Qarabağda müharibənin 2-ci mərhələsi hər an başlaya bilər

Qarabağda müharibənin 2-ci mərhələsi hər an başlaya bilərAzərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisində separatçı rejim hərbi təlimlər keçirib. Separatçı rejimin təlimləri müdafiə və əks hücum ssenarisi üzrə aparılıb. Təlimlər Qarabağın Şərq istiqamətində, yəni qoşunların təmas xəttinə yaxın ərazidə döyüş sursatlarından istifadə etməklə aparılıb.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən, iyulun 2-dən 6-dək Azərbaycan Ordusunun müxtəlif qoşun növləri, qismləri, birlik və birləşmələrinin iştirakı ilə genişmiqyaslı təlimləri keçiriləcək.

Təlimlərə 20.000 nəfərədək şəxsi heyət, 120-dək tank və digər zirehli texnika, 200-dən artıq müxtəlif çaplı raket və artilleriya qurğusu, yaylım atəşli reaktiv sistemləri və minaatan, 30-dək müxtəlif təyinatlı ordu və cəbhə aviasiyası cəlb olunacaq. Təlimlərdə döyüş əməliyyatlarının aparılmasının müasir təcrübəsi nəzərə alınmaqla qoşunlar müxtəlif növ qoşun əməliyyatlarının keçirilməsi, o cümlədən şərti düşmənə yüksək dəqiqlikli silah sistemlərinin etibarlı raket, artilleriya, bomba-hücum, eləcə də aviasiya və pilotsuz uçuş aparatları (PUA) ilə atəş zərbələrinin endirilməsi, həmçinin genişmiqyaslı hücum əməliyyatının keçirilməsi ilə işğal edilmiş ərazilərin azad edilməsi üzrə tapşırıqları yerinə yetirəcək. Kəskin kəsişən ərazi və mürəkkəb dağlıq relyef, həmçinin radioelektron mübarizə şəraitində keçiriləcək təlimlərdə birləşmə və hərbi hissələrin qarşılıqlı fəaliyyəti, qoşunların və atəş vasitələrinin idarə olunması, eləcə də şərti düşmənin müxtəlif diversiya fəaliyyətlərinə qarşı taktiki epizodlar icra ediləcək.

Təlimlərdə Azərbaycan Ordusunun silahlanmasına yeni qəbul edilmiş ən müasir silah növlərinin və hərbi texnikanın tətbiqi ilə müxtəlif poliqonlarda döyüş atışlarının keçirilməsi nəzərdə tutulub.

Bəs bu təlimlərin əhəmiyyəti nədir? Yaxın zamanlarda müharibə başlaya bilərmi?

Sonxeber.az-ın məlumatına görə, hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov Modern.az-a bildirib ki, biz müharibənin birinci mərhələsinin içindəyik.

"Müharibə hələ bitməyib. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev parad zamanı da bəyan etdi ki, hazırda atəşkəş dövrüdür və müharibənin ikinci mərhələsi hər an başlaya bilər".

Hərbi ekspert deyib ki, döyüş hazırlığı planlarına uyğun olaraq adətən yaz-yay ayları sıx təlimlər dövrüdür.

"Çünki hava şərati və digər amillər təlimlərin keçirilməsi üçün əlverişli şərait yaradır. Ona görə də Ermənistan tərəfi də döyüş hazırlığı keçirsə, bu onların hansısa döyüş hazırlığı planlarına uyğun olan tədbirdir. Biz də təlimi hazırlanmış və təsdiq olunmuş plan əsasında keçiririk. Azərbaycanın keçirdiyi təlimlər irimiqyaslıdır. Ermənilər heç vaxt 20 minlik şəxsi heyətlə heç vaxt təlimlər keçirməyiblər. Onların bizim kimi təlimlər keçirməyə iqtisadi və digər imkanları yoxdur. Azərbaycanın bu kimi təlimlərin keçirilməsinə imkanı var. Və bu təlimlərin keçirilməsinin nəticəsində ordumuzun döyüş hazırlığı yüksəlir, mütəxəssisləri öz peşələrində daha da peşəkar olurlar. Ona görə də bu gün Azərbaycan Silahlı Qüvvələri 130 ölkə arasında 50-ci yerdədir".

Ehtiyatda olan polkovnik bildirib ki, müharibə təlimlər zamanı və hər hansı dinc vaxtda da başlaya bilər.

"Məsələn, Aprel döyüşləri təlimlər zamanı başlanılmadı. Bu gün Ermənistan və Azərbaycan Silahlı Qüvvələrinin keçirdiyi təlimlər müharibə şəklinə keçə bilər. Hər kəsə məlumdur ki, dünyanın siyasi arenasında Azərbaycan müəyyən öhdəçiliklər götürüb. Azərbaycan hər zaman hüquq normalarına riayət edən dövlətdir. Ona görə də onun dünyada nüfuzu böyükdür. Ancaq Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev deyib ki, Azərbaycan hər an güc yolu ilə işğal altında olan torpaqlarını azad edə bilər. Əgər beynəlxalq aləm və Ermənistan tərəf konstruktiv mövqe tutmasa, müharibə hər an başlaya bilər. Biz buna hazır olmalıyıq. Bu haqda Silahlı Qüvvələrə Ali Baş Komandan İlham Əliyev tapşırıq da verib".

