Bakıda ətin qiyməti bahalaşır- görün neçəyə olacaq +FOTO

Bakıda ətin qiyməti bahalaşır- görün neçəyə olacaq +FOTOYol kənarlarında, küçədə antisanitariya şəraitində ət kəsiminin qadağan edilməsi, onların yerinə stasionar, modul və mobil tipli heyvan kəsimi məntəqələrinin yaradılması qərarından sonra qəssablara sallaqxanaların mağazalarla əvəzlənməsi üçün 1-2 ay vaxt verilib. Mağazanın qarşısında diri heyvan saxlanılması da qadağan olunub. Amma virtualaz.org-un paytaxtın əksər ərazisində apardığı müşahidələrə görə, xüsusilə məhəllələrdə, Bakıətrafı qəsəbə və kəndlərə gedən yollarda hələ də heyvan kəsilir. Heyvan kəsimi üçün istifadə olunan "dar ağacları" da küçələrdən yığışdırılmayıb.

Yeni Yasamaldakı məşhur sallaqxanalar isə yığışdırılıb. Qəssablardan kimi mağaza icarəyə götürüb, kimisi də bıçaq-baltası ilə Yasamal bazarında piştaxta arxasına keçib. Qəssab Maqsud Əliyev deyir ki, məcburi köçkün kimi Yasamaldakı yataqxanada məskunlaşandan ət satışı ilə məşğuldur. İmişli və Beyləqandan diri heyvan gətirir, sağlamlığına dair baytardan arayış alandan sonra kəsir. Hələlik sahə müvəkkili gəlib, küçədə hamının gözü qarşısında heyvan kəsməməyi tapşırıb. O da heyvanı gecə saat 3-dən sonra kəsir. "Dedilər ki, hər rayonda bir kəsim məntəqəsi olacaq. Yasamalda da məntəqə tikiləcək, biz də əti ordan alacağıq", - Maqsud söyləyir.

Maqsudun mağazasının yaxınlığında daha 2 qəssabxana var. Mağazaların qarşısında qoyun saxlanılır. Satıcılar foto çəkməməyi xahiş edirlər. Deyirlər ki, sahə müvəkkili xəbər tutsa, canlarını cərimə ilə qurtara bilməyəcəklər. Qəssablardan Davud Əzimov isə narahatdır. Onun sözlərinə görə, fərdi qaydada rayonlardan diri heyvan gətirə bilməyəcək. Camaat isə gözü qarşısında kəsilməyən heyvanın ətini almır. Baytarın verdiyi sağlamlıq arayışı ilə maraqlanan yoxdur, heyvanın göz önündə kəsilməsi arayışdan keçərlidir.

Qəssablardan biri isə sallaqxanaların ləğvi ilə ətin qiymətini ən azı 15 manata qaldırılacağını düşünür. Söyləyir ki, mağazanın icarəsinə ayda 700 manat ödəyir, 2 soyuducu işlədiyi üçün tək işığa aylıq 80-100 manat ödəyir. "Hələ vergi, su, kanalizasiya, tullantıların daşınması xərclərini nəzərə almıram. İndi kəsim, ətin daşınma xərcləri də üstünə gələcək", - qəssab gileylənir.

Hövsanda məhəllələrdə azı 10-15 sallaqxana fəaliyyətdə olub. Sahə müvəkkili tapşırıb ki, saat 11-dək əti satıb qurtarsınlar. Qəfil yoxlama gəlsə, küçədə sallaqxana görünməsin, yaxud da hələlik mağaza icarəyə götürsünlər. Amma satıcıları söz verilib ki, imkan olan kimi şərait yaradılacaq, evlərinin qarşısında heyvan kəsib sata biləcəklər.

Son 1 aya qədər Zığda heyvan elə yol kənarında, hamının gözü qarşısında kəsilib, qanı küçəyə axıdılıb, baş-ayağı mağazanın girişinə qoyulub. İndi isə küçədə heyvan kəsilmir, amma mağazaların birinin qarşısında heyvan baş-ayağı var, iylənmiş baş-ayağın üfunəti dayanacağa qədər yayılır. Sakinlər deyirlər ki, qadağalar kənar məhəllələrə hələ gedib çatmayıb.

Xətai rayonunda, Gəncə prospektindəki qəssabxanaların da əsas müzakirə etdiyi mövzu heyvanın müştərinin gözü qarşısında deyil, məntəqədə kəsilməsidir. Satıcılardan biri deyir ki, nə olacağını gözləməkdən başqa çarə yoxdur.

