Milyonçuların qeyri-adi uşaqlıq illəri

Milyonçuların qeyri-adi uşaqlıq illəriBəzi insanlar imtiyazlı, bəziləri isə yoxsuldur bu həyatda. Bəzi insanlar inkişaf edə bilməzkən, bəziləri yeni iş fikirləri ilə zəngin olmağın yolunu tapmışlar zamanla. Məqaləmizdə bu cür uğurlara imza atmış sahibkarlardan bəhs edəcəyik.

Bəli, düz oxuyursunuz, onlar dünyanın ən uğurlu, ən varlı sahibkarlarıdır. Bəs, onların uşaqlıq illəri necə keçib? Sizcə necə uşaqlıq yaşayıblar?

1. Mark Zuckerberg: "Çox çalışqan şagird"

Valideynlərinin uşaq böyütmə fəlsəfələri haqqında səmimi açıqlamalarından sonra, Zuckerberg və onun uşaqlıq illəri haqqında dəfələrlə yazılmışdır. Zukerbergin ana və atasının sahib olduqları sərbəst peşə və sahibkarlıq əsaslı bu fəlsəfəsi ilə, uşaqlarınızı maliyyə problemlərindən qorumaq, maraq dairələrini müəyyən etməyə həvəsləndirmək, qürur duyulan vəziyyətləri ifadə etmək və sərhədlər müəyyən etmək mümkün görünürdü.

Zuckerberg, 2000 – ci illərin əvvəllərində hələ hazırlığa gedərkən, istifadəçilərin musiqi seçimlərini təxmin etmək üçün süni intellekt əsaslı bir proqram hazırladı. Universitetə başlamağı səbirsizliklə gözləyirdi. Nəhayət Harvard Universitetinə daxil olmağa nail oldu. Burada keçirdiyi qısa müddət ərzində həm "facebook" – u qurdu, həm də gələcək həyat yoldaşı Priscilla Chan ilə tanış olma fürsəti əldə etdi.

Həyat yoldaşı Zuckerberg haqqında belə deyir: "O, bu zamana aid olmayan, bütün gününü oxuyaraq keçirən bir insan idi."

2. Jeff Bezos: "Qəribə bir uyuşmaz"

Bezos, anası və onu övladlığa götürən ögey atası ilə böyüdü və yay aylarını babasının fermasında işləyək keçirdi. Elektrik mühəndisliyi və kompüter elmləri proqramına qeydiyyatdan keçmiş 20 tələbədən biri olan Bezos, Prinston Universitetinə daxil olmazdan öncə təhsil aldığı məktəbdə birinci idi və bu birincilik sayəsində Beynəlxalq Naliyyət Təqaüdünü almağa haqq qazanmışdı.

Prinston Universitetindən olan bir tələbə yoldaşı o günləri belə təsvir edir: "Bildiyiniz kimi Bezos o vaxtlar hələ tanınmırdı və ətraf həqiqətən də parlaq insanlarla dolu idi. Biz, yəni kompüter elmləri fakültəsinin tələbələri əsasən səssiz, əksəriyyəti oğlan tələbələrdən ibarət olan qəribə uyuşmazlarların bir araya gəldiyi bir qrup idik."

3. Larry Ellison: "Özündən razı uşaq"

"Oracle Corporation" şirkətinin qurucusu 73 yaşlı Larry Ellison iyirmi il əvvəl verdiyi bir müsahibədə, valideynlərinin bibi və əmisi ilə birlikdə orta təbəqəyə mənsub insanların yaşadığı bir ərazidə yerləşən kiçik bir mənzildə böyüdüyünü bildirmişdi. Deyilənə görə hər zaman özündən razı bir uşaq olan Ellison, müəllimlərinin ya da onu övladlığa götürən atasının gözündə çox da uğurlu hesab edilməyən və hətta adı tez-tez dava-dalaşlarda hallanan bir uşaq idi.

Texnologiya şirkətində əldə etdiyi təcrübələrdən öncə bir çox işdə çalışmışdı və nəhayət 1977 – ci ildə 1200 dollarını özünün qarşıladığı 2000 dollarlıq sərmayəsi ilə "Oracle" şirkətini təsis etdi. Şirkət başlanğıcda sıxıntılı günlər yaşasa da, 1980 – ci illərin ortalarında "Oracle" artıq ən uğurlu "Silikon Vadisi" təşəbbüslərindən biri idi.

