1 kilosu milyon dollara - Dünyanın ən bahalı çayları

1 kilosu milyon dollara - Dünyanın ən bahalı çaylarıÇay içmək gündəlik həyatımızın vazkeçilməz parçasına çevrilib. İsti, aromatlı çay bütün dünyada insanlar tərəfindən sevilir. Planetimizdə gün ərzində milyonlarla fincan çay içilir. Çay sudan sonra ikinci ən populyar içkidir. Amma elə çaylar da var ki, onu almaq hər adama qismət olmur.

Sonxeber.az "Ölkə.Az"-a istinadən dünyanın ən bahalı çaylarının qiymətini təqdim edir.

"Tienhchi" gül çayı

Qiyməti: 1 kq 330 dollar

Dünyanın ən yaxşı çaylarından biri hesab edilir. "Panax notoginseng" elmi adıdır. "Panax" latın dilindən tərcümədə bütün xəstəliklərin dərmanı kimi məna verir. Çində becərilir. Yuxusuzluq, baş gicəllənməsi, zəhərlənmə və dəri problemlərinə qarşı əladır.

"Silver Tips İmperial" çayı

Qiyməti: 1 kq 400 dollar

Makaybari plantasiyalarında yığılır. Himalay dağlarının 750-2000 metr hündürlükdəki hissələrində becərilir.

Göykuro çayı

Qiyməti: 1 kq 3.300 dollar

Şərqdə becərilir. Yığımdan iki həftə əvvəl kölgəyə çəkilir. Bu isə yarpaqlarda amin turşusunun miqdarını artırır. Yaponiyanın Udzi vilayətində becərilir.

"Pu Pu Puer" çayı

Qiyməti: 1kq 2.100 dollar

Çox əla aromatı var. Çinin Yunnan əyalətində becərilir. Maraqlıdır ki, bu çayı aromatlı edən ömrü boyu çay yarpaqları ilə qidalanan həşəratlardır. Çox kiçik olduqları üçün fermerlər onları pinset vasitəsilə çay yarpağından təmizləyirlər. İlk dəfə XVIII əsrdə kəşf edilib və həkimlər tərəfindən imperator Tsyanlunuya hədiyyə edilib.

"Yellow Gold Tea Buds" çayı

Qiyməti: 1 kq 6200 dollar

Dünyada yeganə bir yerdə becərilir. Dağ ətəyində becərilən çayı bir gün ərzində qızıldan hazırlanmış qyaçı ilə kəsirlər. Xüsusi bağlı konteynerlərdə qurudulur. Çay yarpaqlarının üstünü 24 karatlıq qızılla örtürlər. Bu çayı ancaq bilən adamlar Sinqapurdan ala bilərlər. İnternet vasitəsilə sifariş qeyri-mümkündür.

"Tieguanyin" çayı

Qiyməti: 1 kq 6.600 dollar

Buddizmin mərhəmət tanrısının şərəfinə adlandırılıb. Qara və yaşıl çayın bir neçə növündən əldə edilir. Ulun çay ailəsinin kralı sayılır. Bu üsul XIX əsrdə kəşf edilib. Yarpaqlar yığıldıqdan sonra isti günəş altında qurudulur, sonra soyudulur, sonra yenidən açıq havada qurudulur. Bundan sonra doğranır və aromatlaşdırılır. Onun yarpaqlarını ən azı 7 dəfə dəmləmək mümkündür. Çay aromatını itirmir.

"Vintage Narcissus Ui Ulun" çayı

Qiyməti- 1 kq 12 min dollar

2013-cü ilin noyabr ayında Honkonqdakı sərgidə cəmi 20 kq-lıq qutu nümayiş edilib. Bu qutunun başına ötən əsrin ortalarından çox macəra gəlib. 1960-cı illərdə bu çayı Çinin Ui rayonundan Sinqapura ixrac ediblər. Bir neçə sahib dəyişən çay bir kolleksioner tərəfindən alınaraq yenidən Honkonqa gətirilib. Qədim yunan ilahəsi Narsisin şərəfinə adlandırılıb.

"Panda Dung" çayı

Qiyməti: 1 kq 70 min dollar

Tərcüməsi panda nəcisi deməkdir. Məhz bu çayın sirri də bu sözdədir. Pandalar vəhşi bambuk yeyirlər. Bambukun tərkibindəki 30% faydalı maddə pandanın mədəsi tərəfindən həzm edilir. Qalan 70% isə nəcis vasitəsilə çölə çıxır. Çinin Sıçuan vilayətində ilk dəfə üzə çıxıb.

"PG Tips" almaz çay paketi

Qiyməti: 1 paket 15 min dollar

2005-ci ildə İngiltərənin məşhur çay şirkəti "PG Tips" 75 illik yubileyi şərəfinə eksklüziv çay paketləri istehsal etdi. Almaz dizaynlı paketin birinin qiyməti 15 min dollar idi. Hər paketin tərkibində 280 karat brilliant və elit "Sliver Tips İmperial" çayı var.

