"Hikmət əvvəlcə qucağıma, sonra ayaqlarıma yıxıldı" — NAİLƏ MİRMƏMMƏDLİNİN İLK DƏFƏ DANIŞDIQLARI

"Hikmət əvvəlcə qucağıma, sonra ayaqlarıma yıxıldı" — NAİLƏ MİRMƏMMƏDLİNİN İLK DƏFƏ DANIŞDIQLARISonxeber/az "Ölkə.Az"-;n əməkdar incəsənət xadimi, tanınmış bəstəkar Nailə Mirməmmədliylə müsahibəsini təqdim edir.
- Ən bahalı mahnılarınızdan danışırdıq...

- Çox hörmətli adamdır, onun şeirlərinə mahnı yazıram. Elə oxuyanlar da var ki, səsinə görə mənim mahnımı oxumağını xahiş edirəm. O vaxt elə şairlərimiz var idi ki, özləri sözlərinə mahnı yazmağımız üçün sponsorluq edirdilər.

- Məsələn?

- Könül Nazimqızı Röyanın oxuduğu "Bilərsənmi" mahnısının söz müəllifidir. Həmçinin Xuraman Vəfa da həm aranjemanın, həm də bizim qonorarımızı ödəyib. Ən tutarlı mahnılar da onların sözlərinə yazdığımız mahnılar olub. Təxminən 17-18 il əvvəl dörd yüz dollar böyük məbləğ idi. Həmin məbləğdə qonorar müqabilində o mahnıları yazmışıq. İndi əsas pul aranjemana gedir. Əgər müğənni uzunboğaz çəkməyə üç min beş yüz manat pul verirsə, deməli, mahnıya da normal qonorar ödəyə bilər. Həm də sənətçiyə zəmanət verilir ki, bu mahnı efirdə oxunsa, populyarlıq qazanacaq.

- Mahnının uğur qazanacağına nəca zəmanət verə bilərsiniz?

- Çalışıram ki, yazdığım mahnıların melodiyasını yadımda saxlamayım. Bu, peşəkarlığın sirridir. Yadda saxlamamalısan ki, digər mahnı əvvəl yazdığının balası olmasın. Tofiq Quliyev deyirdi ki, beyninə gələn melodiyanı yazmadınsa, özgənindir.

- Bahalı əsərlə bağlı suala tam cavab vermədiniz...

- Nejla adlı bir müğənniyə mahnını səkkiz minə vermişdim, amma aranjemana çox pul xərclədik. Röyanın da mahnıları çox bahalı olub.

- Belə anladım ki, ən bahalı mahnılar populyar olmayan sənətçilərə verilir...

- Röya bu dəqiqə ulduzdur da.

- Amma Röya 18, yaxud 8 minə mahnı alıbmı sizdən?

- Əlbəttə, alıb.

- Hansı mahnını?

- Röyanın elə mahnıları var ki, aranjemanla birlikdə 15-20 minə başa gəlib. Çünki bəzi mahnıları Türkiyədə, bəzilərini hətta hazırda Amerikada yaşayan Emin Kərimiyə aranjeman etdiririk. Emin Bülbül adına Musiqi Məktəbində mənim tələbəm olub, çox istedadlı oğlandır.

- Deyərdim ki, bəlkə atası Siyavuş Kərimindən də istedadlı musiqiçidir.

- Emin tələbəm olub, nəyə qadir olduğunu bildiyim üçün də tərifləyirəm. Çox istedadlı oğlandır. Sadəcə, heç vaxt özünü reklam etməyib.

- Olubmu ki, hətta böyük məbləğ qarşılığında belə mahnınızı satmaqdan imtina edəsiniz?

- Çox olub.

- Deyəsən 6-8 ritmində mahnılarınız azdır...

- Var, bu yaxınlarda xalq artisti Gülyaz Məmmədovaya vermişəm. Səbinə İlyasovayla da silsilə mahnılarımız var. Həmin silsilədə həm mənim, həm də Hikmətin yazdığı ritmik mahnılar var.

- Hədiyyə etdiyiniz əsərlər də olar...

- Brilyant xanıma çox mahnılar hədiyyə etmişəm. Xüsusən Səməd Vurğunun 90 illiyinə yazdığım "Ana" romansını qeyd edərdim. Aranjemansız, fortepianoda ifa etdim, Brilyant xanım da çox gözəl oxudu. Bu yaxınlarda İzmir Konservatoriyasının müəllimi olan bir türk o mahnının ifa edib, mənə göndərib.

- Ən güclü təqdimatçınız kimdir?

- Məndən yaxşı oxuyan təqdimatçını güclü hesab edirəm. Brilyant xanımla çox işləmişəm deyə, istədiyimi ondan ala bilmişəm. Röyada isə tembr inandırıcıdır, istədiyimi ala bilirəm.

- Bu yaxınlarda tanınmış bəstəkar Tahir Əkbər vəfat etdi. Həyat yoldaşı Aybəniz xanım mətbuata açıqlamasında bildirmişdi ki, bəzi sənətçilər gözlənilən münasibəti sərgiləmədilər, hətta dəfn mərasiminə gəlməyənlər də oldu. Hikmət müəllim vəfat edəndə dostluğunuza, münasibətə xilaf çıxan sənətçilər oldumu?

- Tahir Əkbərin vəfatı ağır itkiydi, o da müəllimim olub. O ki qaldı sənət adamlarına, tamaşaçı onları daha çox qalmaqalla tanıyır. Amma sənətçilərin insani keyfiyyətlərini üzə çıxaran jurnalistlər azdır. Onların necə çətin həyat yaşadıqları haqda heç yazmırlar. Biz bir dəfə toya gedirik, həmin gün səs-küydən gəlib yata bilmirik. Bunlar günorta səsyazmada, axşamüstü məşqdə, axşam toyda olurlar. Çox çətindir... Əksər sənətçilər Hikmət vəfat edəndə yanımdaydı. O anlarda heç nəyi görmürdüm, heç nəyi eşitmirdim. Amma indi yadıma düşən bəzi məqamlar var. Nazpəri xanım ağı deyirdi və məni silkələyirdi ki, niyə ağlamırsan? Camaat hamısı hönkürürdü, mən donub qalmışdım. Röya elə bil hardansa uçub o an yanıma gəldi. Ruhi də yanımdaydı. Faiq Ağayev Rusiyada mədəniyyət naziri Əbülfəs Qarayevin də iştirak etdiyi "Azərbaycan günləri" adı altında keçirilən tədbirdəydi. Deyir ki, xəbəri eşidəndən sonra ağ kostyumda oturdum torpağın üstünə. Hansı ki çox titiz insandır. Əbülfəs müəllim də çox pis olmuşdu. Təcili yardım maşınına oturmuşdum, ilk zəng Faiq Ağayevdən gəldi.
- Xəstəxanada vəfat etdi?

- Yox, biz AZTV-vnin əməkdaşı Sevinc Mütəllibovanın ad gününə getmişdik. Qonaq getməzdən əvvəl Nazpəri xanım zəng vurdu ki, sizinçün darıxıram, yanınıza gəlmək istəyirəm. Gəldi, xeyli söhbətləşdik, dedik-güldük. Cəmi bir həftə əvvəl bir ailədə iki nəfərə əməkdar incəsənət xadimi fəxri adı verilmişdi. Nazpəri xanım dedi ki, bəlkə ad gününə getməyəsiniz, sizdən ayrılmaq istəmirəm. Hikmət dedi ki, getməzdim, amma qorxuram deyərlər ki, bir həftə əvvəl ad aldılar, yekəxana oldular. Oğlum Ələkbər yaşyarımlıq idi. Uşaq oturdu qucağına, başladı ağlamağa. Dəhlizdə oturub dedi ki, uşaq məndən doysun sonra gedərəm. Nazpəri xanım dedi ki, gedin, mən də bir-iki işim var, onları görüm, sizə gələcəyəm. Neçə gün əvvəldən Hikmətə soyuq tər gəlirdi, yalvarırdım ki, Həkimə gedək, sözümə qulaq asmırdı. Bir gün əvvəl də anama təcili yardım gəlmişdi. Anamgil qonşuluqda yaşayırdılar. Həkim dedi ki, bəlkə sizin də kardioqrammanızı çəkək, nəsə dərinizin rəngi xoşuma gəlmədi. Dedi ki, yuxudan durmuşam, bəlkə ona görədir. Heç həkimə getməyi xoşlamırdı, ancaq məni aparırdı həkimlərə.

