Buffon yeni kluba keçdi

Buffon yeni kluba keçdiİtaliya milli komandasının və "Yuventus" klubunun sabiq qapıçsı Canluici Buffon karyerasını Fransanın PSJ klubunda davam etdirəcək.

Sonxeber.az-ın "Report"a istinadən verdiyi məlumata görə, Paris təmsilçisi 40 yaşlı qolkiperlə müqavilənin detallarını razılaşdırıb. Təcrübəli oyunçu iki il Fransa klubunda çıxış edəcək. O, yaxın günlərdə tibbi müayinədən keçəcək və PSJ ilə müqavilə imzalayacaq.

Qeyd edək ki, Canluici Buffon 2001-ci ildən "Yuventus"da çıxış edib. O, kapitan sarğısını daşıdığı Turin təmsilçisinin heyətində 9 dəfə İtaliya çempionluğu, 4 dəfə İtaliya Kubokunu, 5 dəfə ölkə Super Kubokunu qazanıb. Buffon həmçinin 2006-cı ildə İtaliya yığması ilə birgə dünya çempionu olub.

İdman   Baxılıb: 240   Tarix: 26 iyun 2018  

Şikayətiniz varsa Whatsapp: 050 3422489

Facebookda Paylaş



Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR