Ermənistanın qərargah rəisi Azərbaycandan qorxusunu gizlədə bilmədi

Ermənistanın qərargah rəisi Azərbaycandan qorxusunu gizlədə bilmədiAzərbaycanın ən müasir hərbi texnikalarla silahlanması Ermənistanı narahat etməyə bilməz.

Sonxeber.az "AzVision.az"a istinadla xəbər verir ki, bu barədə Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisi, general-mayor Artak Davtyan deyib.
Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 100 illiyinə həsr olunmuş 26 iyun hərbi paradında Ordumuzun ixtiyarında olan ən son müasir silahların sərgilənməsi düşməni ciddi təşvişə salıb. Son günlər erməni və rus hərbi ekspertlərin Bakının bu silahları sadəcə paradda göstərmək üçün deyil, praktikada – Dağlıq Qarabağ müharibəsində istifadə etmək üçün aldığı barədə dedikləri Ermənistan əhalisində yeni silahlı toqquşmanın mümkünlüyünə dair qorxu yaradıb.

Bakıdakı parada münasibət bildirən Davtyan Azərbaycan ordusunun gücünü etiraf etmək məcburiyyətində qalıb. Bununla belə, erməni əhalisini arxayın etmək üçün Bakını regionda silahlanma yarışına start verməkdə ittiham edərək, mümkün eskalasiyada Ermənistan ordusunun effektiv müdafiə oluna biləcəyini deyib.

"Ermənistan müdafiə nazirliyinin Azərbaycan Silahlı Qüvvələrinin silahlanma gücü barədə məlumatları Bakıda keçirilən paraddan əldə etdiyini düşünmək sadəlövhlük olardı. Sözsüz ki, biz onların hansı silahlara malik olduqlarını, hansı növ hərbi texnikaya üstünlük verdikləri və bundan sonra necə silahlar almağa çalışdıqlarını bilirik. Əlbəttə ki, Azərbaycanın müasir silahlarla hərbiləşməsi Ermənistanı narahat edir" – deyə Ermənistanın baş qərargah rəisi bildirib.

Erməni mediası yazır ki, bununla da Davtyan dolayısilə etiraf edib ki, Cənubi Qafqazda hərbi balans növbəti dəfə Azərbaycanın xeyrinə dəyişib.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Müharibə   Baxılıb: 1386   Tarix: 30 iyun 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Azərbaycandan Ermənistana sərhəddəki təxribatlarla bağlı ÇAĞIRIŞ

Azərbaycanın Ombudsman Aparatı Ermənistan silahlı qüvvələrinin Ermənistan-Azərbaycan dövlət sərhədindəki təxribatları ilə bağlı açıqlama yayıb. -ın məlumatına görə, açıqlamada deyilir:. "Ermənistanın beynəlxalq hüquq normalarına və 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanatın müddəlarına zid

14 avqust 2021
.

Laçın rayonunun Əhmədli kəndindən görüntülər – VİDEO

Müdafiə Nazirliyi Laçın rayonunun Əhmədli kəndinin görüntülərini yayıb. Həmin görüntüləri təqdim edirik:

13 iyun 2021
.

Azərbaycan Ordusunun hərbi qulluqçusu həlak olub - RƏSMİ

Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Aslanov Şamil Mais oğlu ilkin ehtimala görə silahla davranış qaydalarının kobud şəkildə pozulması nəticəsində həlak olub. Bu barədə -a Müdafiə Nazirliyindən məlumat verilib. Faktla bağlı araşdırma aparılır

31 iyul 2021
.

Ağdam, Xocalı və Xocavənd istiqamətindəki mövqelərimiz atəşə tutuldu

Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri tərəfindən avqustun 21-i saat 23:40-dan etibarən avqustun 22-i saat 00:40-dək Ağdam rayonunun Muğanlı, Xocalı rayonunun Sığnax və Xocavənd rayonunun Tağavard yaşayış məntəqələri istiqamətind

22 avqust 2021
.

Cəbrayılın viran qoyulmuş Cəfərabad kəndi - VİDEO

Cəbrayıl rayonunun Cəfərabad kəndindən videogörüntülər yayılıb. Müdafiə Nazirliyinə istinadən görüntüləri təqdim edir:

13 iyun 2021
.

4 terrorçu zərərsizləşdirildi

Türkiyə ordusunun xüsusi təyinatlı qüvvələri PKK terror təşkilatının Suriya qanadının bir neçə silahlısını zərərsizləşdirib. "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin sosial şəbəkədəki səhifəsində bildirilir. Qeyd edilir ki, Türkiyə hərbçilərini

12 sentyabr 2021
.

"Bayraktar"ın 44 günlük müharibədəki sirri AÇILDI

Türkiyənin "Baykar" holdinqinə daxil olan "Baykar Teknik" şirkətinin direktoru Səlcuk Bayraktar "Bayraktar TB2" döyüş pilotsuz təyyarələrinin 44 günlük Qarabağ müharibəsində oynadığı roldan danışıb. xəbər verir ki, CNN Türk-ə müsahibəsində Səlcuk Bayraktar döyüş pilotsu

22 avqust 2021
.

Ballıqaya faciəsinin şahidi həmin gecənin dəhşətlərindən danışdı - VİDEO

1992-ci il mayın 18-də Azərbaycanın qədim yurd yerlərindən olan Laçın ermənilər tərəfindən işğal edildikdən sonra rayonun maldarlıqla məşğul olan bir qrup sakini heyvandarlıq üçün əlverişli olan Goranboyun Ballıqaya ərazisində müvəqqəti məskunlaşır. Yaxın qohumluq münasibətləri olan altı ailə yeddi çadırd

28 avqust 2021
.

Naxçıvandakı mövqelərimiz atəşə tutuldu

Avqustun 8-i saat 13:00-da Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsində yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini fasilələrlə atıcı silahlardan atəş

8 avqust 2021