- Və məclisə getdiniz...

- Məclisdə Xuraman Vəfa həyat yoldaşıyla, Almaz Ələsgərova da var idi. Hamısının əhvalı qəribə idi. Hikmətə dedilər ki, bəlkə içki içəsən, etiraz elədi. Dedi, olar ki, bu gün evə tez gedək? Ayağa durdu və birdən dedi ki, mən getdim. O sözü deməyi ilə yıxılmağı bir oldu. Həkim çağırdıq, dedi ki, məni indi niyə çağırmısınız, bu keçinib. İnanmaq istəmirdim... Əvvəl qucağıma, sonra ayaqlarıma yıxıldı Hikmət. Güclə tuturdum onu.

- Bəs ətrafdakı insanlar?

- Hamısı şokdaydı. Mən yerdə Hikmətlə oturmuşdum, ətrafımız insanla dolu idi. Ancaq dəqiqliklə hər şey yadımda deyil. Təcili yardıma oturanda dedilər ki, aparaq ekspertizaya, etiraz etdim. Dedim ki, övladları onu görməlidir. Evdə hiss etdim ki, qərarları mən verməliyəm. Onun və özümün nişan üzüklərimizi barmağıma taxdım, ayaqqabılarımı əlimə aldım və onu çiynimə atıb təcili yardım maşınına düşürdüm. Onları necə etmişəm, bilmirəm. Yolda Faiq Ağayev zəng vurdu. May ayının 22-i idi, 23 may isə mənim doğum günümdür. On bir ildir ad günümdə ehsan verirəm. Deyirlər ki, əkizlər bürcündən olan insanlar ora-bura vurnuxan olurlar. Ancaq mən taleyimdən şikayətçi deyiləm. Camaat bir il yaşayır, elə əziyyət çəkir ki. Mən bu insanla 25 il xoşbəxt ömür sürmüşəm. Xoşbəxtəm ki, onu tanımışam.

- Fəxri Xiyabanda dəfn edilməyini özünüz istəmədiniz?

- Əbülfəs Qarayev mənimlə danışdı, dedi ki, istəyirsənsə, İkinci Fəxri Xiyabanda dəfn edilsin. Dedim ki, yox, oğlunun yanında dəfn ediləcək. Yasamal qəbristanlığında dəfn edilib.

- Oğlunuzla bağlı danışdığı nələrsə olurdu?

- Çox fikir çəkirdi. Ələkbər həyata gələndən sonra fikri bir az dağılmağa başladı. Amma otururdu dəhlizdə, deyirdi ki, oğlumun ruhunu burda gördüm.

- İcazənizlə mövzunu bir qədər dəyişək. Son vaxtlar bir-birini xatırladan səslər və ifalar xeyli artıb.

- Deyirlər ki, bir xalqı məhv etmək üçün onun dilindən və mədəniyyətindən başlamaq lazımdır. İfaçılar elə bilirlər ki, bir mahnı oxuyub, toylara getməklə işlər düzəlir. Başa düşürəm, hamı yaxşı qazanmaq, ailəsini daha yaxşı dolandırmaq istəyir. Sənəti olub, repertuarında yeniliklər etməyən ifaçılardan daha çox umuram. Məsələn, Elton mənim tələbəm olub, Sumqayıtdan Bakıya gəlirdi. O, oxuduğunu dərk edə bilir, düşünüb oxuyur, yaradıcıdır, repertuarında mənim mahnılarım da var. İstərdim ki, özünü çətin musiqilərdə də sınasın. Söhbət təkcə mənim əsərlərimdən getmir. Elton, Abbas, Nurlan Növrəsli, Ayaz, Ramal istedadlı ifaçılardır. Məsələn, yanıma tələbə gələndə Elmira Rəhimovanın ifalarını verirəm, dinləyir. Əvvəldə adını çəkdiyim ifaçıların hansı ifasını gələcək ifaçılara təqdim edə bilərəm ki, dinləyin, öyrənin?

- Elə ifaları yoxdur?

- Bəlkə də mənim rastıma çıxmayıb. Tarixdə qalacaq mahnıları yoxdur. Əgər istəsələr, romanslar, ciddi əsərlər oxuyub, tarixdə qala bilərlər və umduğum da budur. Düşünməsinlər ki, filankəs bu üslubda oxuyubsa, mən də oxumalıyam.

