İlham Əliyev başsağlığı verdi

İlham Əliyev başsağlığı verdiMüdafiə sənayesi naziri Yavər Camalov 2018-ci il iyunun 23-də ömrünün 69-cu ilində vəfat edib.
Azərbaycan prezidenti İlham Əliyev, birinci vitse-prezident Mehriban Əliyeva, dövlət və hökumət rəsmiləri Y. Camalovun vəfatı ilə əlaqədar başsağlığı verib.

Nekroloqda bildirilir ki, Y. Camalov 1949-cu il oktyabr ayının 17-də Sabirabad rayonunda anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, 1967–1972-ci illərdə Azərbaycan Neft və Kimya İnstitutunun neft-mədən fakültəsində neft və qaz yataqlarının işlənməsi texnologiyası və kompleks mexanikləşdirilməsi ixtisası üzrə ali təhsil alıb. Əmək fəaliyyətinə 1972-ci ildə "Siyəzənneft" Neft və Qaz Çıxarma İdarəsində operator kimi başlayan Yavər Camalov 1973–1995-ci illərdə "Şirvanneft" Neft və Qaz Çıxarma İdarəsində neft-qaz çıxarma üzrə mühəndis, böyük mühəndis, növbə rəisi, texnologiya üzrə rəis müavini və rəis vəzifələrində çalışıb. O, 1995–2003-cü illərdə ARDNŞ-in "Quruda Neft və Qaz Çıxarma" İstehsalat Birliyinin, 2003–2006-cı illərdə isə "Azneft" İstehsalat Birliyinin baş direktoru olub. 2006-cı ildən ömrünün sonunadək Y. Camalov müdafiə sənayesi naziri vəzifəsində işləyib. Y. Camalov tutduğu vəzifələrdən asılı olmayaraq çalışdığı bütün sahələrdə daim işgüzarlıq, peşəkarlıq və təşkilatçılıq qabiliyyəti nümayiş etdirib. Yüksək tələbkarlığı, dərin məsuliyyət hissi və dövlətçilik prinsiplərinə sadiqliyi ona böyük hörmət qazandırıb. O, uzun illər boyu Azərbaycanın neft sənayesinin inkişafı naminə bilik və bacarığını əsirgəmədən, var gücünü sərf edərək ölkə iqtisadiyyatının yüksəlişinə töhfələr verib.

Nekroloqda qeyd edilir ki, Azərbaycan Respublikasında müdafiə sənayesi sahəsində vahid dövlət siyasətinin uğurla həyata keçirilməsində Y. Camalovun özünəməxsus xidmətləri var: "Onun bir nazir kimi rəhbərlik etdiyi dövr ərzində nazirliyin müəssisələrində çox sayda yeni istehsal sahələri yaradılmaqla yanaşı, qurumun müasir tələblərə uyğun səmərəli fəaliyyəti nəticəsində ölkədə hərbi təyinatlı məhsulların çeşidi artıb və keyfiyyəti yüksəlmiş, müdafiə sənayesinin idxaldan asılılığının aradan qaldırılması istiqamətində nailiyyətlər əldə olunub və ümumilikdə Azərbaycan Ordusunun müasir silah növləri ilə təmin edilməsi üçün zəruri addımlar atılıb. Yavər Camalovun ölkənin iqtisadi inkişafındakı xidmətləri daim yüksək qiymətləndirilib. O, "Əməkdar mühəndis" fəxri adına layiq görülmüş və müstəqil Azərbaycan Respublikasının ali dövlət mükafatlarından olan "Şöhrət" ordeni ilə təltif edilib. Tanınmış ictimai-siyasi xadim, bacarıqlı təşkilatçı və səmimi insan Yavər Camalovun xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaq. Allah rəhmət eləsin!".

