"Onu divana uzatdım..." - Bakıda qayınananın kürəkəninə intim təklifinin ŞOK TƏFƏRRÜATI

"Onu divana uzatdım..." - Bakıda qayınananın kürəkəninə intim təklifinin ŞOK TƏFƏRRÜATIBakıda qayınanasını öldürməkdə təqsirli bilinən Cavad İbrahimovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham nitqi ilə çıxış edib.

O, Cavid İbrahimovun 19 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Növbəti proses iyulun 17-də davam edəcək.

İttihama görə, bu il yanvarın 11-də Yasamal rayonunun "Qanlı göl" yaşayış massivinin ərazisində 1958-ci il təvəllüdlü Nigar Namazovanın meyiti tapılıb. Məlum olub ki, Nigar Namazova qətl qurbanı olub, onu boğaraq öldürüblər.

Qatilin Nigar Namazova ilə eyni ünvanda yaşayan, əvvəllər məhkum olunmuş kürəkəni olduğu ortaya çıxıb. Nəticədə 1983-cü il təvəllüdlü Ağdaş rayon sakini Cavad İbrahimov polis tərəfindən saxlanılıb.

Məlum olub ki, Cavad İbrahimov ailə qurduqdan bir müddət sonra spirtli içki içərək ailədə səbəbsiz mübahisə yaratmağa başlayıb. Tüfeyli həyat sürən Cavad İbrahimovun qaynanası Nigar Niftəliyeva ilə problemləri yaranıb.

Təqsirləndirilən şəxs epilepsiya xəstəsi olan qayınanasını dəfələrlə döyüb. Neçə dəfə də Nigar Niftəliyeva huşunu itirib.

Sonuncu dəfə isə Cavad İbrahimov bu il yanvar ayında yaşadıqları Yasamal rayonunda qaynanası Nigar Niftəliyevanı azyaşlı oğlu Camalın göz qarşısında yumruq və təpiklə döyməyə başlayıb.

Aldığı zərbələrdən yerdə qalan Nigar Niftəliyevanı kürəkəni Cavad İbrahimov öldürüb.

İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 120.2.4-ci (xüsusi amansızlıqda adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Cavad İbrahimov ittiham üzr özünü qismən təqsirli bilib. O qeyd edib ki, qayınanası Nigar Niftəliyevanı öldürmək niyyəti olmayıb.

Onun sözlərinə görə, Nigarın qızı Arzu ilə 2012-ci ildə ailə qurub, həmin nikahdan 3 azyaşlı övladı var: "2005-ci ildən Ağdaşdan Bakıya gələrək müxtəlif tikinti şirkətlərində fəhləlik etmişəm. Bir müddət sonra bütün ailəmiz Bakıya gəlib və Yasamal rayonunda kirayədə yaşamışıq. Ailəsi ilə qalan zaman rayondan qaynanam Nigar da bizlə yaşamağa başladı. Qaynanam sakit, heç kimlə problemi olmayan adam idi".

Cavad İbrahimov qeyd edib ki, həyat yoldaşı Arzu qonşuluqda olan smetan sexində işləyib, ev işlərinə isə qayınanası baxıb: "Evimizdə qaz olmadığından qayınanam hər gün evin yaxınlığında olan zibillikdən odun tapıb evi qızdırırdı. O, evdə darıxdığı üçün odun dalınca getdiyini deyirdi. Yaşlı olduğundan bir neçə dəfə başı gicəllənərək yıxılmış və özünə xəsarət yetirmişdi. Ona görə bir neçə dəfə Nigara odun dalınca getməməsini demişdim".

Cavad İbrahimov bildirib ki, qayınanası ona əxlaqsız təklif edib. Onun sözlərinə görə, qayınanası Nigar əxlaqsız qadın olduğunu və ona cinsi münasibətdə olmaq istədiyini və seksual hərəkətlər təklif edib: "Buna kəskin etirazımı bildirdim, tənbeh etdim ki, bir daha belə söhbət danışmasın. Yoldaşım evə gələndə anasının mənə təklif etdiyi məsələni dedim. Arzu anası ilə mübahisə elədi, Nigar söz verdi ki, bir də belə hal baş verməyəcək.

Bu söhbətdən 3-4 gün sonra yenidən qaynanam sevişmək istədiyini dedi. Etirazımı bildirib, onu itələdim. Başı divara dəydi. Başının arxasından xəsarət aldı. Yerə yıxıldı. Onu divana uzatdım, paltarlarını çıxartdım ki, rahat olsun. Gördüm, dişlərini qıcayıb. Tez əlimdə dişlərini araladım ki, birdən dilə qatlanar. Həmin vaxt ola bilər ki, güc tətbiq etmişəm. Çənəsinə və damağına xəsarət yetirmişəm".