- Məsələn?

- Bir-birini təkrarlayanda onların səsini qarışdırıram. Gözəl ifaçılardır, amma hər birinin öz yolu olmalıdır.

- Sizcə kim kimi yamsılayır? Məsələn, bu yolun Eyyub Yaqubova məxsus olduğunu deyə bilərik?

- Eyyub gözəl ifaçıdır, amma ifa etdiyi "blotnoy" mahnılardır. Qəşəng mahnılardır, ancaq bugünkü əhvalımıza görə qulaq asa bilərik. Tarixdə qalacaq mahnıları yoxdur.

- Röyanın ifasında tarixdə qalacaq mahnı var?

- Röyanın oxuduğu "Söylə" mahnısı, Vüqar Camalzadədən oxuduğu mahnılar yaxşı alınıb və tarixdə qalacaq. Onun da repertuarında zəif mahnılar var. Ancaq yenə də sakitləşmir. Arada gəlib deyir ki, oxumaq istəyirəm, mənə repertuar düzəldin.

- Təcrübədə bəstəkarların üzə çıxartdığı sənətçilərimiz olub. Məsələn, Ələkbər Tağıyev bir neçə müğənninin məşhurlaşmasında böyük rol oynayıb. Vaqif Gərayzadədən sonra isə belə bir təcrübə yoxdur. Hansısa müğənnini öhdənizə götürüb məşhurlaşdıra bilərsinizmi?

- Səhnədə olan əksər müğənnilər bu evdən çıxıb. Bəyimxanımın beş yaşı var idi. Çox gözəl ifaçıdır. Sonradan Bülbül adına Musiqi Məktəbində rəhmətlik Ağaxan Abdullayevin sinfində oxudu. Amma həmişə sıx əlaqədə olmuşuq, mahnılarımı oxuyub.

- İndi əlaqəniz var?

- Bəli, var. O gün Ehtiram Hüseynov bizə gəlmişdi. Ona yeni mahnı verdim. Dedi ki, Nailə xanım, "Bənövşə" uşaq xorunda siz mənə dərs keçmisiniz. Onu ayrıca öyrədirdim. Həmişə deyirdim ki, sənin səsin xüsusi səsdir. İndiki zamanda ətrafımda çox istedadlı tələbələrim var. Məsələn, Röya səsinin effektinə, fakturasına görə məşhurlaşdı. İndiki zamanda gərək bu neçə villa satsın ki, o pulla məşhurlaşsın. Telekanallarda paket söhbəti çıxıb. Deyir ki, paketin pulunu ver, səni reklam edim. Ha özümü öldürsəm, buna qulaq asın, onları elə şey maraqlandırmayacaq. Şövkət Ələkbərovanın səsini xatırladan tələbəm var.

- İstərdim ki, illərdir səhnədə olub, amma ciddi işlər görməyən məşhur sənətçilərdən də danışaq...

- Səbinə İlyasovanın səsini, tembrini çox istəmişəm. Özü də gözəl insandır. Ancaq hər görəndə əsəbləşmişəm ki, sən niyə özünə qarşı belə laqeydsən. Yaxşı da repertuarı var. Başı ailə problemlərinə qarışdı, efirlərdən uzaqlaşdı. Azər Zeynalovun səsi üçün də çox darıxmışam. Bu səsə ehtiyac var. Surxay adlı tələbəm var. İndi radioların birində aparıcı kimi çalışır. Halbuki möhtəşəm səsi var. Dedi ki, bu sahədən iyrəndim. On iki yaşında simfonik orekstrlə oxuyan uşaq idi, hətta Ümummilli lider Heydər Əliyev tərəfindən adı istedadlar kitabına salınmışdı. Hayıf o səsdən.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Mədəniyyət   Baxılıb: 2898   Tarix: 08 iyul 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

İnsult keçirən Arif Babayevdən XƏBƏR VAR

Oğlu Yaşar Babayev Xalq artisti Arif Babayevin səhhətindən bəhs edib. xəbər verir ki, Y.Babayev MTV-yə açıqlamasında xanəndənin müalicəsinin yaxşı getdiyini deyib. O bildirib ki, atası hazırda Türkiyədə həkim nəzarətindədir:. "Atam yavaş-yavaş sağalır. İki həftəyə Azərbaycana qayıdacaq. İnsult keçirmişdi

16 iyul 2021
.

