İş yoldaşlarınıza deməməli olduğunuz 6 cümlə

İş yoldaşlarınıza deməməli olduğunuz 6 cümləHəyatımızın qırx ilinin 70%-ni bir ofisdə keçiririk. Nəticədə heç kəs iş mühitinin ona təsir etmədiyini və həyatında vacib bir yerə sahib olmadığını deyə bilməz. Hər birimiz işlədiyimiz mühitdən təsirlənirik və həyat enerjimizi artıracaq bir mühitdə işləmək istəyərik. Karyera mütəxəssisi Jill Jacinto "İş yoldaşlarınıza deməməli olduğunuz 6 cümlə"–ni bizlərlə bölüşərək iş həyatında fikir verməli olduğumuz vacib bir nüansa diqqət çəkmişdir.

1. "Təqdimatın çox pis idi" və ya bu qəbildən olan hər hansı bir kəskin tənqidedici rəy bildirmək.

İş yoldaşlarınıza kəskin tənqidli rəy bildirmək heç də yaxşı fikir deyil. Bu cür ifadələrlə iş yoldaşlarınızın qəlbini qıra bilər və onları özünüzdən uzaqlaşdıra bilərsiniz. Bunun əvəzinə problemlərin nə olduğuna yönələrək ona pozitiv rəy bildirsəniz, bununla həm onun iş həyatına fayda vermiş olarsınız, həm də münasibətiniz korlanmaz.

2. "Müdirimə nifrət edirəm" ya da rəhbəriniz haqqında təhqiredici hər hansı bir cümlə qurmaq.

Müdirinizlə hər hansı bir mövzuda mübahisə etmək və onun haqqında belə cümlələr qurmaq işinizi itirməyinizə səbəb ola bilər.

Xüsusilə iş yoldaşlarınızın yanında müdirinizlə bağlı mənfi fikirlər səsləndirməməlisiniz, çünki kimin harada nəyi danışacağından əmin ola bilmərsiniz. İkincisi isə müdirinizlə sizin probleminiz digər iş yoldaşlarınıza da təsir edər və iş məhsuldarlığını aşağı salar.

3. "Ofisdəki ən yaxşı satış menecerisiniz" və ya buna bənzər eşitmək istədikləri cümlələri söyləmək.

İş yoldaşınızın performansının yaxşı olduğunu demək ona xoş təsir bağışlaya bilər. Lakin, bu sizə və iş yoldaşınıza hər hansı bir xeyir gətirməz, çünki bu cümlələrdən sonra iş yoldaşlarınız hər zamanki məhsuldarlıqlarını azaldacaqlar. Bir insana mükəmməl olduğunu söyləmək və sadəcə uğurlarından bəhs etmək, o insana edə biləcəyiniz ən böyük yamanlıqlardan biridir. Bunun əvəzinə realist olmaq və gördüklərinizi söyləmək hər zaman onun xeyrinə olacaqdır.

4. "Bu müştərimi sözsüz ki, tanımırsan" kimi gizli müştəri məlumatlarını bölüşmək.

Müştəriləriniz haqqında iş yoldaşlarınıza əsla mənfi danışmamalısınız. Bununla yanaşı onlara məxsus gizli məlumatları da bölüşmək iş yerində yol verməməli olduğunuz səhvlərdəndir.

5. "Dünən Jalənin nə etdiyini eşitmisənmi?" və ya bunun kimi başqa bir ofis dedi-qodusu etmək.

İş yoldaşlarınızın şəxsi həyatı ilə bağlı məlumatları yaymaq əsla yaxşı fikir deyildir. İş yoldaşlarınızla münasibətiniz nə qədər səmimi olsa da, bu sizə başqalarının şəxsi həyatı ilə bağlı danışmaq ixtiyarı verməz ki, bu hərəkət sizə qarşı inamı da sarsıda bilər.

6. "Çox böyük bir səhvə yol verdim" və ya başqa bir böyük səhvi qəbul etməyiniz.

İş həyatınızda səhvə yol verə bilərsiniz, lakin bu səhvləri iş yoldaşlarınızla bölüşməyin. Çünki heç gözləmədiyiniz bir anda etdiyiniz səhv gün üzünə çıxa bilər və işinizdən qovula bilərsiniz. Çünki bəzi insanlar üçün rəqabət dostluqdan daha vacibdir və onlar bu məlumatları sizə qarşı istifadə edə bilərlər. Yəni, əslində Jill Jacinto heç kəsə inanmamağınızı tövsiyyə edir. (banco.az)


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1854   Tarix: 10 iyul 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Toy biznesi xilas ola biləcəkmi? - ARAŞDIRMA

Toy mövsümünə start verilir. Lakin toy biznesi sahəsində mövcud vəziyyət heç də ürəkaçan deyil. Son zamanlar şadlıq saraylarının sürətlə profillərini dəyişdiyini də müşahidə edirik. Ramazan ayı başa çatır. Bu ayın başa çatması ilə həm də yeni toy mövsümü başlayır. Amma sirr deyil ki, pandemiyadan sonr

13 aprel
.

