"Elə şortikli qızlar var ki, "abırlı" geyinən qadınlardan qeyrətlidir"

"Elə şortikli qızlar var ki, "abırlı" geyinən qadınlardan qeyrətlidir"Bakı metrosunda şortikli qıza hücum olunması son günlər müzakirə olunan əsas mövzulardan biridir. Sosial şəbəkələrdə yayılan videodan belə aydın olur ki, bir cavan oğlan üzbəüzündə oturmuş şortikli qızın geyiminə və oturuşuna irad bildirir və sərt cavab alır. Sonra söhbətə yaşlı bir qadın qarışır və münaqişə yaranır.

Bəs görəsən bu cür məsələlərin ictimailəşməsi, ictimai maraq kəsb etməsi nədən qaynaqlanır və bunun hansı fəsadları ola bilər?

azxeber.com məsələ ilə bağlı Milli Məclisin deputatı Vahid Əhmədovu və Milli Məclisin sabiq deputatı Hacı Qalibi danışdırıb.

Portalımıza açıqlamasında millət vəkili Vahid Əhmədov bildirib ki, bu cür olayların mətbuatda tirajlanması yolverilməzdir:

"Heç şübhəsiz bu cür informasiyaların yayılması onsuz da əsəbləri gərgin vəziyyətdə olan soydaşlarımıza mənfi enerji ötürür. Nəzərə almaq lazımdır ki, kənar təsirlərə məruz qalan insanlar kifayət qədərdir və onlar bu cür hadisələrin mənfi təsirlərinə daha tez uyurlar. Biz nəinki bu cür xəbərləri yaymamalıyıq, əksinə imkan verməməliyik ki, gənc nəslin tərbiyəsinə ciddi ziyan vuracaq bu cür hallar ictimailəşsin. Bu mənada mən son günlər "şortikli qız"la bağlı xəbərlərin yayılmasını qəti şəkildə pisləyirəm".

"Hər kəsin öz şəxsi həyatı var və heç kim buna qarışa bilməz" deyən millət vəkilinin sözlərinə görə, bu məsələdə təkcə valideynləri günahlandırmaq olmaz:

"Düzdür, valideynlər öz övladlarının, xüsusən qız övladlarının milli-mənəvi dəyərlərə bağlı olmasına çalışmalıdır, buna səy göstərməlidir. Çünki bizim öz milli mentalitetimiz var. Lakin bəzən insanlar elə vəziyyətlə üzləşirlər ki, öz övladlarına söz keçirə bilmirlər. İstənilən halda hər bir gənc həm öz valideynlərinə, həm də yaşadığı cəmiyyətin formalaşmış ənənələrinə hörmətlə yanaşmalıdır. Çox təəssüf edirəm ki, bu cür hallar baş verir".

Milli Məclisin sabiq deputatı Hacı Qalib hesab edir ki, insana geyiminə görə qiymət vermək olmaz:

"Biz tez-tez Avropada oluruq. Orada nəinki gənc qızlar, bəzən yaşlı arvadlar da şortik geyinir. Bu o deməkdir ki, onlar pis yoldadır?! Bu qətiyyən belə deyil. Elə şortikli qızlar var ki, "abırlı" geyinən qadınlardan daha qeyrətlidir. Hər kəsin öz namusu, öz qeyrəti var. Bu cür məsələlər həssas məsələlərdir və belə məsələlərə ehtiyatla yanaşmaq lazımdır. Axı o hələ gənc qızdır və onun gələcəyi var. Sən hansı haqla onun videosunu yayır və cəmiyyət arasında biabır etməyə çalışırsan?! Mən bir ağsaqqal kimi, üzümü gənclərə tutub demək istəyirəm ki, milli mənəvi dəyərlərə bağlı olsunlar. İmkan verməsinlər ki, xırda səhvlərinə görə, onları ittiham etsinlər, özlərini və valideynlərini hədəfə gətirsinlər".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1127   Tarix: 21 iyun 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Çernobıl qəzasından 38 il ötür

Bəşəriyyət tarixində ən böyük qəzalardan hesab edilən Çernobıl faciəsindən 38 il ötür. 1986-cı ilin bu günü yəni, aprelin 26-da Ukraynanın Kiyev vilayətində yerləşən Çernobıl atom-elektrik stansiyasının dördüncü enerji blokunda yanğın baş verib. Alov genişlənərək üç bloku bürüyüb. Hadisədən sonra həya

26 aprel
.

