankəndi şəhərində tapança, avtomat və qumbaralar tapıblar. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, keçirilən tədbirlərlə aprelin 19-da Xankəndi şəhəri ərazisindən yeddi ədəd müxtəlif markalı avtomat silahı, bir tapança, iki tüfəng, altı qumbara

20 aprel
.

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru, akademik Abel Məhərrəmov məhkəməyə verilib. Qaynarinfo xəbər verir ki, iddiaçı Əmirov Nazim Fərrux oğlu adlı şəxsdir. Onun iddia tələbi torpa sahəsinin boşaldılması və qanunsuz tikilinin sökülməsi ilə bağlıdır. Birinci instansiya məhkəməsi iddianı təmi

19 aprel
.

"McDonald's"ın köhnə Nəsimi bazarının yerində yeni restoranı açılıb - FOTO

"McDonald's Azərbaycan" şirkətinin qida sənayesinin ən müasir tələblərinə cavab verən 24-cü restoranı aprelin 19-da Bakı şəhərində açılıb. Restoran Azadlıq prospekti 100 ("Olympus Nəsimi" yaşayış kompleksinin yanı) ünvanında yerləşir. Azərbaycanda ilk dəfə tətbiq olunan və müasirliyi

19 aprel
.

Türkiyədə Osmanlı dövrünə aid tarixi bina yanır - FOTO

Türkiyənin Kırklareli şəhərində ikimərtəbəli tarixi binada yanğın başlayıb. Osmanlı dövrünə aid olan bu bina kafe kimi istifadə edilirmiş. Hadisə yerinə xilasetmə, təcili yardım və polis qrupları cəlb ediliblər. Tarixi binanın yanında yerləşən dördmərtəbəli yaşayış binasının üzlüyü də yanıb və bu səbəbdə

20 aprel
.

Azərbaycanda bu qadınlar pensiyaya daha tez çıxacaq

Yalnız valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşağı övladlığa götürüb səkkiz yaşınadək tərbiyə edən həmin kateqoriyadan olan qadınların, eləcə də əlilliyi müəyyən edilmiş uşağı olan şəxslərin erkən pensiya hüququ yaranacaq. report-a istinadən xəbər verir ki, bu barədə məsəl

19 aprel
.

Uşaqlara peyvənd vurulması barədə əmr imzalanıb

Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulacaq. xəbər verir ki, bu barədə səhiyyə naziri Teymur Musayev əmr imzalayıb. Əmrə əsasən, ölkənin bütün şəhər və rayonlarında "İmmunlaşdırma həftəsi" keçiriləcək. 2024-cü il 21–27 aprel tarixlərini əhatə edəcək "İmmunlaşdırma həftəsi"

19 aprel
.

Broyler toyuq neçə kilo olmalıdır? - Artığı təhlükədir

Broylerlər (ətli toyuqların hibridləri) iri cəmdəyə malik olan yumurtlayan toyuqlardan fərqlənir. Bu quşlar ət üçün tez kökəlməklə yetişdirilir. Hibridləri fermada saxlamaq sərfəlidir, çünki düzgün qulluq və qidalanma ilə toyuqlar hər gün davamlı olaraq çəki qazanırlar. Yumurtlayan toyuqlardan daha sürətl

19 aprel
.

42 yaşlı prokuror qəfil vəfat etdi

Baş Prokurorluğun yüksəkvəzifəli əməkdaşı dünyasını dəyişib. "Qafqazinfo" xəbər verir ki, prokurorluğun Təşkilat və İcraya Nəzarət İdarəsinin böyük prokuroru, 42 yaşlı Rəhman Əhmədov ötən gün qəfil vəfat edib. Onun yaşadığı evdə ürəktutmadan dünyasını dəyişməsi bildirilib

20 aprel
.

Bu dəfə ən yüksək nəticəni onlar göstərdi - Siyahı

Xəbər verdiyimiz kimi, ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2024-cü il martın 17-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub. "Qafqazinfo" xəbər verir ki, imtahan iştirakçıları arasında 6 nəfər 300 bal toplamaqla ən yüksək nəticəni göstərib. Həmin şagirdlərin siyahısın

19 aprel