"Hərbi parad Ermənistana çox ciddi siqnal olacaq"

"Hərbi parad Ermənistana çox ciddi siqnal olacaq"İyunun 26-da Azərbaycan Ordusunun yaranmasının 100 illik yubileyi qeyd olunacaq. Bununla əlaqədar Bakıda hərbi parad keçiriləcək.

Sonxeber.az "modern.az"a istinadla xəbər verir ki, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Fəzail Ağamalı Azərbaycanda əvvəllər keçirilmiş hərbi paradları xatırladıb.

"Həmin paradlar çox yüksək səviyyədə təqdim edilib. Mən tamamilə əminəm ki, Ordumuzun 100 illiyi ilə bağlı keçiriləcək parad da özünün bütün tərəflərinə, parametrlərinə görə yüksək səviyyədə baş tutacaq. Azərbaycanın ildən-ilə hərbi sahədə qüvvətlənir, Ordumuzun döyüş qabiliyyəti artmaqla bərabər, həm də onun texniki təchizatında uğurlara imza atılır. Azərbaycanın istehsal etmiş olduğu müdafiə xarakterli silahlar, beynəlxalq səviyyədə tanınmış şirkətlərdən almış olduğumuz hərbi texnikalar ölkəmizin güclü bir dövlət olduğuna diqqət çəkir. Təsadüfi deyil ki, hərbi ekspertlər Azərbaycan Ordusunu dünyanın ən güclü 50 ordusu içərisində qiymətləndirirlər. Hesab edirəm ki, Müdafiə Nazirliyinin bu istiqamətdəki fəaliyyəti çox yüksək səviyyədədir. İyunun 26-da baş tutacaq hərbi parad Azərbaycanın qürur mənbəyi kimi hər birimizdə sevinc doğuracaq. Heç şübhəsiz ki, işğalçı Ermənistana çox ciddi siqnal olacaq. Əminəm ki, Silahlı Qüvvələrimiz Ali Baş Komandanın rəhbərliyi altında işğal olunmuş torpaqlarımızı qısa zaman kəsiyində azad edəcək. Bununla da Azərtbaycanın dövlətçilik tarixinə şanlı səhifə yazılacaq".

Deputat bildirib ki, hərbi paradlar bir qayda olaraq dövlətin gücünün nümayişi kimi izah olunur:

"Bu paradın həm də ən böyük əhəmiyyəti işğal olunmuş torpaqlarımızla əlaqədar həm dünyaya, həm də işğalçı dövlətə Azərbaycan Ordusunun gücünün bir daha nümayiş etdirilməsidir. Bizim üçün bu paradın ikiqat böyük əhəmiyyəti var. Çünki bu paradla biz işğalçı ölkəyə və onun arxasında duran qüvvələrə öz gücümüzü nümayiş etdiririk və ciddi mesaj veririk ki, əgər işğal olunmuş torpaqlarımız sülh yolu ilə azad olunmazsa, Ordumuzun gücündən istifadə etmək bizim müstəsna hüququmuzdur".

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aqil Abbas qeyd edib ki, Azərbaycan Ordusunun yaranmasının 100 illik yubileyilə əlaqədar Bakıda möhtəşəm parad keçiriləcək.

"Bu paradın keçirilməsinin bir vacib cəhəti odur ki, insanlarda ruh yüksəkliyi yaranır. Ordumuzun hansı səviyyədən hansı səviyyəyə gəlib çatdığı hamı tərəfindən görüləcək. 1990-cı illərdə Ordumuz könüllülərdən ibarət idi. Hətta könüllülər silah-sutsatı ciblərinin puluna alırdılar. Amma indi Ordumuzun balansında ən müasir və yüksək səviyyədə silah-sursat var. Azərbaycan Ordusu regionun ən güclüsüdür. Həmçinin, dünyanın ən güclü orduları sırasındadır".

Deputat bildirib ki, təyyarələrin paradla bağlı məşqinə baxanda fəxr hissi duyur.

"Mən bundan ləzzət alıram. Hələ buna parad zamanı baxanlar görün necə ləzzət alacaqlar".

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elman Məmmədov deyib ki, paradla Azərbaycan Ordusu özünün malik olduğu gücü nümayiş etdirir.