Hərbi ekspert Azərbaycan Silahlı Qüvvələrinin bu günə kimi keçirdiyi və keçirəcəyi hərbi təlimlərin bir məqsəd daşıdığını vurğulayıb.

"Silahlı Qüvvələrin döyüş hazırlığını maksimum yüksəltmək, hərbi ixtisasçıların peşəkarlığını artırmaq, qısa zaman kəsimində Azərbaycan ərazilərini işğaldan azad etmək və döyüş zamanı itkiləri minimuma endirmək. Bu tapşırıq Silahlı Qüvvələrin qarşısına qoyulub. Bütün təlimlərin məqsədi bu məsələyə bağlıdır".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Müharibə   Baxılıb: 1461   Tarix: 30 iyun 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Füzulidə erməni hərbçisinin meyiti tapıldı

Erməni axtarış qrupları bu gün Füzulidə daha 1 erməni hərbçisinin meyitini tapıblar. xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb. Bununla da 14 noyabr 2020-ci ildən indiyədək aparılan axtarışlar nəticəsində tapılan erməni əsgər meyitlərinin sayı 1580 olub. Axtarışlar Azərbaycan Ordusunu

19 iyun 2021
.

Ermənistan silahlı qüvvələri Tovuz rayonu istiqamətində mövqelərimizi atəşə tutub - MN

İyunun 27-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Berd rayonunun Kolagir kəndi yaxınlığında yerləşən mövqelərdən Tovuz rayonu Qaralar kəndi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub. Müdafiə Nazirliyindən -a verilən məlumata görə

27 iyun 2021
.

Prezident sabiq nazirin oğlunu da təltif etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 26 İyun Silahlı Qüvvələr günü ilə əlaqədar torpaqlarımızın işğaldan azad olunması uğrunda aparılan hərbi əməliyyatlarda iştirak edərək igidlik və şücaət göstərmiş, vəzifə borcunu ləyaqətlə və vicdanla, döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş 76 mi

26 iyun 2021
.

Azad olunan ərazilərdə aşkarlanan minaların SAYI

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumatı təqdim edib. ANAMA-dan -a verilən məlumata görə, iyulun 12-dən 17-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan əməliyyat-axtarış tədbirlər

17 iyul 2021
.

Taras Kuzio: "Ermənistanın mina xəritələrini verməməsi beynəlxalq ictimaiyyət tərəfindən qınanmalıdır"

Ermənistanın minalanmış ərazilərin xəritələrini təqdim etməkdən imtina etməsi beynəlxalq ictimaiyyət tərəfindən qınanmalıdır. Bunu Ukrayna Milli Universitetinin "Kiyev-Mogilyan akademiyası"nın britaniyalı professoru Trend-ə bildirib. Onun sözlərinə görə, bu məsələ təcili olaraq BMT, Avrop

6 iyun 2021
.

Azərbaycan MN ermənilərin iddialarını təkzib etdi

"Ermənistan mətbuatında Azərbaycan Ordusunun hərbi qulluqçuları tərəfindən sərhədyanı ərazilərdəki otlaq sahələrinin qəsdən yandırılması barədə yayılan məlumatlar bu ölkənin rəsmilərinin növbəti yalanıdır və böhtan xarakteri daşıyır". Bu barədə -a Müdafiə Nazirliyindən bildirilib. "Bi

5 sentyabr 2021
.

Müdafiə Nazirliyindən Əfqanıstandakı Azərbaycan sülhməramlıları ilə bağlı AÇIQLAMA

Azərbaycan Ordusunun 120 nəfərdən ibarət sülhməramlı bölməsi qardaş Türkiyə qüvvələri ilə birlikdə Əfqanıstanda Kabul beynəlxalq hava limanının təhlükəsizliyini təmin etmək məqsədilə xidməti vəzifələrini davam etdirir. xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin verdiyi məlumatda qeyd olunub. Daim

15 avqust 2021
.

Üzeyir Cəfərov: "Hərbçilərin statusu barədə yeni qanun qəbul olunacaq"

"Hərbi qulluqçuların statusu barədə yeni qanun qəbul olunacaq". Bunu ARB24-ün "İşgüzar səhər" verilişinə açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov deyib. O bildirib ki, yeni qanun layihəsində bir çox yeniliklər var:. "Bir sıra sənədlərin və məsələlərin təkmilləşməsinə ehtiya

27 iyun 2021
.

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutuldu

Avqustun 15-i saat 12:00-dan 12:30-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsində yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini fasilələrlə snaype

15 avqust 2021