Nazir: "Prezident aztəminatlı ailələrlə bağlı tapşırıq verib"

Nazir: "Prezident aztəminatlı ailələrlə bağlı tapşırıq verib"Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Şirvan şəhərində bu şəhərin və Sabirabad, Saatlı, Hacıqabul rayonlarının sakinlərini fərdi qaydada qəbul edib.

Sonxeber.az nazirliyə istinadən məlumat verir ki, qəbuldan əvvəl S.Babayev və Şirvan şəhər İcra Hakimiyyətinin başçısı Mərdan Camalov Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Şirvan şəhərindəki abidəsi önünə gül dəstələri düzüb, xatirəsini dərin ehtiramla yad ediblər.

Qəbula gələn vətəndaşlar sosial təminat növlərinə hüququn müəyyən olunması, məşğulluğun təminatı, özünüməşğulluq proqramına və peşə hazırlığına cəlb olunmaq, müharibə əlilləri və şəhid ailələrinin mənzillə təminatı, əlilliyin təyinatı, bərpa müalicəsi xidmətləri və reabilitasiya vasitələri ilə təmin edilmə, sosial sığorta münasibətləri və s. məsələlərlə bağlı müraciət ediblər. S.Babayev müraciətlərdə ifadə olunan ayrı-ayrı məsələlərin qısa müddətdə araşdırılması və nəticəsinə uyğun şəkildə tədbirlər görülməsi barədə aidiyyəti üzrə nazirliyin rəhbər vəzifəli şəxslərinə tapşırıqlar verib.
Nazirin tapşırığına uyğun olaraq, bir sıra şəxslərə müraciətlərinə əsasən ərazidəki vakant iş yerlərinə göndərişlər verilib, əlilliyi olan şəxslər bərpa müalicəsi xidmətləri və reabilitasiya vasitələri ilə təmin edilmək üçün qeydiyyata alınıb. Bir nəfər isə müraciəti əsasında əlil arabası ilə təmin olunub.

Nazir həmçinin qəbula gələn aztəminatlı ailələrin nümayəndələrinin müraciəti nəzərə alınmaqla, onların kiçik ailə təsərrüfatlarını qurmaları üçün özünüməşğulluq proqramına cəlb edilməsi ilə bağlı tapşırıb verib.
S.Babayev Azərbaycan Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, aztəminatlı ailələrin özünüməşğulluq proqramına cəlb olunması işlərinin gücləndirildiyini, cari ildə proqramın əhatə edəcəyi şəxslərin sayının 7 minə çatdırılmasının nəzərdə tutulduğunu vurğulayıb. O bildirib ki, Şirvan şəhəri, Sabirabad, Saatlı, Hacıqabul rayonları üzrə 48 şəxs özünüməşğulluq proqramı çərçivəsində müxtəlif iqtisadi fəaliyyət növləri üzrə öz ailə təsərrüfatlarını yaradaraq kiçik biznesə çıxış imkanı qazanıb. Cari ildə isə onların sayının 5 dəfədən çox olması, yəni bu 4 şəhər və rayon üzrə 250 ailənin həmin proqramda iştirakı planlaşdırılıb.

İmtiyazlı şəxslərin mənzillə əlaqədar müraciətləri də cavablandırılıb. S.Babayev qeyd olunan 4 şəhər və rayonda son illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 30-a yaxın fərdi yaşayış evinin inşa edilərək Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin istifadəsinə verildiyini, qarşıdakı dövrdə bu istiqamətdə işlərin davam etdiriləcəyini bildirib.

Sorğu xarakterli müraciətlərlə bağlı vətəndaşlara ətraflı hüquqi izahatlar, habelə Azərbaycan Respublikasının Prezidentinin "Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında" 19 aprel 2018-ci il tarixli Fərmanının icrası istiqamətində aparılan işlər barədə məlumatlar verilib.

Qəbula gələn vətəndaşlar ölkə əhalisinin rifah halının yaxşılaşdırılması, sosial cəhətdən həssas qruplara, o cümlədən əlilliyi olanlara və şəhid ailələrinə dövlət qayğısının artırılması, aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi, onların özünüməşğulluq və kiçik ailə biznesinə çıxış imkanlarına yiyələnmələri üçün aparılan işlərə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Nazirliyin səlahiyyət dairəsinə aid olmayan məsələlərə dair müraciətlər aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1009   Tarix: 22 iyun 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Çernobıl qəzasından 38 il ötür

Bəşəriyyət tarixində ən böyük qəzalardan hesab edilən Çernobıl faciəsindən 38 il ötür. 1986-cı ilin bu günü yəni, aprelin 26-da Ukraynanın Kiyev vilayətində yerləşən Çernobıl atom-elektrik stansiyasının dördüncü enerji blokunda yanğın baş verib. Alov genişlənərək üç bloku bürüyüb. Hadisədən sonra həya

26 aprel
.

