Atası futbolu qadağan etdi, evdən qaçdı, Ronaldonun penaltisini qaytardı

Atası futbolu qadağan etdi, evdən qaçdı, Ronaldonun penaltisini qaytardıÖtən gün dünya çempionatının B qrupu çərçivəsində keçirilən İran – Portuqaliya (1:1) matçında birincilərin qapıçısı Əlirza Beyranvan Kriştiano Ronaldonun penaltisini dəf etməklə diqqət mərkəzinə düşməyi bacardı.

Sonxeber.az yenicag.az-a istinadən xəbər verir ki, 25 yaşlı qolkiperin maraqlı həyat hekayəsi var.

Belə ki, Əlirza uşaq ikən atası onun futbol oynamasını istəmir. Buna baxmayaraq, evdəkilərdən xəbərsiz futbolla məşğul olmağa başlayır, hücumçu kimi zədələndiyindən qapıçıya çevrilir. Atası əlcəklərini, formalarını yararsız vəziyyətə salır və oğluna futbol oynamağı qadağan edir. Hətta övladına ac qalacağıyla bağlı xəbərdarlıq edir.

Futbola sevgisini üstün tutan Əlirza evdən qaçır və qohumlarından aldığı kiçik məbləğlə Tehrana yollanır. Məşqçi Hoseyn Feyzlə avtobusda təsadüfi tanışlıq onu "Vəhdət" klubuna gətirir. Əvvəlcə küçədə gecələyən 12 yaşlı oğlan sonralar məşq etməklə yanaşı, müxtəlif vaxtlarda tikiş fabriki, pizza restoranında çalışır.

Dostlarının sayəsində "Naft Tehran" klubunda məşqə başlayır və 2016-cı ildən klubun əsas komandasında çıxış edir. Buna görə restorandakı işindən ayrılır. Klubun məşqçisi bir dəfə restorana gəlir, utandığından ona qulluq etmək istəməyən Əlirza işindən qovulur. O başa düşür ki, məşqçi onu burada gördüyü halda klubdakı karyerasına zərbə olacaq.

İl yarım əvvəl "Persopolis" klubuna transfer olunur və 2014-cü ildən İran yığmasına dəvət alır, yalnız ötən il əsas oyunçuya çevrilir. Ən böyük arzusu dünya çempionatında iştirak etmək olur və bu il istəyinə çatır. İran-Portuqaliya görüşündə Ronaldonun penaltisini qaytarır. Matçdan sonra vətəndən zəng gəlir. Göz yaşlarını saxlaya bilməyən atası oğluyla fəxr etdiyini deyir.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 1160   Tarix: 26 iyun 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanda klubun baş məşqçisi cəzalandırıldı

"Ağdaş" klubunun baş məşqçisi Ruslan Hüseynov AFFA İntizam Komitəsi tərəfindən cəzalandırılıb. Bu barədə AFFA məlumat yayıb. Bildirilib ki, buna mütəxəssisin II Liqada XXII turun "Kür-Araz"a qarşı səfər oyununun 49-cu dəqiqəsində hakimin qərarına etiraza görə birbaşa qırmızı vərəq

26 aprel
.

Səhərlər idmanla məşğul olmağın orqanizmə TƏSİRİ

Sidney Universitetinin mütəxəssisləri yeni araşdırmada gözlənilməz nəticəyə gəliblər: səhər tezdən idmanla məşğul olmaq ürək-damar sisteminə mənfi təsir göstərir. Geniş araşdırma zamanı mütəxəssislər maraqlı bir qanunauyğunluq aşkar ediblər: axşamlar fiziki fəaliyyətə üstünlük verənlərdə ürək patologiyalarını

14 aprel
.

"Barselona"nın yeni baş məşqçisi o olacaq

Birminqemin "Aston Villa" klubunun baş məşqçisi Unai Emeri tezliklə Kataloniya "Barselona"sına rəhbərlik edə bilər. xəbər verir ki, bu barədə "Teamtalk" portalı məlumat yayıb. Mənbənin məlumatına görə, "Blauqrana" rəhbərliyi ispan mütəxəssislə əməkdaşlıqda maraqlıdı

20 aprel
.

Kaxaber Tsxadadze: "Kimsə pis məşqçi olduğumu desə, əsəbiləşəcəyəm"

"Deyiləcək çox şey yoxdur. Oyunçular xarakter göstərməli idilər, amma göstərmədilər. Sonradan meydana daxil olanlar oyunu gücləndirə bilmədi. İkinci qol kuryoz oldu. Bir oyunçu 4 nəfəri aldadıb keçir. Gənc oyunçu Şahin Şahniyarov bu gün özünü yaxşı tərəfdən göstərdi. Ona uğurlar arzulayıram"

14 aprel
.

Məşhur futbolçu İtaliya klubunun baş məşqçisi oldu

İtaliya A Seriyasında çıxış edən "Udineze" klubu Fabio Kannavaro ilə müqavilə imzalayıb. Bu barədə İtaliya klubunun rəsmi saytı məlumat yayıb. 50 yaşlı italiyalı mütəxəssis yeni klubu ilə mövsümün sonuna qədər razılığa gəlib. O, son olaraq İtaliyanın digər təmsilçisi "Benevento"n

23 aprel
.

Əfsanəvi futbolçu karyerasını bərpa etdi

Əfsanəvi braziliyalı hücumçu Romario 58 yaşında karyerasını davam etdirmək qərarına gəlib. bildirir ki, bu barədə "Globo" məlumat yayıb. Braziliya millisinin keçmiş hücumçusu ölkənin dördüncü divizionu olan D Seriyasında çıxış edən Rio-de-Janeyronun "Amerika" klubu ilə müqavilə imzalayıb

18 aprel
.

Kriştiano Ronaldo iki oyunluq cəza alacaq

Portuqaliya millisinin və "Əl-Nəsr"in klubunun hücumçusu Kriştiano Ronaldo Səudiyyə Ərəbistanı Superkubokunun yarımfinalında "Əl-Hilal"la oyunda (1:2) qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün iki oyunluq cəzalandırılacaq. -in xəbərinə görə, bu barədə "Asharq Al-Awsat"

16 aprel
.

"Fənərbağça"nın penaltilərini çıxaran qapıçının SİRRİ: Atası oyundan əvvəl…

"Fənərbağça" - "Olimpiakos" matçına damğasını vuran və 3 penalti vuruşunu qurtaran Konstantinos Tzolakislə bağlı çox danışılan fakt üzə çıxıb. bu barədə xarici mətbuata istinadən xəbər verir. Tzolakis matçdan sonra verdiyi açıqlamada məşqçilərlə analiz apardıqlarını və penaltilərdə

19 aprel
.

Qurban Qurbanovdan yeni "Beşiktaş" açıqlaması

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov adının Türkiyənin "Beşiktaş" klubu ilə birgə hallanmasına münasibət bildirib. Qaaynarinfo xəbər verir ki, təcrübəli mütəxəssis bununla bağlı suala belə cavab verib:. "Bu suallar çox olur. Fikir bildirmək düzgün olmaz. Fikrimin yayınmasın

25 aprel