Dünyanı heyrətləndirən türk komandoslar: Onlar kimdir?

Dünyanı heyrətləndirən türk komandoslar: Onlar kimdir?Onlar qatıldıqları bütün hərbi təlimlərdə birinci olurlar. Bu onların özünə inamından, keçdikləri təlimdən qaynaqlanır.

Onların keçirdiyi əməliyyatlar dünyanın ən məşhur generallarını belə heyrətləndirir. Türkiyə Zeytun Budağı Əməliyyatı ilə Afrində terrorçularla apardığı mübarizədə komandosların xüsusi əməliyyatları onlara olan inamı bir daha artırdı. Hətta o zaman ABŞ qoşunlarının komandanı general Pavel E.Funk maraqlı açıqlama vermişdi: "Türk əsgəri mümkün olanı yox, mümkünsüz görünən tapşırığı yerinə yetirir."

Bu gün dünyada öz bacarığı, peşəkarlığı ilə seçilən onlarla xüsusi təyinatlı qruplar var. Lakin türk komandoslar hər il keçirilən yarışda birincilik qazanmaqla bu yarışın ləğv olunmasına şərait yaradıb. Belə ki, xüsusi təyinatlı qruplar arasında ard-arda qalib olan türk komandosların qələbəsi böyük dövlətləri qıcıqlandırıb. Elə bu səbəbdən yarışma ləğv edilib. Onlar öz bacarığı ilə bütün dünyanın diqqət mərkəzinə düşüb.

Dünyanı heyrətləndirən türk xüsusi təyinatlılar necə hazırlanır?

Türkiyənin məşhur Su Altı Savunma (SAS) və Su Altı Taaruz (SAT) xüsusi təyinatlıları istənilən şəraitdə həm su altında, həm də üstündə əməliyyatlar aparmağa qadirdirlər. Xüsusi təyinatlılara seçim olduqca ciddi aparılır. 10000 namizədin içərisindən 100 ən güclü, dözümlü olanı seçilir və komandoslar boş bir adaya aparılır. Adaya xüsusi gəmi ilə gələn namizədlərə çox qısa zamanda 6 kilometrlik adadan sahilə çıxmaq tapşırığı verilir. Komandoslar hərəkətə başlayandan 10 dəqiqə sonra onların ardınca vəhşi köpəklər buraxılır. Çətin ərazini keçmək tapşırığı alan komandoslar eyni zamanda bu itlərlə də mübarizə aparmalıdırlar. Təlimlərin birində iştirak edən türk jurnalistlərdən Hakan Ozan bu təlim haqqında yazırdı: "Bu təlimdən sağ çıxmaq olduqca çətin görünür. Ancaq komandosların əzmi adamı heyrətləndirir".

Çox zaman silahsız komandoslar onların ardınca düşən vəhşi köpəkləri yalın əllə və dişləri ilə parçalamalı olurlar. Bu seçimdən çıxan komandoslar sonrakı mərhələdə dənizin ortasına aparılır və suya buraxılırlar. Onlara bir saat sonra başqa bir qayıqla aparılacaqları bildirilir. Amma qayıq 3 saat sonra gəlir və onların yanında dayanmadan keçir. Komandoslar bacarıb qayığa minməlidirlər. Minə bilməyənlər isə daha 3 saat suda gözləməli olurlar. Seçimin belə çətin olmasına baxmayaraq, 100 komandosdan 50-55 nəfəri bu təlimdən uğurla çıxır.
Belə təlimlərin çətinliyinə dözməyib dünyasını dəyişənlərin sayı onlarladır.

Komandosların ən çətin sınağı isə "cəhənnəm həftəsi" adlandırılan sınaqdır. Bu sınaqdan dünyanın bir çox xüsusi təyinatlıları da istifadə edir. Sözügedən sınaqdan çıxanları səhra döyüşləri üçün hazır komandos adlandırırlar. Meşəyə cəmi bir bıçaqla buraxılan əsgər bir həftə ərzində həm özünü yeməklə təmin etməli, həm də vəhşi heyvanlardan qorunmalıdır. Bu təlimlərdə əsgərlər ilan və qurbağalarla qidalanır, həmçinin vəhşi heyvanları ovlayıb yeyirlər.

