"Lavrova sanksiya tətbiq edilməlidir…" – Politoloqdan qəzəb dolu təklif

"Lavrova sanksiya tətbiq edilməlidir…" – Politoloqdan qəzəb dolu təklifRusiya xarici işlər naziri Sergey Lavrov və BMT-nin baş katibi Antonio Quterreş beynəlxalq hüquq normaları kobud formada pozdular. Onların BMT-nin Dağlıq Qarabağa bağlı 4 qətnaməsinin müharibə dönəminə aid olduğunu bildirmələri Ermənistanın işğalçılıq siyasətinə haqq qazandırmaqdır.

Sonxeber.az-ın məlumatına görə, bunu "teleqraf.com"a politoloq Məhəmməd Əsədullazadə deyib.

Politoloq qeyd edib ki, Lavrovun bu açıqlaması Rusiyanın rəsmi mövqeyi kimi qəbul edilməlidir: "Minsk qrupunun həmsədri olan Rusiya açıq formada ali qurumun 4 qətnaməsini heçə sayır və Ermənistanın işğalçı ölkə olması faktını beynəlxalq hüquqdan çıxarmaq istəyir. Bu baxından, Lavrov bu açıqlaması təhlükəlidir, o, sanki Ermənistan prezidentinin Qarabağ üzrə köməkçisi kimi çıxış edir.

Hazırda BMT-nin Ermənistan silahlı birləşmələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılmasını tələb edən 4 qətnaməsi qüvvədədir.

Həmin qətnamələrə görə Azərbaycan öz ərazilərini işğaldan azad etmək hüququnu özündə saxlayır. Lavrovun da niyyəti budur ki, Azərbaycan danışıqlar masasında, yaxud qeyri-vaxtlarda bu qətnamələrə istinad etməsin. Görünən budur ki, Azərbaycan ordusunun Naxçıvanda strateji əraziləri azad etməsi Ermənistanla yanaşı, Rusiyanın baş diplomatını da narahat edir".

Məhəmməd Əsədullazadə hesab edir ki, Sergey Lavrov Qarabağ danışıqlarına zərbə vuran əsas qüvvələrdən biridir: "Hesab edirəm ki, Azərbaycan tərəfi buna görə də Lavrovun moderatorluğu ilə aparılan bütün danışıqlardan imtina etməlidir.

Ümumiyyətlə, Sergey Lavrov ölkəmiz üçün "arzuolunmaz şəxs" elan olunmalıdır. Bu şəxs Rusiyanın Xarici İşlər Nazirliyini "Anti-Azərbaycan mərkəzi"nə çevirib".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 1209   Tarix: 22 iyun 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Prezident İlham Əliyevin Rusiyaya işgüzar səfəri başa çatıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasına işgüzar səfəri aprelin 22-də başa çatıb. Bu barədə AZƏRTAC xəbər verib

23 aprel
.

Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov birgə nahar ediblər. xəbər verir ki, dövlət başçılarına şəhərin Baş planı barədə məlumat verilib

25 aprel
.

Qırğızıstan prezidenti Ağdama gedəcək

Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana aprelin 24-25-də baş tutacaq dövlət səfəri çərçivəsində ticari-iqtisadi, mədəni-humanitar sahələrdə əməkdaşlığın dərinləşdirilməsinə yönəlmiş birgə bəyannamə və bir sıra sazişlərin imzalanması planlaşdırılır. Bu barədə Qırğızıstan Prezidenti Administrasiyasını

23 aprel
.

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar. Bununla bağlı məlumat yayıb

25 aprel
.

Prezident: "Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər göstərilir"

"Cənubi Qafqazda ayırıcı xətləri çəkmək üçün bəzi cəhdlər göstərilir. Məhz bu səbəbdən Avropa Komissiyasının sədri, ABŞ-nin Dövlət katibi və Ermənistanın baş nazirinin tarixdə görünməmiş Brüssel görüşündən narahatlığımızı bildirdik". AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Prezident

23 aprel
.

İlham Əliyev: "Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq"

"İkinci Qarabağ müharibəsindən dərhal sonra dörd kənd məsələsini qaldırdıq. Əslində, biz həmin kəndləri heç vaxt yaddan çıxarmamışıq". AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev aprelin 23-də ADA Universitetində təşkil olunan "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusund

23 aprel
.

Prezident: "COP29 beynəlxalq ictimaiyyətin Azərbaycana böyük hörmət və dəstəyinin təzahürüdür"

"Bizim sonuncu görüşümüzdən etibarən bütün hadisələr müsbət məcrada gedir, istər Azərbaycan və Ermənistan arasında normallaşma prosesi, istərsə də sərhədlərin delimitasiyası olsun". AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev aprelin 23-də ADA Universitetində təşkil olunan "COP2

23 aprel
.

Almaniyada iqlim dialoqunun ikinci günü başlayır: İlham Əliyev iştirak edəcək

XV Petersberq İqlim Dialoqunun ikinci günü başlayır. "Report" xəbər verir ki, Prezident İlham Əliyev Almaniya Kansleri Olaf Şoltsun dəvəti ilə bu gün keçiriləcək XV Petersberq İqlim Dialoqunun Yüksək Səviyyəli Seqmentində iştirak edəcək. Prezident İlham Əliyevin Almaniya kansleri ilə həmi

26 aprel
.

Azərbaycan XİN Avropa Parlamentinə cavab verib

Avropa Parlamentini bir daha Azərbaycanın daxili işlərinə və məhkəmə proseslərinə müdaxiləni dayandırmağa çağırırıq. report-a istinadən xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə Avropa Parlamentinin 25 aprel 2024-cü il tarixli qətnaməsi ilə bağlı bildirib

26 aprel