Devalvasiya, Beynəlxalq Bankdakı cinayətlər, dövlət zəmanəti - MİLLİ MƏCLİSDƏ MÜZAKİRƏ

Devalvasiya, Beynəlxalq Bankdakı cinayətlər, dövlət zəmanəti - MİLLİ MƏCLİSDƏ MÜZAKİRƏ"2018-ci il dövlət büdcəsinə dəyişikliklər edilməsi haqqında" qanun layihəsində qeyri-neft sektoru üzrə gəlirlərin 1 milyard manatdan artıq məbləğdə azaldılması sual doğurur. Biz qeyri-neft sektorunun inkişaf etdirilməsi üçün küllü miqdarda vəsait ayırırıq, lakin büdcədə bu sahə üzrə gəlirlərin azaldılması nəzərdə tutulur".

Sonxeber.az Apa tv – yə istinadan xəbər verir ki, bu fikirləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında millət vəkili Vahid Əhmədov səsləndirib.
Millət vəkilinin sözlərinə görə, bu məsələ diqqət mərkəzində saxlanılmalıdır: "Bundan başqa, büdcədə xərclərin artırılması da nəzərdə tutulur. Bunlar əsasən pensiya, əmək haqları, sosial müavinətlərin yerinə yetirilməsi ilə bağlıdır. Eyni zamanda, büdcədə Dövlət Neft Şirkətinə qazma işləri ilə bağlı 663 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub. Mən bir məsələni başa düşə bilmirəm. Necə olur ki, Azərbaycan özü qaz hasil edir, lakin "Azərenerji"yə kompensasiya veririk? Düşünürəm ki, qeyri-neft sektorunun inkişafı daha diqqətdə saxlanmalı məsələdir. Məni narahat edən digər məsələ 2-ci Azərbaycan Kənd İnvestisiya Layihəsinin dayandırılması ilə bağlıdır. Dünya Bankı ilə birgə həyata keçirilən layihə üzrə biz rayonlarda, kənd yerlərində təcili ehtiyac yaranan zaman investisiyadan istifadə edirdik. İndi bu layihə dayandırılıb. Kənd yerlərindən bizə müraciət çox olur. Mən kənd təsərrüfatı naziri İnam Kərimovla danışmışam. Lazımdırsa, prezident İlham Əliyevə də müraciət edilməsini xahiş edirəm".
Millət vəkili Əli Məsimli də "2018-ci il dövlət büdcəsinə dəyişikliklər edilməsi haqqında" qanun layihəsi ilə bağlı öz iradlarını bildirib.
"Tikintiyə ayrılan vəsait 5 milyard manatdan çoxdur" deyən Əli Məsimli qeyd edib ki, insan inkişafına, təhsilə ayrılan xərclər isə azdır: "Dövlət büdcəsindən SOCAR-a edilən yardım heç bir məntiqə sığmır. SOCAR kimi böyük şirkətlər bu cür yardıma arxayınlaşıb, dövlət zəmanəti ilə kredit alıb qaytarmayacaqlar. Bu, Azərbaycanın dövlət büdcəsini donor büdcəyə çevirmək deməkdir".
Maliyyə naziri Samir Şərifov millət vəkillərinin iradına münasibət bildirib: "Burada 2-ci Azərbaycan Kənd İnvestisiya Layihəsinin bağlanmasından söhbət getmir. Bu layihə regionlarda müəyyən işlərin görülməsi ilə bağlıdır. Layihənin dayandırılması yox, davam etdirilməsi nəzərdə tutulub. Lakin əvvəlki illərdə biz bu layihəni xarici borclanma hesabına edirdik. Bundan sonra layihəni daxili maliyyə imkanları hesabına həyata keçirəcəyik. Xarici borclanmaya getməməyin əsas səbəbi ondan ibarətdir ki, biz xarici valyuta ilə bağlı məsələlərə həssas yanaşırıq. Xarici valyutada gəlirlərimizi artırmağa çalışırıq, bunun hesabına ölkədən valyuta axınının qarşısını almalıyıq".
Maliyyə naziri xarici borcun artmasının 3 əsas səbəbini açıqlayıb: "Azərbaycanın xarici borcunun artmasının üç əsas səbəbi var. Bunlar devalvasiya ilə bağlı xarici borcun ÜDM-ə nisbətin artması, maliyyə-bank sisteminin sağlamlaşdırılması üçün görülən tədbirlər və "Cənub Qaz Dəhlizi" layihəsi ilə bağlı verilən dövlət zəmanətidir".
Nazir bu ilin dövlət büdcəsinə yenidən baxılmasını zəruri edən amilləri açıqlayıb.
Qeyd edib ki, yenidən baxılma ilə bu ilin dövlət büdcəsində xərclərin 2 milyard 14 milyon manat artırılaraq 23 milyard 61 milyon manata çatdırılması nəzərdə tutulur ki, bu da təsdiq edilmiş proqnoza nisbətən 3,6 faiz, 2017-ci ilin faktiki icra göstəricisi ilə müqayisədə 31,1 faiz çoxdur.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 1255   Tarix: 22 iyun 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Azərbaycanla Ermənistan arasında delimitasiya prosesinə sürətlə gedir" - Politoloq