Qeyd edək ki, il ərzində ölkədə 5 milyon baş heyvan kəsilir.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 8483   Tarix: 24 iyun 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

"Landmark"ın sahibi ilə bağlı müəmmalı olaylar - Xamını ölkəni tərk etdi, özünə "stop" qoyulur

Landmark" Biznes Mərkəzinin qanuni təmsilçisi Eran Muduroğlunun həyat yoldaşı Nərgiz Nəsrullayevanın Azərbaycandan getdiyi xəbərinin ardınca iş adamının çıxışına "stop" qoyulması gündəmə gəlib. Qaynarinfo xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlə

26 aprel
.

Lənkəranda baş verən qəzada müəllim xəsarət alıb - FOTO

Lənkəranda yol qəzası baş verib. APA-ya istinadən xəbər verir ki, hadisə Lənkəran-Boradigah-Masallı magistralında, Lənkəran rayonunun Girdəni kəndi ərazisində qeydə alınıb. Masallı rayon Həsənli kənd sakini 1960-cı il təvəllüdlü Məhəmmədhüseyn Hüseyn oğlu Fərəcovun idarə etdiyi "Mercedes" markalı

25 aprel
.

DİQQƏT: Azərbaycanda uşaqlar arasında yeni virus YAYILDI

Havaların qızmasına baxmayaraq, son zamanlarda uşaqlar arasında yeni virus yayılıb. Bu virus özünü yüksək hərarət, səpkilərlə biruzə verir. Bəziləri isə bu virusun rozeola xəstəliyi olduğunu iddia edir. Maraqlıdır, görəsən, uşaqlar arasında yayılan bu viruslar hansılardır?. Məsələ ilə bağlı pediatr Elşə

25 aprel
.

Mərhum iş adamının şirkətindən maddi ziyan tələb edilir

"Karvan İstehsalat Kommersiya Şirkəti" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) məhkəməyə verilib. Qaynarinfo-nun məlumatına görə, şirkət barəsində məhkəməyə Namiq Abdullayev Nurəddin oğlu müraciət edib. O, şirkət rəhbərliyi barəsində "Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələ

26 aprel
.

Bakıda velosiped yollarına quraşdırılan baryerlər kimlərin qəzəbinə tuş gəlib? - FOTO

Bakının bəzi küçələrində salınan velosiped yollarında quraşdırılan baryerlərə ziyan vurulur. xəbər verir ki, artıq bir neçə müddətdir ki, şəhərin müxtəlif küçələrində velosiped zolaqlarının kənarına düzülən bu baryerlərin yerindən çıxarıldığı və bəzi yerlərdə hətta kənara atıldığı müşahidə olunur. Bə

26 aprel
.

İcra hakimiyyətləri prezidentin xüsusi nümayəndəliyi ilə əvəz OLUNUR?- AÇIQLAMA

Azərbaycanda keçirilən prezident seçkilərindən sonra idarəetmə sahəsində bir sıra dəyişikliklər həyata keçirildi. İlk olaraq bələdiyyələrin sayının azaldıması və birləşdirilməsi ilə bağlı qanun layihəsi hazırlandı. Eyni zamanda Qarabağda bir sıra ərazilərə prezidentin xüsusi nümayəndəsi təyin edildi

26 aprel
.

"Almanı atdım xarala" mahnısında əsas məna nə idi? - VİDEO

İctimai TV əfsanəvi "Qaya" qrupu tərəfindən ifa edilən "Almanı atdım xarala" mahnısının mənası ilə bağlı süjet hazırlayıb. Bildirilib ki, qədim zamanlarda insanlar almaları qışda da yemək üçün xaraldan istifadə edərdilər. İpdən toxunan xaral böyük kisəyə bənzəyirdi. Belə rəvayət edili

25 aprel
.

Bakıda 21 yaşlı model bədbəxt hadisədə öldü - Foto

Bakıda gənc qız dəm qazından boğulub. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Nəsimi rayonu Moskva prospektindəki evdə yaşayan 2003-cü il təvəllüdlü Kamilə Həsənova dəm qazından boğularaq vəfat edib. Bildirilib ki, K.Həsənova aktrisa-model kimi də fəaliyyət göstərirmiş. O, həm də Moskv

26 aprel
.

Daha bir alim Ali Attestasiya Komissiyasına qarşı

Fəlsəfə üzrə elmlər doktoru, dosent Aydın Əlizadə Ali Attestasiya Komissiyası arasında məhkəmə çəkişməsi gedir. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, iş hazırda Ali Məhkəmədədir. Aydın Əlizadə məhkəmə çəkişməsində iddiaçı qismində çıxış edir. Birinci məhkəmə instansiyası onun iddiasını təmnin etməyib

26 aprel