Ailənin tək oğullarının əsgər aparılıb-aparılmayacağına aydınlıq gətirildi

Ailənin tək oğullarının əsgər aparılıb-aparılmayacağına aydınlıq gətirildiErmənistanın yeni hökuməti ötən həftə "Hərbi xidmət və hərbçinin statusu haqqında" qanuna dəyişikliklər edib. Yeni dəyişikliklərə əsasən, Ermənistanda ölən hərbçilərin qardaşları və övladları orduda xidmətdən azad olunacaqlar. Amma bu şəxslər ailədə tək oğul qaldıqları halda hərbi xidmətdən azad ediləcəklər.

Qeyd edək ki, bu qanun 1991-ci ilin dekabrına qədər qüvvədə olub, lakin sonradan ləğv edilib.

Hərbi xidmətə çağırışla bağlı belə bir dəyişiklik edilməsi barədə vaxtaşırı Azərbaycan cəmiyyətində, hətta Milli Məclisdə müəyyən təkliflər səslənir, tək övladların hərbi xidmətə çağırılmaması və ya ön cəbhəyə aparılmamasına dair müzakirələr olur. Ancaq indiyədək bununla bağlı hər hansı bir qanun layihəsi qəbul olunmayıb.

"Sputnik Azərbaycan" məsələ ilə bağlı Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvləri Aydın Mirzəzadə və Aqil Abbas, həmçinin ehtiyatda olan polkovnik Şair Ramaldanovla həmsöhbət olub.

Azərbaycanın hakim partiyasının (YAP) Siyasi Təhlil və Proqnozlaşdırma Şöbəsinin müdiri, deputat Aydın Mirzəzadə bildirib ki, Ermənistanın baş naziri Nikol Paşinyan və hökumətinin bu qərarı, əslində, sadəcə populist addımdır. Və Paşinyanın gələcək parlament seçkilərində qələbəsini möhkəmləndirməyə hesablanıb.

Millət vəkilinin sözlərinə görə, Azərbaycanda tək övladların hərbi xidmətə çağırılmamasına dair məsələ vaxtaşırı gündəmə gətirilib: "Bu gün Azərbaycan ailələrinin əksəriyyətində ya tək övladdır, ya da iki övladdan biri oğlandır. Bu baxımdan, həmin oğlanları biz hərbi xidmətdən azad etsək və ya ön cəbhəyə yerləşdirməsək, o zaman ciddi problemlər yaşana bilər. Buna görə də bizim üçün nəyin vacib olmasına dair seçim etməliyik: bu prinsipi əsas götürmək, yaxud cəbhə xəttini möhkəm səviyyədə saxlamaq".

"Hazırda qanunverici orqanın gündəliyində bu məsələ durmur. Gündəlikdə yalnız bir məsələ var – əsgərimizi həmişə qorumaq. Onun tək və ya bir neçə övlad olması Azərbaycan dövləti üçün əhəmiyyətli deyil. Əhəmiyyətli olan hər bir hərbçini, əsgəri qorumaqdır" – deputat vurğulayıb.

Milli Məclisin digər deputatı, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi üzvü Aqil Abbas da hazırda gündəlikdə belə bir məsələnin olmadığını qeyd edib: "Bizim də ailəmiz şəhid verib, mən şəhidin nə olduğunu bilən biriyəm. Əksinə, şəhid qardaşı, övladı cəbhə xəttində xidmət apararaq öz atalarının, qardaşlarının qisasını, intiqamını almaq istəyir. Şəhid qardaşı qaçıb gizlənmək istəməz".

"Təbii, mən də millət vəkili, ziyalı olaraq istəyərəm ki, ailələrin tək övladları birbaşa olaraq cəbhə xəttinə, ön cəbhəyə göndərilməsinlər. Lakin hələ ki, belə bir qanun layihəsinin müzakirəsi gündəmdə deyil" – deputat bildirib.

Ehtiyatda olan polkovnik, Horadiz əməliyyatının komandiri Şair Ramaldanov Azərbaycanda gənclərin vətənpərvərlik ruhunda böyüdüyünü vurğulayıb: "Gənclərimiz savaş başlayacağı təqdirdə, o döyüşün iştirakçıları olmaq istəyirlər. Artıq 25 ildir Azərbaycan torpaqları erməni silahlı birləşmələri tərəfindən işğal olunub və hazırda hərbi xidmətə çağırılan gənclər Qarabağ həsrəti, yanğısı, ümid və istəklə yaşayırlar".

Ramaldanov qeyd edib ki, əvvəllər Azərbaycanda belə bir qanun var idi: "Lakin o vaxt cəmiyyət, tək övladlı ailələrin özləri müraciət edərək bu qanunun ləğv olunmasını istədilər ki, öz torpaqlarını müdafiə etsinlər. Əgər cəmiyyət buna hazırdırsa, bu istiqamətdə toplu halında müraciətlər varsa, onda bunu qanunverici orqanda nəzərdən keçirmək olar".