Azərbaycanda 8-ci sinif şagirdi qoşulub qaçdı

Azərbaycanda məktəbli qız evlənmək məqsədilə qoşulub qaçıb. -ın əldə etdiyi məlumata görə, hadisə Goranboy rayonunda qeydə alınıb. Məlumata əsasən, aprelin 23-də Xoylu kənd məktəbinin 8-ci sinfində təhsil alan qız naməlum şəxsə qoşularaq qaçıb. Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi mətbuat xidmətini

25 aprel
.

Daha bir alim Ali Attestasiya Komissiyasına qarşı

Fəlsəfə üzrə elmlər doktoru, dosent Aydın Əlizadə Ali Attestasiya Komissiyası arasında məhkəmə çəkişməsi gedir. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, iş hazırda Ali Məhkəmədədir. Aydın Əlizadə məhkəmə çəkişməsində iddiaçı qismində çıxış edir. Birinci məhkəmə instansiyası onun iddiasını təmnin etməyib

26 aprel
.

İrəvan bundan imtina edir: Paşinyandan ermənilərə "soyqırımı" şilləsi

Ermənistanın baş naziri Nikol Paşinyanın qondarma "soyqırımı"nın ildönümü münasibətilə etdiyi çıxış erməniləri qəzəbləndirib. Buna səbəb Paşinyanın qondarma "soyqırımı" "böyük faciə" adlandırmasıdır. xəbər verir ki, Paşinyan çıxışında cəmi 3 dəfə "soyqırımı" ifadəsin

25 aprel
.

Polisin "saxla" əmrinə tabe olmadı, hadisə yerindən qaçdı - VİDEO

Bakıda magistral yolda motosiklet sürücüsü Yol Patrul Xidmətinin "saxla" əmrinə tabe olmayıb. Bu barədə görüntülər sosial şəbəkədə yayılıb. Görüntülərdə YPX maşını motosiklet sürücüsünü saxlamağa cəhd etsə də sonuncunun hadisə yerindən qaçması öz əksini tapıb. Hadisə "Koroğlu" körpüsünü

26 aprel
.

Bakıda 21 yaşlı model bədbəxt hadisədə öldü - Foto

Bakıda gənc qız dəm qazından boğulub. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Nəsimi rayonu Moskva prospektindəki evdə yaşayan 2003-cü il təvəllüdlü Kamilə Həsənova dəm qazından boğularaq vəfat edib. Bildirilib ki, K.Həsənova aktrisa-model kimi də fəaliyyət göstərirmiş. O, həm də Moskv

26 aprel
.

Elmira Süleymanova dəfn olundu

Azərbaycanın İnsan Hüquqları üzrə sabiq müvəkkili (Ombudsman) Elmira Süleymanova dəfn edilib. xəbər verir ki, mərhumun nəşi II Fəxri xiyabanda torpağa tapşırılıb

25 aprel
.

"Bu bəyanat anti-Azərbaycan qüvvələrinin ölkəmizə olan hikkəsidir" - ŞƏRH

Məlumdur ki, Avropa Parlamenti Azərbaycanla bağlı qətnamə qəbul edib. Qətnamədə qeyd olunur ki, Avropa Komissiyasının Azərbaycanla enerji sahəsində strateji tərəfdaşlığın dayandırılması məsələsinə baxması istənilir. O cümlədən qətnamadə Azərbaycana qarşı bir sıra sanksiyaların tətbiq edilməsi təkli

26 aprel
.

"Avropa Parlamentinin qəbul etdiyi qətnamə yalan üzərində qurulmuş ağlaşmadır" - DEPUTAT

"Avropa Parlamentinin Azərbaycanda vətəndaş cəmiyyəti və insan hüquqları məsələsinə dair obyektivlikdən uzaq qətnamə qəbul etməsini ölkəmizə qarşı qərəzin növbəti nümayişidir". Bunu -a danışan deputat Azər Badamov bildirib. Deputat qeyd edib ki, Avropa Parlamentinin Azərbaycana qarşı qətnamələri

26 aprel