30 yaşına kimi necə Milyonçu olmaq olar?

30 yaşına kimi necə Milyonçu olmaq olar?Nə qədər fantastik görünsə də, bunu sıfırdan edən milyonçular var və bu işi siz də görə bilərsiniz. Məktəbdən atılanlar, kolleci yarımçıq qoyanlar, dəfələrlə eyni işdə uğursuz olub ruhdan düşməyənlər və qurban verməyi bacaranlar. Bu sırada olanlar hələ çoxdur. Bir şeyi, həqiqətən arzuladıqda, bütün hüceyrələrinizdə hiss etdikdə, bacarmağı həqiqətən istədikdə bütün kainat sizə yardım edir. Arzulamağı bacarın əvvəlcə. Çox şey istəməkdən çəkinməyin. Çünki xəyal dünyanız heç kəsin limit qoya bilməyəcəyi yeganə toxunulmaz sahədir.

Milyonçu olmaq istəyirsiniz? Əgər cavabınız təstiqdədirsə, buyurun tanınmış milyonçuların təcrübələrinə əsaslanan 10 məsləhəti bölüşürük:

Pulu izləyin

Bu günün iqtisadiyyatı olduqca dəyişkəndir. Gəlirlərinizi necə artıracağınızı düşünün. Pulun gəldiyi nöqtəni tapmağa çalışın. Pula fokuslanın. O necə gəlir, hansı istiqamətlərdə artır. Bütün bunları detallı düşünün. Ancaq unutmayın ki, pul sadəcə arzular üçün vasitədir. Arzularınız üçün pulu düşünün.

Göstəriş üçün deyil, dəyər yaratmaq üçün çalışın

Əgər dünyanın ən varlı, sıfırdan milyonçu olan fenomenlərinə diqqət yetirsəniz, onların necə sadə həyat tərzi yaşadıqlarını da görə bilərsiniz. Maddi vasitələr üçün milyonçu olmağa dəyməz. Bütün cisimlər sonda məhvə məhkumdur. Hislər və dəyərlər isə əbədidir. Heç kəs bir dəyəri məhv edə bilməz, çünki sizin fantaziyanız limitsizdir, toxunulmazdır.

İnvestisiya üçün qənaət edin, pul yığmaq üçün deyil

Pul yığmaq üçün ən məntiqli səbəb investisiyadır. Çünki pul pulu gətirə bilər. Vaxt və pul bir-birinə çox bənzəyir. Hər ikisini düzgün investisiya etdikdə qazandırır.

Ödəyə bilməyəcəyiniz borclardan qaçın

Qaytarmaq qabiliyyətində olmadığınız borcları almamağı iş prinsipinizə çevirin. Borc alarkən də investisiya mexanizmini düşünün. Aldığınız borcu qaytardınız tutaq ki, bəs bu borcdan əvvəl və sonraya nəzər salsanız, nə qazanırsınız? Gördüyünüz hər işin əvvəl və sonrasını yaxşı-yaxşı nəzərdən keçirin. Borclarınız belə sizi milyonçu edə bilər, sadəcə düzgün qərar vacibdir.

Pulunuza sevgiliniz kimi davranın

Hər kəs maliyyə müstəqilliyi istəyir. Lakin istəmək sadəcə hiss olaraq qalanda nəticə olmur. İstəkləri hərəkətlərə çevirmək lazımdır. Pul da qadınlar kimi diqqət istəyir. Siz onu arxa plana atsanız, o da sizi arxa plana atacaq. Əgər siz onu sevməsəniz, onu başqa istəyənlərin həmişə olduğunu unutsanız, pul sizdən gedəcək.

Pul yatmır

Pul saatlar, zaman, cədvəllər və tətillərdən bixəbərdir. Pul elə insanları sevir ki, o insanlar günün hansı saatı, tətilin hansı günü olur-olsun qarışqa kimi çalışsınlar. Pul çalışmağı sevən insanları sevir. Əgər sıfırdan milyonçu olmuş iş adamlarının həyatına baxsanız, hələ uşaqlıqdan iş etikasına yiyələndiklərini görərsiniz. Çalışmaq pul qazanmağın qızıl qaydasıdır.

Kasıb olmaq yaxşı bir şey deyil

Hər kəs həyatında maliyyə çətinlikləri ilə üzləşir. Bəzən insanlar pulsuzluğu insani keyfiyyətlərlə qarışdırırlar. Bill Gates-in dediyi kimi: "Kasıb doğulmaq sizin günahınız deyil, kasıb ölmək isə sizin günahınızdır."

İşi biləndən öyrənin

Demək olar ki, əksəriyyətimiz, orta və aşağı gəlirli təbəqədən sayılırıq. Lakin bunu dəyişmək öz əllərimizdədir. Sizdən əvvəl milyonçu olmuş milyonlarla insan var. Onların təcrübəsi sizin üçün var. İstifadə edin. Əmin olun ki, onların nə vaxtsa qarşılaşmış olduqları problemlər sizi də gözləyir. Nəticə etibarı ilə eyni yolu gedirsiniz axı. Sadəcə sizdən əvvəlkilərin etdiklərini təkrarlamaqla siz də bacara bilərsiniz.

