İcra başçısının başından güllələnən mühafizəçisinin vəziyyəti necədir?

İcra başçısının başından güllələnən mühafizəçisinin vəziyyəti necədir?Hazırda Gəncə Beynəlxalq Hospitalında müalicə alan şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin mühafizəçisi Qasım Aşbazov gələn həftə evə buraxılacaq.

Sonxeber.az xəbər verir ki, xəstəxanadan modern.az-a verilən məlumata görə, Q.Aşbazovun səhhəti normaldır:

"Əməliyyat sonrası prosedurlar həyata keçirilir, müalicəsi davam etdirilir. Özünü yaxşı hiss etdiyi üçün növbəti həftə evə buraxılacaq".

Daha əvvəl verilən məlumata görə, Aşbazov xəstəxanaya daxil olan kimi, dərhal əməliyyata götürülüb. Amma həmin anda belə həyati təhlükəsi olmayıb. Mühafizəçi başından və böyründən iki güllə yarası alıb. Başına vurulan güllə beyinə nüfuz etmədiyindən həyati təhlükəsi olmayıb.

Xatırladaq ki, iyulun 3-də Gəncə şərinin icra başçısı Elmar Vəliyev və onun mühafizəçisi Qasım Aşbazov İcra Hakimiyyətinin inzibati binasının qarşısında odlu silahdan açılan atəş nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdiriliblər.

Respublika Baş Prokurorluğunun, Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə məlumatına görə, cinayəti törədən 1983-cü ildə Gəncə şəhərində anadan olmuş Yunis Səfərov tutularaq, tərksilah edilib.

Respublika Baş Prokurorluğunun, Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə məlumatına görə, fakt üzrə Baş Prokurorluqda Cinayət Məcəlləsinin 29, 120.2.3-cü, 120.2.7-ci (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar qəsdən adam öldürməyə cəhd) və 228-ci (qanunsuz olaraq odlu silah əldə etmə) maddələri ilə cinayət işi başlanıb. Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin təcrübəli əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb. Faktla bağlı görülən tədbirlər ölkə Prezidentinin şəxsi nəzarətindədir.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 8657   Tarix: 09 iyul 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Azərbaycanlı jurnalist Kiyevdə vəfat etdi

Ukraynada yaşayan azərbaycanlı jurnalist İdrak Camalbəyli dünyasını dəyişib. -ın verdiyi xəbər görə, bu barədə məlumat sosial şəbəkələrdə yayılıb. Onun Kiyevdə ürəktutmasından vəfat etdiyi bildirilir

29 mart
.

"Mənə vəzifəli şəxsin köməyi ilə 185 min dollar ziyan vurub"

Kikboksinq üzrə üçqat dünya çempionu, Əməkdar idman ustası Elman Mirzəyevin həbs edilməsi ilə nəticələnən cinayət işi haqda bəzi məqamlar üzə çıxıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, dələduzluqda ittiham edilən tanınmış idmançının həmin əməlləri tək törətmədiyi iddia edilir. Belə ki

29 mart
.

Mingəçevirdə yaşayış binasında baş yanğınla bağlı RƏSMİ AÇIQLAMA - VİDEO - YENİLƏNİB

FHN-in "112" qaynar telefon xəttinə Mingəçevir şəhərində H. Hüseynov küçəsində yeddimərtəbəli yaşayış binasının beşinci mərtəbəsində mənzildə yanğın baş verməsi barədə məlumat daxil olub. Bu barədə -in sorğusuna cavab olaraq FHN-dən bildirilib. "Hadisə ilə əlaqədar FHN-in yanğından mühafiz

28 mart
.

"Seyran Ohanyan həbs olunmalı və layiq olduğu cəzanı almalıdır" - DEPUTAT

Ermənistanın keçmiş müdafiə naziri, parlamentdə "Ermənistan" fraksiyasından deputat olan Xocalı qatili Seyran Ohanyan Qazaxın işğal altında qalan kəndlərinə gəlib.Bağanis Ayrım və Əskipara kəndlərində məskunlaşan ermənilərlə görüşən Ohanyan onları müqavimət göstərməyə çağırıb. Bildirib ki

29 mart
.

Azərbaycanda yeni televiziya fəaliyyətə başlayacaq

Azərbaycanda ilk sosial televiziya fəaliyyətə başlayacaq. Bu barədə -a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən xəbər verilib. Qeyd edilib ki, 02.04.2024-də Azərbaycanda ilk sosial televiziya nümunəsi olan DOST TV – internet televiziyası fəaliyyətə başlayacaq

29 mart
.

Şuşada işçilərin maaşını verməyən şirkət 20 min cərimələndi

"MT Construction" tikinti şirkəti Şuşa şəhərinin "Dəmir Yumruq" küçəsində yerləşən yaşayış binalarında insanları işə cəlb edib, maaşlarını vermədiyi üçün cərimələnib. Qaynarinfo-nun məlumatına görə, "MT Constructıon" MMC tikinti işlərinə 10-a yaxın şəxsi rəngsaz-suvaqç

29 mart
.

Ramiz Mehdiyev məhkəmə qarşısında: Sürücülük hüququndan məhrum edilə bilər

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) keçmiş prezidenti Ramiz Mehdiyev barəsində inzibati iş başlanıb. "Qaynarinfo" xəbər verir ki, Ramiz Mehdiyev İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə ittiham edilir. İş baxılması üçün Suraxanı Rayon Məhkəməsinə göndərilib. Pərviz Murado

28 mart
.

Bacısının dırnağı 6 aylıq körpəni xəstəxanalıq etdi - Foto

Bakıda özəl klinikalardan birində boğazında plastik dırnaq qalan 6 aylıq körpə xilas olunub. "Qafqazinfo" xəbər verir ki, bu barədə uşaq cərrahı, uroloq Fuad Hüseynov sosial şəbəkə hesabında yazıb. Onun sözlərinə görə, hadisə İsmayıllı rayonunda qeydə alınıb. Belə ki, uşaq bacısının plasti

28 mart
.

Azərbaycanda taksilər ağ və qırmızı rəngdə olacaq

Taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin xarici tərtibatına dair tələblər müəyyənləşib. APA-ya istinadən xəbər verir ki, bu, Nazirlər Kabinetinin bu gün təsdiqlədiyi "Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə oluna

28 mart