Polkovnik onu da vurğulayıb ki, Ermənistanda bu istiqamətdə dəyişiklik edildi deyə, Azərbaycanda belə bir dəyişikliyin olunması düzgün deyil: "Ermənistan cəmiyyətində olan mühit, psixoloji durum, dövlət başçısı ətrafında bağlılıq, dəstək bizim respublika ilə müqayisə edilə bilməz. Onların Silahlı Qüvvələrini belə, Azərbaycanla müqayisə etmək olmaz".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 9724   Tarix: 10 iyul 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Azərbaycan bu ölkə ilə quru sərhədi açdı

Azərbaycanın quru sərhədləri 4 ildən artıqdır ki, bağlı olsa da bu qadağa Rusiya vətəndaşlarına aid deyil. -nun əldə etdiyi məlumata görə, sözügedən dövlətin vətəndaşları ölkə ərazisinə piyada və ya avtomobillə daxil ola və ya Azərbaycanı rahat tərk edə bilirlər. Bu barədə qərar Ümumdünya Səhiyyə Xidmətini

29 mart
.

Ukraynada vəfat edən azərbaycanlı jurnalist keçən il əməliyyat olunubmuş

Ukraynada yaşayan azərbaycanlı jurnalist İdrak Camalbəyli ötən gün Kiyevdə qəfil ürək çatışmazlığından vəfat edib. Həmkarımız Ukraynanın cəbhə bölgələrindən "Amerikanın səsi" radiosu üçün reportajlar hazırlayırdı. Jurnalistin dünyasını dəyişməsi onu tanıyanların təəccübünə səbəb olub. Çünk

29 mart
.

"Coffee ‘N Joy" Avropa Gənclər Parlamentinə dəstək olub

"Coffee ‘ N Joy" ( EYP European Youth Parliament) Avropa Gənclər Parlamentinə öz dəstəyini göstərib. UFAZ-da keçirilən tədbir 3 gün davam edib və iştirakçıların özünü kəşf, şəxsi inkişafına yönəlik olub. Tədbir çərçivəsində müasir dünyada aktual olan problemlər və onların həlli yolları müzakir

29 mart
.

Alimentin minimum məbləği 345 manata qaldırıla bilərmi? - AÇIQLAMA

Azərbaycanda alimentin minimum məbləği 235 manat təşkil edir. Alimentin məbləği minimum əməkhaqqına (345 manat) qaldırıla bilərmi?. Məsələ ilə bağlı sosioloq Əhməd Qəşəmoğlu -a açıqlama verib. O bildirib ki, alimentin minimum məbləği artırılması o qədər də məsləhət deyil:. "Azərbaycanda alimenti

29 mart
.

Azərbaycanda aparıcının evini yandırıblar? - DİN-dən hadisə ilə bağlı RƏSMİ CAVAB - FOTO/VİDEO

Aparıcı Şəbnəm Naibli evinin yandırıldığını iddia edib. -in məlumatına görə aparıcı, sosial şəbəkədə video yayımlayaraq hadisənin qəsdən törədildiyini və kiminsə bununla ona gözdağı vermək istədiyini qeyd edib. Hadisənin 5 gün əvvəl yaşandığı vurğulanıb:. "Martın 24-də evim yandırıldı. Hansı ki

29 mart
.

Yalnız "qadınlardan" ibarət olan "troll fabriki"ni nazirliklə nəsə bağlayır? – Fotofaktlar

27 mart 2024-cü il tarixində saytında "Region ölkələrində insanlar neçə il pensiya ala bilirlər? – Azərbaycan sonuncudur" sərlövhəli yazı dərc olunub. Yazı eyni gündə saytın "Facebook" sosial şəbəkəsindəki eyniadlı hesabında da paylaşılıb. Yazı sosial şəbəkə hesabında paylaşıldıqda

29 mart
.

Paytaxtda yol-nəqliyyat hadisəsi baş verib, sıxlıq yaranıb

Paytaxtın mərkəzi hissəsində baş verən yol-nəqliyyat hadisəsi sıxlığın yaranmasına səbəb olub. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Bildirilib ki, Səbail rayonu, Zərifə Əliyeva küçəsi ilə Bülbül prospektlərinin kəsişməsində yol-nəqliyya

29 mart
.

Onların təhsilhaqqını dövlət ödəyəcək

Sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin təhsil müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsilhaqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək. xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Təhsil haqqında" Qanuna dəyişiklikd

29 mart
.

Sabir Rüstəmxanlı: Azərbaycanda gənc qızlar ana olmaq istəmirlər

Azərbaycanda gənc qızlar ana olmaq istəmirlər. xəbər verir ki, bunu Milli Məclisin deputatı Sabir Rüstəmxanlı parlamentin bu gün keçirilən plenar iclasında bildirib. O, ailə məsələsi, gender proqramlarının, ailə institutunun nizamlanmasının və s. nəyə xidmət etdiyini, hansı gizli layihənin bir hissəs

29 mart