Gəlin toyda elə geyindi ki... HAMI ŞOK OLDU - VİDEO

Türkiyədə baş tutan toyların birində gəlinin geyimi xeyli müzakirələrə səbəb olub. Gəlin dərin sinə dekolteli libas geyinib. Əlində dəsmalla yallı gedən gəlinin açıq-saçıq paltarı kranla çəkiliş zamanı daha da ortaya çıxıb. Həmin görüntüləri təqdim edirik. ( )

13 aprel
.

Rüfət Mehdiyevin qızı: "Atamla görüşə hazırlaşırdım, cənazəsinə getdim" - VİDEO

Baku TV-də yayımlanan "Retro Baku" verilişinin yeni buraxılışı efirə gedib. Müəllif - aparıcı Afaq Hüseynovanın təqdimatında efirə gedən verilişin budəfəki sayı tanınmış müğənni Rüfət Mehdiyevə həsr olunub. Verilişdə mərhumun yaxınları onunla bağlı xatirələrini bölüşüblər. Müğənninin qızı Zemfir

14 aprel
.

"Son qəpiyimi də sənə xərcləmişəm": Valideylərin uşaqlardan imtahan gözləntisi - ARAŞDIRMA

Hər ilin mart və iyun ayları 9-11-ci sinif şagirdlərinin həyatında ən gərgin vaxtdır. Bu zaman onlar gələcək yollarını müəyyən edən buraxılış və blok imtahanlarının həyəcanını yaşayırlar. Təəssüf ki, hər şagird bu böyük stressin öhdəsindən gələ bilmir. Mövzu ilə bağlı "Kaspi" qəzeti məqal

14 aprel
.

Əfsanəvi basketbolçunun ayaqqabıları 819 minə satıldı

Dünya basketbolunun ulduzu Maykl Cordanın 1996-cı ildə NBA finalında geyindiyi ayaqqabılar 482 min dollara (819 min 400 manat) satılıb. "Qafqazinfo" xəbər verir ki, üzərində superulduzun imzası olan ayaqqabılar "Air Jordan XI" markasındandır. Həmin mövsüm basketbolçu NBA çempion

15 aprel
.

"30 saniyədə heç kim milyonçu olmağın sirrini DEYƏ BİLMƏZ" - Yalançı motivatorların "uğur hekayələri..."

Günümüzdə ətrafda aşağı-yuxarı hər kəs motivasiya verir. 15 izləyicisi olan da, həyatda heç bir uğuru olmayan da "uğur hekayəsi" bölüşür. Bəs görəsən, bu zərurət nədən irəli gəlir?. Psixoloq Elmir Əkbər mövzu ilə bağlı Bizim.media-ya danışıb. O qeyd edib ki, bu hal ikinci dünya ölkələrind

13 aprel
.

Təyyarənin bütün pilotları uçuş zamanı yatdı - qeyri-adi hadisənin TƏFƏRRÜATLARI

Hər iki pilot gözlənilmədən 153 sərnişini daşıyan təyyarənin idarəetmə panellərində yuxuya gedib. -ın xarici mediaya istinadla xəbərinə görə, təyyarə planlaşdırılan marşrutdan yayınmağa başlayanda yer nəzarətçiləri ekipajla əlaqəni bərpa etmək üçün xeyli səy sərf etdilər. Araşdırma ilə müəyyən edili

7 aprel
.

Kral ailəsinin ən sevilən üzvü odur

Keyt Middleton 22 mart 2024-cü ildə xərçənglə mübarizə apardığını elan etdikdən sonra xalq arasında sevilən ən məşhur kral ailəsi üzvünə çevrilib. -ın xarici mediaya istinadən xəbərinə görə, Uels şahzadəsi xərçəng xəstəliyinə tutulduğunu elan etdikdən sonra britaniyalıların 76 faizi Keyt Middleton haqqınd

13 aprel
.

85 yaşlı amerikalını görən 65 yaşlı azərbaycanlı ŞOK YAŞADI - VİDEO

Sosial şəbəkədə yayılan video maraq yaradıb. xəbər verir ki, 85 yaşlı amerikalı ilə 65 yaşlı azərbaycanlı kişinin dialoqu gündəm olub. Xarici qonağın yaşını öyrənən kişi qulaqlarına inanmayıb. Sözügedən görüntünü təqdim edirik:

14 aprel