Dünən 2024-cü il aprelin 23-də Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sərhəddə yerdəki geodeziya ölçmələrinə əsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesi çərçivəsində ilk sərhəd dirəyi quraşdırılıb. İki ölkənin ekspert qruplarının işi davam edir. Yaxın gələcəkdə hansı əraziləri

24 aprel
.

İlham Əliyev: "Ermənistan Naxçıvan Muxtar Respublikası ilə yol əlaqəsini qurmaq imkanını bloklayır"

"Zəngəzur dəhlizinə gəldikdə, qeyd etdiyiniz kimi, 2020-ci il noyabrın 10-da imzalanmış Üçtərəfli Bəyanatda bu məsələ aydın şəkildə əks olunur. Bəli, "Zəngəzur dəhlizi" sözü orada qeyd olunmayıb. Lakin yazılıb ki, Azərbaycanın şərq hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında yo

23 aprel
.

Azərbaycan XİN Avropa Parlamentinə cavab verib

Avropa Parlamentini bir daha Azərbaycanın daxili işlərinə və məhkəmə proseslərinə müdaxiləni dayandırmağa çağırırıq. report-a istinadən xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə Avropa Parlamentinin 25 aprel 2024-cü il tarixli qətnaməsi ilə bağlı bildirib

26 aprel
.

Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB + FOTO

Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qırğız Respublikasının Prezidenti Sadır Japarov ilə məhdud tərkibdə görüşü olub. Bununla bağlı məlumat yayıb. 11:49. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qırğız Respublikasının Prezidenti Sadır Japarov ilə məhdud tərkibd

24 aprel
.

İlham Əliyev: "Azərbaycanda ciddi və ya potensial qaydada yarana biləcək hər hansı risk yoxdur"

"Azərbaycanda ciddi və ya potensial qaydada yarana biləcək hər hansı risk yoxdur". AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev aprelin 23-də ADA Universitetində təşkil olunan "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda beynəlxalq forumda çıxışında deyib. "Üzləş

23 aprel
.

Qırğızıstan Ağdamda məktəb binası inşa edəcək

Qırğızıstan tərəfindən Ağdamda məktəb binası inşa ediləcək. xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Qırğızıstan Prezidenti Sadır Japarovla mətbuata bəyanatında bildirib. Dövlətimizin başçısı qeyd edib ki, Qırğızıstanın vəsaiti hesabına Ağdamda orta məktəb binası tikiləcək və hər iki Preziden

24 aprel
.

İlham Əliyev Zelenskini COP29-a dəvət edib

Azərbaycan Prezidenti İlham Əliyev ukraynalı həmkarı Volodimir Zelenskini noyabrda Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) dəvət edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə məlumatı Azərbaycanın Ukraynadakı səfir

23 aprel
.

"COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir"

"COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir". "Qafqazinfo" xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 26-da Berlində "15-ci Petersberq İqlim Dialoqu"nun Yüksək Səviyyəli Seqmentində çıxışında deyib. Bu qlobal tədbi

26 aprel
.

Ərdoğandan Ermənistana xəbərdarlıq: "Fürsət qapıları həmişə açıq qalmır"

"Artıq regionda yeni bir nizam qurulur". Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İraqdan qayıdarkən jurnalistlərə müsahibəsində bildirib. O qeyd edib ki, gerçəkliklə heç bir əlaqəsi olmayan uydurma tarixi hekayələr üzərində hərəkət etməkdənsə, zamanın reallıqlarına əsaslanaraq hərəkə

23 aprel