İlham Əliyev

Mehriban Əliyeva

Novruz Məmmədov

Oqtay Əsədov

Ramiz Mehdiyev

Hacıbala Abutalıbov

Əli Əsədov

Akif Əlizadə

Zakir Həsənov

Ramil Usubov

Elçin Quliyev

Rövnəq Abdullayev

Xoşbəxt Yusifzadə

Yəhya Musayev

Tofiq Rəfiyev


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 4832   Tarix: 24 iyun 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Rektorun anası koronavirusdan vəfat etdi

Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəyliyə ağır itki üz verib. Unikal.org-un məlumatına görə, rektorun anası Sveta xanım koronavirusdan vəfat edib. Allah rəhmət eləsin!

13 sentyabr 2021
.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18 sentyabr 2021
.

Hövsan yolunda iki maşın toqquşdu - Xəsarət alan var + VİDEO

Hövsan yolunda yol-nəqliyyat hadisəsi baş verib. xəbər verir ki, hadisə Hövsan yolunda olub. Toyota Prius markalı avtomobillə Daewoo Nexia markalı minik maşını toqquşub. Baş vermiş hadisə zamanı 1 nəfər xəsarət alıb. Qəza nəticəsində hər iki avtomobilə ciddi ziyan dəyib

12 sentyabr 2021
.

Tanışını döyə-döyə öldürdü

Bakıda tanışını döyərək öldürən şəxs saxlanılıb. Xətai rayon prokurorluğundan -a bildirilib ki, sentyabrın 15-də paytaxtın Xətai rayonu ərazisində 1994-cü il təvəllüdlü Hüseyn Hüseynovun almış olduğu xəsarətlər nəticəsində 3 saylı Şəhər Kliniki Xəstəxanasında ölməsi barədə rayon prokurorluğuna məluma

16 sentyabr 2021
.

"Azərişıq"ın anbarında yanğın - VİDEO

Gəncədə "Azərişıq" ASC-yə məxsus idarələrin birinin anbarında yanğın baş verib. xəbər verir ki, bu barədə hadisə şahidləri -in "qaynar xətti"nə məlumat verilib. Bildirilir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb olunub. Məsələ ilə əlaqədar "Azərişıq"

15 sentyabr 2021
.

Antalyanın məşhur istirahət bölgəsində nəhəng burulğan - VİDEO

Bu gün səhər saatlarında Antalyanın Kəmər bölgəsində dəniz üzərində təxminən 15 dəqiqə davam edən nəhəng burulğan meydana gəlib. Ətrafda olan insanlar təbiət hadisəsini telefonları ilə qeydə alıblar. Qeyd olunur ki, nəhəng burulğan sahilə çatmayaraq tədricən zəifləyərək yox olub.\

15 sentyabr 2021
.

Azərbaycanda QHT sədri vəfat edib

"Hüquqi Yardım" İctimai Birliyinin sədri, hüquqşünas və mediator İlqar Qasımov vəfat edib. "Report" xəbər verir ki, bu barədə onun yaxınları məlumat yayıb. Məlumata görə, o, bu gün dünyasını dəyişib. Mərhum sabah Lənkəranda dəfn olunacaq. Allah rəhmət eləsin!

12 sentyabr 2021
.

SON DƏQİQƏ: Bakıda ağaclıq ərazi yanır

Bakıda ağaclıq ərazidə yanğın başlayıb. xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə paytaxtın Səbail rayonu ərazisində ağaclıq ərazidə yanğın olması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələr

17 sentyabr 2021
.

Lənkəranda FACİƏ: 1 yaşlı körpə ÖLDÜ

Lənkəran rayonunda bir yaşlı körpə naməlum səbəbdən ölüb. xəbər verir ki, hadisə Səpnəkəran kəndində qeydə alınıb. Belə ki, 2020-ci il təvəllüdlü İbrahim Nazim oğlu Ağazadənin halı qəfil pisləşib. Bu səbəbdən valideynləri körpəni Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparıblar. Ancaq həkim müayinəsində

13 sentyabr 2021