"İslam Rzayev, Həbib İsmayılov və Habil Əliyev mənə deyirdilər ki, gəl bizimlə "yaşa""

Xalq artisti Tükəzban İsmayılova yolda məni görüb, üzümə bir şillə vurdu, mən də onu təpiklə vurdum. "Mənim sənətdə qarşımı İslam Rzayev, Həbib İsmayılov və Habil Əliyev kəsdi. Mənə deyirdilər ki, gəl bizimlə "yaşa", mən də o yolun yolçusu deyildim. Gözəl qız idim, amma evli deyildim

13 iyul 2021
.

Alişan Bakıdadır - Konsert verəcək + FOTO

Türkiyəli müğənni Alişan Bakıdadır. xəbər verir ki, bu barədə ifaçı instaqram hesabında yazıb. Alişan paytaxtda məkanların birində konsert verəcək. Qeyd edək ki, bundan əvvəl Alişanın bu yay Bakıda planlaşdırdığı konserti təxirə düşmüşdü

11 sentyabr 2021
.

Beşinci əsrə aid qədim Qum məbədi necə qorunur? – VİDEO

Azərbaycanın hər daşında bir tarix var. Qaxda yerləşən Qum məbədi də tariximiz üçün ən dəyərli abidələrdən hesab olunur. Bu tikili qədim albanların şimal-qərb bölgəsindəki dini məbədlərinin mərkəzi kimi bilinir. Ancaq, Baku TV-nin qaynar xəttinə məbəddə mühafizəçinin olmadığı, məbədin həyətində hasarı

18 iyul 2021
.

Sayı 100-dən artıq Gəncə bəy evləri – VİDEO

Gəncə bəylərinin evinin yaşı XVII əsrin əvvəllərinə təsadüf edir. XVII əsrin ortaları və XIX əsrin əvvəllərində xüsusi memarlıq üslubunda tikilən belə evlərin sayı daha da artıb. Buna səbəb XVII əsrdən başlayaraq Gəncədə yaşayan və əsasən ticarətlə məşğul olan insanların digər ölkələrlə ticarət əlaqələr

12 sentyabr 2021
.

Vaqif Gərayzadədən ÜZÜCÜ XƏBƏR

Bəstəkar Vaqif Gərayzadə koronavirusa yoluxub. xəbər verir ki, bəstəkar ev şəraitində müalicə olur. V.Gərayzadənin səhhətində ciddi bir şey yoxdur, vəziyyəti yaxşıdır

27 avqust 2021
.

"Bizim Cəbiş müəllim"in Makedonu - Tanya ilə öpüş səhnəsində qəsdən səhvə yol verən kababçı Aqil

1969-cu ildə "Azərbaycanfilm" kinostudiyasında istehsal olunmuş "Bizim Cəbiş müəllim" Azərbaycan kino sənətinin incilərindəndir. Filmin ekrana çıxmasından illər ötsə də, bu gün də ona sevə-sevə baxılır və Azərbaycan tamaşaçısı heç vaxt "yoruldum" demir. Hərbi kinopovestdək

22 avqust 2021
.

Azərbaycan xalçalarının daha geniş tanınması üçün QR kod sistemi tətbiq edilir - FOTO

"Azərxalça" ASC Azərbaycan xalçalarının daha geniş miqyasda tanınması üçün QR kod sistemi tətbiq edir. Toxunan xalçaların hər birinin arxasında xüsusi QR kodlar yerləşdiriləcək. Bu barədə -a "Azərxalça" ASC-nin mətbuat katibi Xatuna Abdullayeva məlumat verib. O bildirib ki, buna qədə

10 sentyabr 2021
.

Yaqub Zurufçunun dəfn olunacağı yer AÇIQLANDI

Koronavirusdan vəfat edən Əməkdar artist Yaqub Zurufçunun dəfn olunacağı yer müəyyənləşib. xəbər verir ki, Yaqub Zurufçu bu gün "Qurd qapısı" qəbristanlığında Xalq artistləri Arif Quliyev və Rəmişin məzarları yanında torpağa tapşırılacaq. *. Koronavirusdan vəfat edən Əməkdar artist Yaqub Zurufç

15 sentyabr 2021