Türkiyə Silahlı Qüvvələrinin və dünyanın ən güclü xüsusi təyinatlıları isə sözsüz "Bordo berelilər"dir. "Bordo berelilər"i fərqləndirən cəhət odur ki, bu birlik tamamilə zabitlərdən və gizirlərdən formalaşdırılır. "Bordo berelilər"də xidmət keçmək istəyən könüllülər 3 il ərzində çox ağır təlimlərdən keçdikdən sonra bu ada layiq görülürlər. Bu sınaqdan keçmək isə hər kəsə nəsib olmur. "Bordo berelilər" ölkə daxilində 72 həftəlik təməl kursu, daha sonra ixtisaslarına uyğun olaraq Türkiyədə və xarici ölkələrdə 10-52 həftə arası ixtisas təlimlərində iştirak edirlər. "Bordo berelilər"in adları açıqlanmır. Onların kimliyi MİT tərəfindən qorunur və gizli saxlanır.

Bu təlimləri izləyənlər onu "yaşamaq üçün son ümid yolu" adlandırırlar. "Bordo bereli" üçün asan tapşırıq olmur. Onlar peşəkar paraşütçü kimi yetişdirilməklə yanaşı, təkbaşına bir neçə gün keçilməz olan qarlı dağı aşmalı, ən əsası sağ qalmağı bacarmalıdırlar.

Türk "Bordo berelilər" təlimlərdə dünyanın ən məşhur xüsusi təyinatlıları sayılan "Amor" və "Delta Force" qruplarını məğlub etməklə öz güclərini nümayiş etdiriblər.

"Bordo berelilər"in özəl xüsusiyyətlərindən biri də lazım gələrsə, öz yaxınlarını belə öldürə bilmələridir. Onlar hətta komandirləri belə "məni vurun!" desə, bunu sözsüz yerinə yetirirlər.

"Bordo bereli" olmaq olduqca çətindir. Bu təlimlərdən uğurla keçənlərlə müqavilə bağlanır və xidmətə götürülür. Onların maaşı Türk ordusunda ən yüksək əməkhaqqı sayılır. Ən azı 5000 türk lirəsi əməkhaqqı ilə işə götürülən "bordo bereli"nin maaşı 15000 türk lirəsinə qədər artır.

PKK sığınacaqlarının birinin divarında türk xüsusi təyinatlıları ilə bağlı belə bir yazılara rast gəlinir: "Əgər bir əsgər sizə dayanmadan atəş açırsa, bilin ki, o gənc və təcrübəsizdir. Gözləyin gülləsi bitsin və gedib qafasına sıxın! Əgər biri sizi gördüyü zaman atəş açır, daldalandığınız zaman durursa, o bir komandosdur. Qaçıb canınızı qurtarın! Əgər sizi gördüyü zaman qeyb olmuşsa və ətraf səssizsə, bilin ki o, "Bordo bereli"dir. Narahat olmayın o, sizi tapacaq".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 2083   Tarix: 10 iyul 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

56 milyon insanın ölümünün dəhşətli sirri AÇILDI - Dondurulmuş soyqırım

Antarktidadan gələn buz nümunələrinin tədqiqi alimlərə avropalıların Amerikaya müstəmləkəçilik etməyə gəlməsi ilə bağlı dəhşətli həqiqəti üzə çıxarmağa imkan verib. -ın xarici KİV-ə istinadən xəbərinə görə, alimlərin aşkar etdiyi sübutlar 15-ci əsrdə müstəmləkəçiliyin başlanğıcının 56 milyon insanı

19 aprel
.