Azərbaycanda 8-ci sinif şagirdi qoşulub qaçdı

Azərbaycanda məktəbli qız evlənmək məqsədilə qoşulub qaçıb. -ın əldə etdiyi məlumata görə, hadisə Goranboy rayonunda qeydə alınıb. Məlumata əsasən, aprelin 23-də Xoylu kənd məktəbinin 8-ci sinfində təhsil alan qız naməlum şəxsə qoşularaq qaçıb. Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi mətbuat xidmətini

25 aprel
.

Daha bir alim Ali Attestasiya Komissiyasına qarşı

Fəlsəfə üzrə elmlər doktoru, dosent Aydın Əlizadə Ali Attestasiya Komissiyası arasında məhkəmə çəkişməsi gedir. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, iş hazırda Ali Məhkəmədədir. Aydın Əlizadə məhkəmə çəkişməsində iddiaçı qismində çıxış edir. Birinci məhkəmə instansiyası onun iddiasını təmnin etməyib

26 aprel
.

İrəvan bundan imtina edir: Paşinyandan ermənilərə "soyqırımı" şilləsi

Ermənistanın baş naziri Nikol Paşinyanın qondarma "soyqırımı"nın ildönümü münasibətilə etdiyi çıxış erməniləri qəzəbləndirib. Buna səbəb Paşinyanın qondarma "soyqırımı" "böyük faciə" adlandırmasıdır. xəbər verir ki, Paşinyan çıxışında cəmi 3 dəfə "soyqırımı" ifadəsin

25 aprel
.

Polisin "saxla" əmrinə tabe olmadı, hadisə yerindən qaçdı - VİDEO

Bakıda magistral yolda motosiklet sürücüsü Yol Patrul Xidmətinin "saxla" əmrinə tabe olmayıb. Bu barədə görüntülər sosial şəbəkədə yayılıb. Görüntülərdə YPX maşını motosiklet sürücüsünü saxlamağa cəhd etsə də sonuncunun hadisə yerindən qaçması öz əksini tapıb. Hadisə "Koroğlu" körpüsünü

26 aprel
.

Bakıda 21 yaşlı model bədbəxt hadisədə öldü - Foto

Bakıda gənc qız dəm qazından boğulub. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Nəsimi rayonu Moskva prospektindəki evdə yaşayan 2003-cü il təvəllüdlü Kamilə Həsənova dəm qazından boğularaq vəfat edib. Bildirilib ki, K.Həsənova aktrisa-model kimi də fəaliyyət göstərirmiş. O, həm də Moskv

26 aprel
.

Elmira Süleymanova dəfn olundu

Azərbaycanın İnsan Hüquqları üzrə sabiq müvəkkili (Ombudsman) Elmira Süleymanova dəfn edilib. xəbər verir ki, mərhumun nəşi II Fəxri xiyabanda torpağa tapşırılıb

25 aprel
.

"Bu bəyanat anti-Azərbaycan qüvvələrinin ölkəmizə olan hikkəsidir" - ŞƏRH

Məlumdur ki, Avropa Parlamenti Azərbaycanla bağlı qətnamə qəbul edib. Qətnamədə qeyd olunur ki, Avropa Komissiyasının Azərbaycanla enerji sahəsində strateji tərəfdaşlığın dayandırılması məsələsinə baxması istənilir. O cümlədən qətnamadə Azərbaycana qarşı bir sıra sanksiyaların tətbiq edilməsi təkli

26 aprel
.

"Avropa Parlamentinin qəbul etdiyi qətnamə yalan üzərində qurulmuş ağlaşmadır" - DEPUTAT

"Avropa Parlamentinin Azərbaycanda vətəndaş cəmiyyəti və insan hüquqları məsələsinə dair obyektivlikdən uzaq qətnamə qəbul etməsini ölkəmizə qarşı qərəzin növbəti nümayişidir". Bunu -a danışan deputat Azər Badamov bildirib. Deputat qeyd edib ki, Avropa Parlamentinin Azərbaycana qarşı qətnamələri

26 aprel