"Da-Hong Pao" çayı

Qiyməti: 1 kq 1.2 milyon dollar

Bütün Çin çayları və Ui Ulun çay növlərinin kralıdır. Tərcüməsi böyük qırmızı xələt deməkdir. Min sülaləsinin ən böyük sirrini saxlayır. Ehtimal edilir ki, imperator Mat ağır xəstəlikdən məhz bu çay vasitəsilə müalicə olunub. İmperator ən sadiq adamlarını bu çayın harada yetişdiyini öyrənmək üçün göndərir. Ui dağının ən hündür qayasında bu çayın 4 kolu tapılıb. Bu gün cəmi üç kolu qalıb. Satışda tapmaq mümkün deyil.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1500   Tarix: 10 iyul 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

ABŞ "TikTok"u qadağan etməyə hazırlaşır

ABŞ Konqresinin Nümayəndələr Palatası ABŞ-də "TikTok" sosial şəbəkəsinin tamamilə qadağan edilməsi ilə bağlı qanun layihəsini təsdiqləyib. Konqresmenlər tərəfindən təsdiqlənən sənəd artıq Senata göndərilib. Növbəti həftə Senatın "TikTok"un qadağası ilə bağlı hazırlanan qanun layihəsin

21 aprel
.

"Tesla"nın bütün "Cybertruck"ları xarab çıxdı

ABŞ-nin "Tesla" şirkəti 3878 ədəd "Cybertruck" elektrik pikapını qaz pedalındakı problemlərə görə geri çağırır. Bu barədə ABŞ Milli Yol Hərəkəti Təhlükəsizliyi Administrasiyasının (NHTSA) hesabatında bildirilir. Məlumata görə, nasazlığa qaz pedalına çox bərk basmaq səbəb ola bilər

20 aprel
.

Oxumaq, yoxsa dinləmək? - Hansı daha faydalıdır?

Belə bir fikir var ki, oxumaq dinləməkdən daha faydalıdır. Amma əhalinin bir hissəsi kitab oxumaqla onu dinləmək arasında fərq görmür. -ın xarici mediaya istinadən xəbərinə görə, Kaliforniya Universitetinin tədqiqatçıları bu məsələni araşdırıblar. Araşdırmaya görə, dinləmək insanı real vaxtda anlam

14 aprel
.

500 milyon insanı öldürən XƏSTƏLİK geri qayıdır

Təkcə 20-ci əsrdə təqribən 500 milyon insanın ölümünə səbəb olan çiçək xəstəliyi aradan qaldırılan yeganə insan xəstəliyidir. Bununla belə, Milli Elmlər, Mühəndislik və Tibb Akademiyaları (NASEM) tərəfindən hazırlanan "Çiçək xəstəliyinə qarşı tibbi mübarizə tədbirlərinin gələcək vəziyyəti"

14 aprel
.

10 il evindən çıxmayan rusiyalı kişini təxliyə etmək üçün unikal əməliyyat - VİDEO

Rusiyada 10 il evindən çıxmayan, 400 kiloqram çəkisi olan kişinin mənzildən çıxarılması ilə bağlı unikal əməliyyat keçirilib. Məlumata görə, 54 yaşlı Maksim ürəyi ağrıdığı üçün təcili yardıma zəng edib. Həkimlər gəlib onu xəstəxanaya yerləşdirmək istəsələr də, xilasedicilərin köməyi olmadan bunu ed

14 aprel
.

Əfsanəvi basketbolçunun ayaqqabıları 819 minə satıldı

Dünya basketbolunun ulduzu Maykl Cordanın 1996-cı ildə NBA finalında geyindiyi ayaqqabılar 482 min dollara (819 min 400 manat) satılıb. "Qafqazinfo" xəbər verir ki, üzərində superulduzun imzası olan ayaqqabılar "Air Jordan XI" markasındandır. Həmin mövsüm basketbolçu NBA çempion

15 aprel
.

Milçəklərdən təbii yolla əbədi xilas olmağın yolu açıqlandı

Yaya az qalıb, onunla birlikdə milçəklər və ağcaqanadların mövsümü də gəlir. Britaniyalı alimlər bu çağırılmamış qonaqları qısa müddətdə qurtulmaq üçün təbii üsul fikirləşiblər və nəticənin möhtəşəm olduğunu bildiriblər. Bunun üçün sirkə, zeytun yağı və şampunun bərabər nisbətdə qarışdırılması ilə "kokteyl"

21 aprel
.

İstehsalın idxalı üstələdiyi sahə: Qiymətə təsir edən səbəblər - ARAŞDIRMA

Dövlət Statistika Komitəsinin hesabatına əsasən, 2024-cü il yanvar-fevral ayları ərzində Azərbaycana 19 milyon 266 min dollar dəyərində mebel və onun hissələri idxal edilib. 2023-cü ilin yanvar-fevral aylarında ölkədə 41.9 milyon manat dəyərində mebel istehsal edilib. Bu da o deməkdir ki, bu sahədə yerl

21 aprel
.

"Milyonçular" görüşdülər: DJ Fateh və Kənan İmirzalıoğlu bir arada

Aparıcı və DJ Fateh Türkiyədə aparıcı və aktyor Kənan İmirzalıoğlu ilə görüşüb. xəbər verir ki, onlar K.İmirzalıoğlunun aparıcısı olduğu "Kim milyoner olmak ister?" televiziya şousunun studiyasında görüşüblər. DJ Fateh həmin anın görüntüsünü sosial şəbəkə hesabında paylaşıb. O, şəkilə "Milyonlu

21 aprel