Moskva Yerevana Su-30SM qırıcıları satmaq istəyir

Moskva Yerevana Su-30SM qırıcıları satmaq istəyirErmənistanın Su-30SM təyyarələrini əldə etmək arzusu Nikol Paşinyanın "Facebook" hesabında Erebuni hərbi aeroportundakı təyyarənin kabinasında çəkdirdiyi fotonu yerləşdirməsindən sonra yenidən gündəmə gəlib (Erebuni aeroportunda 3624-cü Rusiya bazası yerləşir).

"Artıq Yerevandayam", - Ermənistan hökumət rəhbəri yazıb.

Sonxeber.az-ın məlumatına görə, Oxu.Az "Kommersant" qəzetinə istinadla xəbər verir ki, Su-30SM dünyanın ən yaxşı qırıcılarından biridir.

Nəşrin məlumatına görə, o, hər hansı əlavə məlumat vermədi. Ermənistan Müdafiə Nazirliyində də onun fəaliyyəti şərh olunmadı.

Ancaq hərbi ekspert Leonid Nersisyanın fikrincə, Yerevana Su-30SM qırıcılarının satılması ilə bağlı danışıqlar qabaqcıl mərhələdədir. Məsələ ilə bağlı sazişin yaxın 2-3 ildə imzalanması gözlənilir.

Ermənistan hərbçilərində Su-30SM qırıcısına maraq hələ 2010-cu ildə Hərbi Hava Qüvvələrinin parkının yenilənməsi zamanı yaranıb.

Bundan başqa, 2012-ci ildə Moskva və Yerevanın imzaladığı sazişə əsasən, yaxın bir neçə ildə Ermənistan 12 qırıcı almalı idi.

Saziş sifarişçinin maliyyə problemləri səbəbindən qüvvəyə minmədi.

O vaxtdan bəri tərəflər mütəmadi olaraq müqavilənin praktiki həyata keçirilməsi perspektivlərini müzakirə ediblər. Yerevan qırıcılardan başqa, digər silahları da almalı idi.

Belə ki, Yerevan "İsgəndər" operativ-taktiki raket kompleksinin ilk alıcısı oldu və Rusiyanın krediti hesabına 300 milyon dollar dəyərində silah əldə etdi.

Su-30SM qırıcıları ilə bağlı sonuncu danışıqlar Ermənistandakı inqilabdan bir neçə ay əvvəl baş tutub. Həmin vaxt Yerevan tərəfi danışıqları altı il müddətində təxirə salmaqla bağlı qərar qəbul edib.

Hökumət dəyişdikdən sonra isə silah alışı ilə bağlı tərəflər arasında danışıqlar olmayıb.

Amma hərbi-texniki əməkdaşlığın genişləndirilməsi üçün müəyyən siqnallar artıq daxil olub: mayın 23-də Paşinyan Putinlə danışığı zamanı bu məsələni qaldırıb.

Strategiya və texnologiyaların təhlili mərkəzinin eksperti Konstantin Makiyev hesab edir ki, müasir hərbi aviasiya komplekslərinin Yerevana verilməsi Azərbaycanın Qərb qırıcı təyyarələrini almasına səbəb ola bilər.

Oxşar hadisələr artıq baş verib: Ermənistanın "İsgəndər"inə Azərbaycan Belarus istehsalı "Polnez"lə cavab verib.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 730   Tarix: 22 iyun 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycan Prezidenti: "İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var"

"Biz məsələnin həllinə (sülh sazişinin imzalanmasına – red.) heç vaxt olmadığı qədər yaxınıq. Biz işğal zamanı buna heç vaxt yaxın olmamışıq. Həmin vaxt biz baza prinsipləri üzərində belə razılığa gələ bilmirdik". AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev apreli

23 aprel
.

İlham Əliyev: "Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq"

"İkinci Qarabağ müharibəsindən dərhal sonra dörd kənd məsələsini qaldırdıq. Əslində, biz həmin kəndləri heç vaxt yaddan çıxarmamışıq". AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev aprelin 23-də ADA Universitetində təşkil olunan "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusund

23 aprel
.

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində SON DURUM

Ermənistanla Azərbaycan arasındakı şərti sərhədin Qazax istiqamətindən görüntülər yayılıb. Ermənistan mediasında yayılan kadrlarda hazırda işğal altında olan Bağanis Ayrım kəndində azərbaycanlılara məxsus viran qalmış evlər əks olunub. Həmçinin Ermənistan KİV-də bölgədə delimitasiya prosesinin aparılmasın

23 aprel
.

Rusiya Prezidenti: "Heydər Əliyev BAM layihənin icrasında böyük rol oynayıb"

"Bu günlər biz Baykal-Amur Magistralının 50 illiyini qeyd edirik. Hamı yaxşı bilir ki, Sizin atanız bu layihənin icrasında böyük rol oynayıb". AZƏRTAC xəbər verir ki, bu fikri aprelin 22-də Rusiya Prezidenti Vladimir Putin Moskvada Azərbaycan Prezidenti İlham Əliyev ilə təkbətək görüşdə deyib

22 aprel
.

Vladimir Putin: "Heydər Əliyev Baykal-Amur magistralının tarixində müstəsna, böyük rol oynayıb"

"Heydər Əliyev Baykal-Amur Magistralının (BAM) tarixində müstəsna, böyük rol oynayıb". AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə Baykal-Amur Magistralının 50 illik yubileyi münasibətilə dəmir yolu sahəsinin veteranları v

22 aprel
.

Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB + FOTO

Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qırğız Respublikasının Prezidenti Sadır Japarov ilə məhdud tərkibdə görüşü olub. Bununla bağlı məlumat yayıb. 11:49. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qırğız Respublikasının Prezidenti Sadır Japarov ilə məhdud tərkibd

24 aprel
.

Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov birgə nahar ediblər. xəbər verir ki, dövlət başçılarına şəhərin Baş planı barədə məlumat verilib

25 aprel
.

Qırğızıstan Prezidenti Sadır Japarovun rəsmi qarşılanma mərasimi olub - VİDEO

Azərbaycan Respublikasına dövlət səfərinə gələn Qırğız Respublikasının Prezidenti Sadır Japarovun aprelin 24-də rəsmi qarşılanma mərasimi olub. AZƏRTAC xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Qırğızıstan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Azərbayca

24 aprel
.

Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb və Füzuli şəhərinin Baş planı ilə tanış olublar. Bununla bağlı məlumat yayıb

25 aprel