Cavad İbrahimov bildirib ki, hadisə ilə bağlı təcili yardım çağırıb, 20 dəqiqə sonra təcili yardım gəlib: "Nigarı müayinə edən zaman məlum oldu ki, artıq ölüb. Mənim onu öldürmək kimi bir niyyətim olmayıb. Bircə onun mənə elədiyi təkliflərdən əsəbiləşib itələmişəm, başı divara dəyib. Onu heç vaxt döyməmişəm".

publika.az


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Kriminal   Baxılıb: 4856   Tarix: 10 iyul 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

DİN və DSX birgə ƏMƏLİYYAT KEÇİRDİ: İki qardaş saxlanıldı

Qəbələ Rayon Polis Şöbəsi və Dövlət Sərhəd Xidməti əməkdaşları birgə əməliyyat keçirib. Bu barədə -a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, əməliyyat tədbirləri nəticəsində Tikanlı kənd sakinləri T.Abdullayev və qardaşı N.Abdullayevdən 2 ədəd nömrəsi silinmi

4 sentyabr 2021
.

Azərbaycanda yeniyetmə 53 yaşlı kişini öldürdü - YENİLƏNİB

Sentyabrın 10-u saat 06:00 radələrində 1968-ci il təvəllüdlü Əli Əliyevin bıçaqlanaraq xəsarət alması nəticəsində ağır vəziyyətdə Göyçay Rayon Mərkəzi Xəstəxanasına daxil olması və orada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Göyçay Rayon Prokurorluğunda aparılan araşdırmalarla zərərçəkmişi

10 sentyabr 2021
.

Daşkəsəndə 72 yaşlı kişi güllələnib

Daşkəsən rayonunda yaşlı kişi tüfəngdən açılan atəş nəticəsində xəsarət alıb. "Report" xəbər verir ki, hadisə rayonun Zivlən kəndində qeydə alınıb. Kənd sakini, 1949-cu il təvəllüdlü İsmayılov Zahid Əmir oğlu sol ayağından güllə yarası alıb. O, xəstəxanaya yerləşdirilib. Özünün dediyinə görə

31 avqust 2021
.

Kürün sahilində narkotik becərənlər saxlanıldılar - FOTO

Salyan Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslərin aşkar edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində əməliyyat tədbiri keçirilib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan -a verilən məlumat

4 sentyabr 2021
.

Azərbaycanda DƏHŞƏTLİ QƏTL: Ərini kürəklə öldürüb cəsədini yandırdı

Neftçalada ərini öldürüb yandıran Şahzadə Məhərrəmovanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb. " "a istinadən xəbər verir ki, cinayət işi üzrə toplanan materiallar baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim İlkin Abdullayevin icraatına verilib. Qeyd edə

1 sentyabr 2021
.

Abşeronda ər arvadını QƏTLƏ YETİRDİ

Avqustun 24-də Abşeron rayonunun Qobu qəsəbəsi ərazisində 1995-ci il təvəllüdlü Sultanova Kəmalə Gülmirzə qızının qəsdən öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur. Abşeron rayon prokurorluğundan -a verilən məlumata görə, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertini

25 avqust 2021
.

Balakəndə narkotacirlər ələ keçdi

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxslərin aşkar edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində əməliyyat tədbirləri həyata keçirilib. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan -a verilən məlumata görə

28 avqust 2021
.

Kürdəmirdə qardaş bacısını qətlə yetirdi

Kürdəmirdə qətlə hadisəsi törədilib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, rayon sakini, 1986-cı il təvəllüdlü Nəsirova Dilarə Təbriz qızı aralarında yaranan ailə münaqişəsi zəminində qardaşı Şıxəliyev Xəyal Təbriz oğlu tərəfindən bir neçə bıçaq zərbəsi ilə qətlə yetirilib. Faktla bağl

15 sentyabr 2021
.

Azərbaycanda iki qardaş bıçaqlandı: Biri öldü - YENİLƏNİB

Sentyabrın 12-i saat 23:00 radələrində Ağstafa rayonu, Köçəskər kəndi ərazisində kənd sakinləri – Yaşar Yusifovun öldürülməsi, qardaşı Müşvik Zeynalova isə xəsarətlər yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Ağstafa Rayon Prokurorluğunda aparılan araşdırmalarla 1986-cı il təvəllüdl

13 sentyabr 2021