$10 milyon hədəf qoyun, əgər $1 milyon istəyisinizsə

İnsanların uğursuzluğunun əsas səbəbi böyük düşünməməkdir. Arzular limitlənməməlidir. Hər zaman ən fantastik hədəflərlə işə başlayın, bir də baxacaqsınız ki, imkansızı bacarmısınız. Bu dünyada pul qıtlığı yoxdu. Yeganə qıtlıq arzulardadır. Çox istəməkdən çəkinməyin. (Banco.az)


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1759   Tarix: 09 iyul 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Kondisioner alarkən nələrə diqqət etməliyik? - VİDEO

Havaların istiləşməsi ilə kondisionerlərə tələbat artıb. -ın məlumatına görə, elektronika mağazalarında kondisioner qiymətləri 700 manatdan 2 900 manata qədər dəyişir. Mütəxəssislər bildiriblər ki, kondisioner alarkən ilk önəm verilməli məsələ otağın ölçüsüdür. Ətraflı süjetdə:

21 aprel
.

"Milyonçular" görüşdülər: DJ Fateh və Kənan İmirzalıoğlu bir arada

Aparıcı və DJ Fateh Türkiyədə aparıcı və aktyor Kənan İmirzalıoğlu ilə görüşüb. xəbər verir ki, onlar K.İmirzalıoğlunun aparıcısı olduğu "Kim milyoner olmak ister?" televiziya şousunun studiyasında görüşüblər. DJ Fateh həmin anın görüntüsünü sosial şəbəkə hesabında paylaşıb. O, şəkilə "Milyonlu

21 aprel
.

Alimlərdən 18-ci əsrə aid UNİKAL TAPINTI

Lüdvik Hirşfeld İmmunologiya və Eksperimental Terapiya İnstitutundan olan antropoloqlar 18-ci əsrə aid bir məzarda damaq yarığını düzəltmək üçün ilk növ protez tapıblar. Yarıq damaq, həmçinin canavarağız və ya dovşandodaq kimi tanınan, üz-çənə nahiyəsinin funksional pozğunluğu ilə müşayiət edilən nadi

14 aprel
.

"Vaxtımız azdır, qlobal istiləşmənin qarşısını almaqdan ötrü..." - Maskdan HƏYƏCAN TƏBİLİ

"Bəşəriyyətin dayanıqlı enerjiyə keçməsi üçün çox da vaxtı qalmayıb". Bunu ABŞ-li milyarder və sahibkar İlon Mask "X" sosial şəbəkəsində bildirib. O, bəşəriyyətin qlobal istiləşmənin ciddi nəticələrinin qarşısını almaqdan ötrü tədbirlər görmək üçün cəmi bir neçə ilinin qaldığını söyləyib

14 aprel
.

Ən kiçik süni intellekt modeli olan Phi-3 Mini-ni təqdim edildi

Microsoft şirkəti yeni kiçik və yüngül süni intellekt modeli Phi-3 Mini-ni təqdim edib. Yeni modelin xüsusiyyətləri böyük marağa səbəb olub. xarici KİV-ə istinadən xəbər verir ki, daha kiçik ölçüsü ilə Phi-3 Mini, GPT-3.5 kimi böyük dil modelləri ilə eyni tutuma malikdir, lakin daha az resurs sərf edir

24 aprel
.

Telefonunuzu masanın üstünə ekranı aşağı qoymalısınız – SƏBƏB

Bəzi istifadəçilər smartfonlarını həmişə ekranı aşağı vəziyyətdə qoyurlar. Çox vaxt başqaları elə düşünür ki, smartfon sahibi bunu bəzi məlumatları onlardan gizləmək üçün edir. Hətta el arasında belə bir məsəl də var: "Görünür, o, zəng edənlərin adlarını görməyimizi istəmir". Ancaq çox vax

21 aprel
.

"Son qəpiyimi də sənə xərcləmişəm": Valideylərin uşaqlardan imtahan gözləntisi - ARAŞDIRMA

Hər ilin mart və iyun ayları 9-11-ci sinif şagirdlərinin həyatında ən gərgin vaxtdır. Bu zaman onlar gələcək yollarını müəyyən edən buraxılış və blok imtahanlarının həyəcanını yaşayırlar. Təəssüf ki, hər şagird bu böyük stressin öhdəsindən gələ bilmir. Mövzu ilə bağlı "Kaspi" qəzeti məqal

14 aprel
.

Braziliyada qadın ölmüş qohumunu banka gətirdi: İmzası ilə kredit almaq istədi - VİDEO

Braziliyanın Rio-de-Janeyro şəhərində qadın ölmüş dayısını banka gətirib və onun imzasından istifadə edərək kredit əldə etmək istəyib. Kişinin solğun və hərəkətsiz görüntüsü bank işçilərinin diqqətini cəlb edib. Qadından bunun səbəbini soruşduqda o, kişinin başını dik tutaraq, onun əli ilə öz adına kredi

21 aprel
.

Telefonunuzu masanın üstünə ekranı aşağı qoymalısınız – SƏBƏB

Bəzi istifadəçilər smartfonlarını həmişə ekranı aşağı vəziyyətdə qoyurlar. Çox vaxt başqaları elə düşünür ki, smartfon sahibi bunu bəzi məlumatları onlardan gizləmək üçün edir. Hətta el arasında belə bir məsəl də var: "Görünür, o, zəng edənlərin adlarını görməyimizi istəmir". Ancaq çox vax

17 aprel