Azərbaycanda hotellərdə xidmət qiymətləri niyə artıb? - ARAŞDIRMA

Azərbaycanda beş ulduzlu hotellərdə xidmət qiymətləri durmadan artır. -ın məlumatına görə, Dövlət Turizm Agentliyinin hesabatına əsasən, bu ilin yanvar-aprel ayları üçün Azərbaycanın şəhər və rayonlarındakı beş ulduzlu hotellərdə bir gecə qalmaq üçün orta qiymət 225 manat təşkil edib. Bu da ötən ili

21 aprel
.

"Vaxtımız azdır, qlobal istiləşmənin qarşısını almaqdan ötrü..." - Maskdan HƏYƏCAN TƏBİLİ

"Bəşəriyyətin dayanıqlı enerjiyə keçməsi üçün çox da vaxtı qalmayıb". Bunu ABŞ-li milyarder və sahibkar İlon Mask "X" sosial şəbəkəsində bildirib. O, bəşəriyyətin qlobal istiləşmənin ciddi nəticələrinin qarşısını almaqdan ötrü tədbirlər görmək üçün cəmi bir neçə ilinin qaldığını söyləyib

14 aprel
.

Palma yağının ölkəyə gətirilməsi qadağan edilməlidir? - VİDEO

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli aprelin 18-də parlamentin Aqrar siyasət komitəsində "Qida təhlükəsizliyi sistemi və onun vahid sağlamlıq konsepsiyasında rolu" mövzusunda keçirilə

20 aprel
.

Şəmkir kartofu bazarlarda niyə baha satılır? - VİDEO

Bir kiloqramı üç, dörd, hətta beş manata təklif olunur. Xəzər TV-yə istinadən bildirir ki, paytaxt bazarlarında Şəmkir kartofu müxtəlif qiymətlərə təklif olunur. Elə satıcılar var ki, sözügedən kartofu üç manata, bəziləri isə beş manata satışa çıxarırlar. Alıcılar isə kartof alan zaman onun hansı bölgədə

14 aprel
.

15 il 6 ay həbs cəzası alan şəxs divarı dələrək qaçmağa çalışdı: Türkiyədə şok əməliyyat

Türkiyədə 15 il 6 ay həbs cəzası alan cinayətkar divarı dələrək qaçmağa çalışıb, amma istəyinə nail ola bilməyib. Bu barədə Türkiyə hüququ mühafizə orqanlarından məlumat verilib. Bildirilir ki, polis əməkdaşları qəsdən adam öldürmə, oğurluq, fırıldaq, qarət, qəsdən yaralama, qaçaqmalçılıq, kibercinayət

20 aprel
.

Oxumaq, yoxsa dinləmək? - Hansı daha faydalıdır?

Belə bir fikir var ki, oxumaq dinləməkdən daha faydalıdır. Amma əhalinin bir hissəsi kitab oxumaqla onu dinləmək arasında fərq görmür. -ın xarici mediaya istinadən xəbərinə görə, Kaliforniya Universitetinin tədqiqatçıları bu məsələni araşdırıblar. Araşdırmaya görə, dinləmək insanı real vaxtda anlam

14 aprel
.

Rusiyaya işləmək üçün gedən azərbaycanlıların nəzərinə: Barmaq izi olmasa, telefon işlədə bilməyəcəklər

Rusiya ərazisinə yollanan miqrantlar və əcnəbilər ancaq barmaq izləri ilə SİM-kart ala biləcəklər. "Vedomosti"nin öz mənbələrinə istinadla verdiyi məlumata görə, müvafiq tələblər Rəqəmsal İnkişaf Nazirliyi tərəfindən hazırlanıb. Bildirilir ki, miqrantlar və əcnəbilər Rusiya telekommunikasiy

14 aprel
.

Vatsapda böyük fayllar göndərmək mümkün olacaq

Vatsap əhatə dairəsindəki istifadəçilərə öz aralarında fayl göndərmək və qəbul etmək imkanı verəcək funksiya üzərində işləyir. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı "The Guardian" məlumat yayıb. Belə ki, istifadəçilər indi simsiz şəbəkə üzərindən də faylları paylaşa biləcəklər

24 aprel