"Təbii ki, bizim hərbi gücümüzü görüb ağlı yerində olan, ayıq başla fikirləşməyi bacaran düşmənlər və onların havadarları bundan nəticə çıxartmalıdırlar. Ağlı olmayanlar da bu yaxın vaxtlarda hərbi gücümüzün zərbəsini dadacaqlar. Necə ki, 2016-cı ildə Aprel döyüşləri və bu yaxınlarda Naxçıvan istiqamətində başa salındılar. Ancaq onlar başa dümürlər və qanmırlar. Hesab edirəm ki, onlar daha güclü zərbələr almalıdırlar. Biz bir daha bu paradla hərbi gücümüzü düşmənə və dünyaya nümayiş etdirəcəyik".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 894   Tarix: 21 iyun 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Prezident İlham Əliyev Rusiyada səfərdədir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə aprelin 22-də Moskvaya işgüzar səfərə gedib. xəbər verir ki, Moskvanın Vnukovo-2 beynəlxalq hava limanında dövlətimizin başçısını Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin və digə

22 aprel
.

Prezidentin köməkçisindən sülhməramlılarla bağlı AÇIQLAMA

Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən çıxarılması barədə danışıb. xəbər verir ki, H. Hacıyev məlumatla əlaqədar AZƏRTAC-ın sualını cavablandırıb. - Mediad

17 aprel
.

Azərbaycan-Ermənistan sərhədində koordinatların dəqiqləşdirilməsi prosesi başlayıb

2024-cü il aprelin 23-də ölkələrin ekspert qrupları Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasındakı sərhəddə yerdəki geodeziya ölçmələrinə əsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesinə başlayıb. AZƏRTAC xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikası Baş nazirinin müavin

23 aprel
.

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində SON DURUM

Ermənistanla Azərbaycan arasındakı şərti sərhədin Qazax istiqamətindən görüntülər yayılıb. Ermənistan mediasında yayılan kadrlarda hazırda işğal altında olan Bağanis Ayrım kəndində azərbaycanlılara məxsus viran qalmış evlər əks olunub. Həmçinin Ermənistan KİV-də bölgədə delimitasiya prosesinin aparılmasın

23 aprel
.

Erməni xüsusi təyinatlılar Azərbaycana təhvil veriləcək kəndə daxil oldular - YENİLƏNİB - VİDEO

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) xüsusi təyinatlıları Azərbaycana təhvil veriləcək Qazaxın Aşağı Əskipara kəndinə gəliblər. Bununla bağlı erməni "Telegram" kanallarında videogörüntülər yayılıb. Qeyd edək ki, Azərbaycana qaytarılması nəzərdə tutulan Qazaxın Aşağı Əskipara kəndind

22 aprel
.

"Sülhməramlılar üçün Qarabağda heç bir funksiya qalmamışdı" - Peskov

"Rusiya sülhməramlıları Qarabağı tərk etdilər, çünki onlar üçün regionda artıq heç bir funksiya qalmamışdı". "Qafqazinfo" xəbər verir ki, bunu Birinci Kanalda Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. Onun sözlərinə görə, vəziyyət Ermənistanın Azərbaycan sərhədlərin

22 aprel
.

Prezident: "Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər göstərilir"

"Cənubi Qafqazda ayırıcı xətləri çəkmək üçün bəzi cəhdlər göstərilir. Məhz bu səbəbdən Avropa Komissiyasının sədri, ABŞ-nin Dövlət katibi və Ermənistanın baş nazirinin tarixdə görünməmiş Brüssel görüşündən narahatlığımızı bildirdik". AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Prezident

23 aprel
.

Azərbaycan və Ermənistan demarkasiya xəttində sərhəd xidmətlərinin fəaliyyəti necə təşkil olunacaq?

Azərbaycan və Ermənistan sərhəd xəttinin razılaşdırılmış hissələrində öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcəklər. AZƏRTAC xəbər verir ki, bu barədə aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan il

19 aprel
.

ABŞ-dən sülhməramlıların Qarabağı tərk etməsinə REAKSİYA

ABŞ Dövlət Departamenti Rusiya sülhməramlı kontingentinin Azərbaycanın Qarabağ bölgəsini tərk etməsinə münasibət bildirib. "Qafqazinfo" "a istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbərinin müavini Vedant Patel danışıb. Onun sözlərinə görə, AB

18 aprel