4. Bill Qeyts: "Möcüzəvi uşaq"

Dövrünün qabaqcıl vəkillərindən biri ilə bir bank işçisinin oğlu olan Qeyts, Sietl şəhərində firavanlıq içində bir uşaqlıq keçirdi. Kompüterlə ilk tanışlığı 1960 – cı illərin sonlarında, çox az sayda tələbənin qəbul edildiyi özəl məktəblərdən birində oxuduğu vaxtlarda olmuşdu. Bu vəziyyət həmçinin Qeytsin hələ 16 yaşında ikən ilk işinə başlamasına da vəsilə oldu.

Qeyst o günləri belə xatırlayır: "Tək bir növ proqramlaşdırmanın ustası olan möcüzəvi uşaq olaraq tanınırdım. Mənim üçün çox vacib bir təcrübə oldu, çünki çalışdığım şirkət ən yaxşı proqramistlərini orada toplamışdı. Kod yazmalı idim və bu dahi insanlar yazdığım kodlara baxıb "bu yaxşı deyil!", "bu heç yaxşı deyil!" deyəcəkdilər. Beləliklə də bir il boyunca proqramlaşdırma bacarıqlarımı ən yüksək səviyyəyə çatdıracaqdım."

5. Micheal Bloomberg: "Adi bir uşaq"

Bloomberg Bostondan kənarda yaşayan orta sinif bir ailədə dünyaya gəlmişdi. Nə möhtəşəm bir tələbə, nə də bacarıqlı bir atlet idi, lakin yenə də olduqca qərarlı idi. Hətta deyilənə görə, qazanmağa yaşı düşməsə də o, "Qartal Kəşfiyyatçı" ünvanını əldə etməyə nail olmuşdu. Bacısı isə onu "adi bir uşaq" olaraq təsvir edir.

Cons Hopkins Universitetində təhsilini başa vurduqdan sonra o, Harvard Business School – da təhsilinə davam etdi. Daha sonra "Wall Street" - ə getdi və "Salomon Brothers" – in şəriklərindən biri oldu. Işdən çıxarıldı, 10 milyon dollarlıq məbləği sonradan öz adını daşıyacaq olan informasiya texnologiyaları şirkətini qurmaq məqsədilə sərmayə olaraq dəyərləndirdi.

6. Amancio Ortega: "Həyatdan yediyi sillələr ilə özünü motivasiya edən bir uşaq"

Növbəti milyonçumuz Avropalı oduğu və cəmiyyətdən təcrid olunmuş bir həyat yaşadığı üçün adına çox da rast gəlmədiyimiz bir şəxsdir. Amancio Ortega, Avropanın pərakəndə şirkəti "Zara" – nın qurucu ortağıdır və deyilənə görə müharibədən sonrakı İspaniyada çox çətin şəraitdə böyümüşdür. Uğur əldə etmək əzminin isə 14 yaşında olarkən anasının yemək almaq üçün getdiyi bir marketdən kifayət qədər pulu olmadığı üçün uzaqlaşdırılmasından sonra ortaya çıxdığı deyilir.

Balaca uşaq ikən yaşadığı bu hadisədən olduqca təsirlənən Ortega üçün həyatın bu silləsinin nəticəsi dünyanın ən böyük qlobal tekstil şirkətlərindən birinin yaradılması oldu. (banco.az)


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1029   Tarix: 10 iyul 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Səmada çəkiliş hava döyüşünə çevrildi – VİDEO

Avstraliya çimərliyində adi çəkiliş əsl hava döyüşünə çevrilib. Belə ki, sağsağan drona hücum çəkib və onu qırıb. Bildirilir ki, dronun sahibi də quşdan öz nəsibini alıb. Sosial şəbəkədə həmin anla bağlı görüntülər yayılıb

10 sentyabr 2021
.

Biləcəri qəsəbəsində 7 sot torpaq sahəsi satılır!

Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Asef Zeynallı küçəsi, Respublika DYP ya tərəf gedəndə 3-cü küçədə 6,7 sot torpaq sahəsidir, yoldan 150 metr aralıdır. Köhnə məhəllədir, yaşayış çoxdur, özüm satıram, 2 hissəyə də bölüb satmaq mümkündür, torpağın eni 23,5 uzunu 28,5 metrdir. Qaz,su,işıq kanalizasiy

8 sentyabr 2021
.

Tez-tez selfi çəkmək ehtiyacı ruhi xəstəlikdir? - ARAŞDIRMA

Psixoloqlar tez-tez selfi (selfie) çəkib sosial mediada paylaşanların Selfitis xəstəliyinə tutulmaq ehtimalının ola bildiyini və psixoloji yardıma ehtiyac duyduqları barədə xəbərdarlıq edirlər. Bu barədə The Daily Telegraph qəzeti yazır. Qəzet yazır ki, Selfitis termini, çox selfi çəkənlər üçün ilk dəf

14 sentyabr 2021
.

Keçi və xoruz toyuğu belə xilas etdi - VİDEO

Hollandiyanın Qelderland əyalətindəki bir fermada keçi və xoruz bir toyuğu ona hücum edən Şahin quşundan xilas edib. -a istinadən xəbər verir ki, sentyabrın əvvəlində 59 yaşlı fermer Caap Bits həyətdə səs eşidib. Şahin quşunun bir toyuğa hücum etdiyi məlum olub. Bu an müşahidə kamerasının videosuna düşüb

16 sentyabr 2021
.

Bu əlamətlər ölümün yaxınlaşdığından XƏBƏR VERİR

Amerikalı elm adamları ölümdən əvvəl bədəndə baş verən bir sıra fizioloji dəyişikliklərin olduğu qənaətinə gəliblər. -a istinadla xəbər verir ki, çılpaq gözlə görünməsələr də, bir insanın ölümündən çox əvvəl tanına bilərlər. Bu cür əlamətlər xüsusi bir araşdırmanın köməyi ilə müəyyən edilə bilər. Alimlə

16 sentyabr 2021
.

Evlənməzdən əvvəl özünüzdən bunları soruşun – 12 SUAL

Evlənirsiniz, yaxud gələcəkdə ailə qurmağı planlaşdırırsınız? Belə vacib qərar verməzdən əvvəl özünüzdən soruşmalı olduğunuz suallara cavab vermisinizmi? Uzun sürən bu macəraya başlamazdan əvvəl nələrə diqqət etməlisiniz?. Gözünüz -da olsun. İndi sizə evlənmədən öncə özünüzdən soruşmalı olduğunuz 1

15 sentyabr 2021
.

Elm dünyası ŞOKDA: "Uçan əjdahanı tapdılar" - FOTOLAR

Sən demə bu günə qədər filmlərdə izlədiyimiz uçan əjdahalar həqiqətən də mövcud olub. Hər halda alimlərin tapdığı tapıntılar bunu deməyə əsas verir. xəbər verir ki, elm adamları Çilidə uçan əjdaha kimi bilinən qanadlı dinozavr qalıqlarını tapıblar. Məlumata görə, qalıqların 160 milyon il əvvələ aid olduğ

14 sentyabr 2021
.

Bu qadın 40 ildir ki, yatmır - Səbəbi açıqlandı

Çində yaşayan Li Zhanying adlı qadın 40 ildir yatmadığını iddia edir. -a istinadən xəbər verir ki, çinli qadının 40 ildir yatmadığını qonşular və həyat yoldaşı da təsdiqləyir. 45 yaşlı çinli qadın 5 yaşından bəri yatmadığını bildirib. Bu səbəbdən bir çox həkimə müraciət etdiyini, ancaq diaqno

8 sentyabr 2021
.

Günəşin ətrafındakı halqa görənləri heyrətləndirdi - FOTOLAR

Sinqapurda Günəşin ətrafında yaranan işıq dairəsi görənləri heyrətləndirib. xəbər verir ki, 2020-ci ildən sonra ikinci dəfə müşahidə olunan Günəş dairəsi insanlar tərəfindən maraqla qarşılanıb. Hər kəs bu təbiət hadisəsini seyr etsə də, elm insanları dairəyə gözlüksüz baxmağın təhlükəli olduğu yönünd

12 sentyabr 2021