Videooyunlardan asılılıq xəstəlik sayıldı

Videooyunlardan asılılıq xəstəlik sayıldıÜmumdünya Səhiyyə Təşkilatı videooyunlardan asılılığı xəstəliklər və pozğunluqlar siyahısına daxil edib.

Sonxeber.az "Azərtac"a istinadən bildirir ki, videooyunlardan asılılıq 2022-ci ildə qüvvəyə minəcək Xəstəliklərin Beynəlxalq Təsnifatının (International Classification of Diseases, ICD) 11-ci variantına daxil edilib.

Qeyd olunur ki, müvafiq diaqnoz oyunlara görə insanın həyatında, işində və ya təhsilində problemlər yaranan zaman qoyulacaq.

Təşkilat nümayəndələrinin sözlərinə görə, oyun asılılığı oyun sessiyalarının tezliyinə və davametmə müddətinə, oyunlara sərf edilən vaxtın davamlılığına nəzarət qabiliyyətinin mütəmadi və ya dövri pozulması, eləcə də mənfi nəticələr yaranan zaman oyunu dayandırmaq bacarığının olmaması ilə xarakterizə olunur. Oyunlardan asılılıq mövcud olduğu halda insan onları digər maraqlardan və gündəlik fəaliyyətdən üstün tutur.

Bildirilir ki, oyun asılılığı simptomları uzun müddət ərzində həm fasiləsiz inkişaf edə, həm də mütəmadi yarana bilər.

Qeyd edək ki, Xəstəliklərin Beynəlxalq Təsnifatı xəstəliklər və ölüm halları barədə məlumatlar toplamağa imkan verən dünya standart metodikasıdır. Standartlaşdırma müxtəlif ölkələrin tibb sahəsi işçilərinə daha effektiv informasiya mübadiləsi etməyə imkan verir ki, bu da son nəticədə müxtəlif xəstəliklərlə mübarizədə daha səmərəli üsulların müəyyənləşdirilməsinə şərait yaradır.

Hazırda 1990-cı ildə yaradılan Xəstəliklərin Beynəlxalq Təsnifatının yenidən işlənmiş 10-cu variantından (XBT - 10) istifadə olunur və onun Ümumdünya Səhiyyə Təşkilatına üzv dövlətlərdə 1994-cü ildən tətbiqinə başlanılıb.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 675   Tarix: 21 iyun 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Danışan ÖRDƏK tapıldı - VİDEO

Avstraliyada Ripper adlı bir ördək "sən lənətə gəlmiş axmaq" kimi bir söz deyə bilir. Yeni araşdırmalara görə, quşun 1980-ci illərin sonlarında Kanberra yaxınlığındakı Tidbinbilla vəhşi təbiət qoruğunda böyütmüş bir baxıcıdan - "lənətə gəlmiş yemək" kimi də yozula bilən ifadəni öyrəndiy

9 sentyabr 2021
.

Bio Balance Age Reversing Instant Wrinkle Filler

Məhsul haqqında. Bio Balance gəncləşdirici və anında qırışıq doldurucu krem. Faydaları:. Üz xətlərini və qırışıqlarını dərhal doldurur və hamarlayır. Cilddəki xətlərivə qırışıqlıqları dərhal minimizə edir. Cildə möhkəm və dolğun görüntü bəxş edir. Cilddəki qocalma əlamətlərini azaldır. İstifadə qaydaları:

10 sentyabr 2021
.

Pişik "Ginnesin rekordlar kitabı"na düşüb - FOTO

Yaponiyada yaşayan Motimaru adlı şotland pişiyi "YouTube" kanalında ən çox baxılan ev heyvanı olaraq "Ginnesin rekordlar kitabı"na düşüb. xəbər verir ki, pişiyin videohostinqdəki çarxları 685 milyondan çox baxış yığıb. Hazırda o, "YouTube" kanalının ən populyar ev heyvanıdır

11 sentyabr 2021
.

Dadına görə yeyilmir, amma...

Şamama digər yemiş növləri kimi şirin olmadığından turş və xoşagəlməz dadına görə yeyilmir, ondan mürəbbə hazırlanmır. Lakin ətrinə görə şərbət, desert və bəzi şirniyyatların hazırlanmasında istifadə edilir. Güclü qoxusu sayəsində meyvəsi, əsasən, müsəlman ölkələrində, İran, Misir və Şimalı Afrika ölkələrind

7 sentyabr 2021
.

Biləcəri qəsəbəsində 7 sot torpaq sahəsi satılır!

Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Asef Zeynallı küçəsi, Respublika DYP ya tərəf gedəndə 3-cü küçədə 6,7 sot torpaq sahəsidir, yoldan 150 metr aralıdır. Köhnə məhəllədir, yaşayış çoxdur, özüm satıram, 2 hissəyə də bölüb satmaq mümkündür, torpağın eni 23,5 uzunu 28,5 metrdir. Qaz,su,işıq kanalizasiy

8 sentyabr 2021
.

Günəşin ətrafındakı halqa görənləri heyrətləndirdi - FOTOLAR

Sinqapurda Günəşin ətrafında yaranan işıq dairəsi görənləri heyrətləndirib. xəbər verir ki, 2020-ci ildən sonra ikinci dəfə müşahidə olunan Günəş dairəsi insanlar tərəfindən maraqla qarşılanıb. Hər kəs bu təbiət hadisəsini seyr etsə də, elm insanları dairəyə gözlüksüz baxmağın təhlükəli olduğu yönünd

12 sentyabr 2021
.

Bu köpəkbalığı donuza oxşayır - FOTO

İtaliyanın Elba adasında üzdən donuza bənzəyən qeyri-adi köpəkbalığı tutulub. BİG.AZ-a istinadən xəbər verir ki, bu barədə "Daily Mirror" yazır. "Donuz-kopəkbalığı" kimi tanınan və nəsli kəsilmək üzrə olan bu balıq Qımızı Kitaba salınıb. Yerli okeanariumun əməkdaşı Yuri Tibertonu

10 sentyabr 2021
.

Dərinizi yumşaq və gözəl edən təbii VASİTƏ

Məhsul haqqında BURADAN . Təbii inqredientlərdən və vitaminlərdən ibarət effektiv ağardıcı krem. Serum ilə birlikdə. Biokus Acne Ağardıcı Serum vitaminlər, təbii maddələr ilə zənginləşdirilmişdir. Ən yaxşı ağardıcı müalicə hesab olunur. Bu ağardıcı müalicə formulunun tərkibində olan minerallar, meyv

9 sentyabr 2021
.

Fransada porno saytlar məhkəməyə verildi

Fransada 9 aparıcı porno saytına qarşı məhkəmə iddiası qaldırılıb. "e-Enfance" və "La Voix de l’enfant" təşkilatları sayt rəhbərlərini uşaqları böyüklər üçün olan kontentin mənfi təsirindən qorumaq məqsədilə yetərli tədbirlər görməməkdə ittiham edib. İddia ərizəsində bildirilib ki

7 sentyabr 2021